Hacət Namazı
Hacət namazı-1
Allah təaladan hacəti olan, 4 rəkət namaz qılıb onun hər rəkətində Həmddən sonra Ənam surəsini oxuyub namazdan sonra oxusun.
Ya Kərimu, Ya Kərimu, Ya Kərimu, Ya Əzimu, Ya Əzimu, Ya Əzimu, min kulli əzimən ya səmiəd-duai, ya mən la tuğəyyiruhul-ləyali vəl-əyyamu salli əla Muhəmmədin və alihi vərhəm zafi və fəqri və faqəti və məskənəti, fəinnəkə ələmu biha mini və əntə ələmu bihacəti, ya mən rəhiməş-şəyxə Yəqubə hinə rəddə ələyhi Yusufə qurrətə əynihi ya mən rəhimə Əyyubə bədə tuli bəlaihi, ya mən rəhimə Muhəmmədən səlləlləhu ələyhi və alihi və minəl-yutmi avahu və nəsarahu əla cəbabirati qurəyşin və təvağitiha və əmkənəhu minhum, ya muğisu, ya muğisu, ya muğis.
Hacət namazı-2
Ravidən nəql olunmuşdur ki, İmam Zeynul Abidin (ə) qapı ağzında əyləşmiş bir kişi ilə rastlaşdı.
Həzrət o kişidən soruşdu: Bu zülmkar kişinin qapısının qarşısında nə üçün əyləşmisən?
Dedi: Mənə üz vermiş çətinliyə görə.
Buyurdu: Ayağa qalx, mən sənə elə bir kəsin qapısını göstərim ki, bu kişinin qapısından daha yaxşıdır.
Həzrət onun əlindən tutub Həzrəti Peyğəmbər (s) –in məscidinə gətirdi və buyurdu:
Üzü qibləyə durub, iki rəkət namaz qıl, sonra Allaha həmd –səna deyib, Peyğəmbər (s) -ə salavat göndər. "Həşr” surəsinin axırıncı və "Hədid” surəsinin ilk altı və "Ali-İmran” surəsində olan iki ayəni oxuyub, öz hacətini Allah taaladan dilə, Allah onu sənə əta edəcəkdir.
Ravəndi deyir: Bəlkə də "Ali-İmran” surəsinin iki ayəsindən məqsəd "Qulilahummə malikul-mulk” dən "biğəyri hisab” a qədərdir.
Əllamə Məclisi buyurmuşdur: Bəlkə də məqsəd "Qulilahummə” ayəsi ilə "şəhidəllahu” ayəsidir.
vatsap və facebookda paylaşaq dostlarımızda oxusun
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.