Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əhkamın növləri (füruidin və üsuliddin)

Əhkamın növləri (füruidin və üsuliddin)
+3
  • 24 oktyabr 2021
  • Bölmə: İslam
  • Baxış: 1 562
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Əhkamn növləri

İslamda insanın hərbir əməlinin xüsusi hökmü var və bu hökümlər beş hissədən ibarətdir:
1. Vacib – Elə əməllərə deyilir ki, yerinə yetirilməsi vacib və tərk edilməsi əzabla nəticələnir.

2. Haram nədir – Elə əməllərə deyilir ki, onları tərk etmək mütləqdir, tərk etməməyin əzabi vardır.
Məsələn: İspirtli içmək.

3. Müstəhəb nədir? – Elə əməllərə deyilir ki, onları yerinə yetirməyin savabı vardır amma tərk etməyin günahi yoxdur. Məsələn: Sədəqə vermək, gecə namazı qılmaq. Lakin müstəhəb əməlləri edən insanlarin imanı güclənər və şeytan omlara yaxın dura bilməz.

4. Məkruh nədir? – Elə əməllərə deyilir ki, onları tərk etməyin savabı vardır, amma tərk etməməyin günahi yoxdur. Məsələn: qaynar su icmək, yeməyi üfürərək yemək.

5. Mübah nədir? – Elə əməllərə deyilir ki, onları tərk etməyin və ya yerinə yetirməyin nə savabı nə günahı var. Məsələn: yol getmək, oturub-durmaq.

KƏLMEYİ TEYYİBƏ

La ilahə illəllah.
Muhəmmədən Rəsulullah.
Əmirül mömininə Əliyyun Vəliyyullah, vəsiyyi rəsulillah. Bila fəsl.

Tərcüməsi:


Yeganə və misilsiz olan Allahdan başqa, heç bir məbud yoxdur
Həzrəti Mühəmməd ibni Əbdillah s.ə. Allahın peyğəmbəri elçisidir.
Həzrət Əli ə. Möminlərin əmiri, Allahın bütün
Məxluqat içərisində vəlisi, dostudur.

"Kəlmeyi şəhadət"

Əşhədu əlla ilahə illəllah
Əşhədu ənnə Muhəmmədən rəsulullah
Əşhədu ənnə əmirəl-mumininə Əliyyən vəliyyullah

ƏRKANİ DİN

Dinin sütunları ikidir.
1. Üsuli-din.
2. Fürui-din.
Üsuli-din kök və bünövrə mənziləsində, Fürui-din onun budaqları mənziləsindədir. Üsuli-dinin mənbəyi və məxəzi ağıldır. Fürui-dinin mənbəyi və məxəzi Qurandır.


ÜSULİDDİN nədir?



Üsuli-din beşdir.
1. Tovhid - yəni Allah birdir, təkdir, yeganə Allahın varlığına inanmaq.
2. Ədl - yəni Allah ədalətlidir, onun zülm və haqsızlıqdan uzaq olduğuna inanmaq.
3. Nübuvvət - yəni birinci peyğəmbər Həzrət Adəm (ə.s) sonuncu peyğəmbər Həzrət Mühəmməd (s.ə.a.s) qədər insanlarm hidayəti, təkamülə çatması, habelə onlara haqq yolun göstərilməsi üçün göndərilmiş yüz iyirmi dörd min (124 min) peyğəmbərə inanmaq.
4. İmamət - yəni İslam Peyğəmbərinin (s) haqq canişinləri olan on iki (12) imama inanmaq.
5. Məad - yəni ölümdən sonrakı həyata - axirət aləminə, nizam-tərəziyə, sorğu-suala, qiyam-qiyamətə, cənnət və cəhənnəmə inanmaq.
Üsuli iman: üsuli iman ikidir. 1. Ədalət. 2. İmamət


FİRUİDDİN nədir?



Füruddin ondur.

1. NAMAZ - İslam dininin təməli namazdır. Hər müsəlman iyirmi dörd saat ərzində on yeddi (17) rəkət vacib namazı qılmalıdır.
Peyğəmbəri-Əkrəmin (s) öz ümməti üçün gətirdiyi ilk vacib əməl namazdır. Bu əməl ölüm ayağına qədər insanın boynundan götürülməmiş və yetkinlik həddinə çatan hər bir kəs onu yerinə yetirməlidir.
2. ORUC - İslamın zəruri, vacib hökmlərindən biri Ramazan ayında oruc tutmaqdır. Oruc haqqında İslam Peyğəmbəri (s) qısa cümlədə belə buyurmuşdur: «Oruc tutun ki, sağlam olasınız».
3. XÜMS - hər bir müsəlman illik xərclərindən artıq qalan hissəsinin beşdə birinin yoxsul seyidlərə, o biri yarısını isə İmama (ə) və İmam (ə) qeybdə olduğu dövrdə isə müctəhidlərə verməlidir.
4. ZƏKAT - İslam dininə görə 9 şeydən - arpa, buğda, xurma, kişmiş, dəvə, inək, qoyun, qızıl- gümüşdən (risalədə yazılmış şərtlərlə) zəkat verilməlidir. Bu zəkat yoxsullara, məişətini təmin edə bilməyənlərə və s. işlərə sərf olunur.
5. HƏCC - Özlərinin və ailələrinin xərcini ödəyəndən sonra Məkkədə Allahın evini - Kəbəni ziyarət etməyə imkanı olan şəxs həcc əməlini yerinə yetirməlidir (Bu əməl insana ömründə bir dəfə vacibdir).
6. CİHAD - Müsəlman şəxs dinini, namusunu himayə edərək cihad vəzifəsini yerinə yetirməlidir.
7. ƏMR BE MƏRUF - Hər bir müsəlman öz ailəsini, din bacı-qardaşlarını vacib əməllərə, xeyir və bəyənilən işlərə dəvət etməlidir. Bu müqəddəs hökmün nəticəsində bütün fəsadlardan təmiz bir cəmiyyət yaranar.
8. NƏHY ƏZ MÜNKƏR - hər bir müsəlman mənəviyyat, insani keyfiyyətlər və səciyyəvi xüsusiyyətlərlə dolu bir cəmiyyət yaratmaq üçün bacardığı qədər çalışıb, müqəddəs şəriətdə haram və qadağan olan əməllərin qarşısını almalı, insanları çirkinliklərdən çəkindirməlidir.
9. TƏVƏLLA - Allahın dostları ilə dost olmaq.
10. TƏBƏRRA - Allahın düşmənləri ilə düşmən olmaq vacibdir.

HİCRİ QƏMƏRİ MÜSƏLMAN AYLARI:


1. Məhərrəm
2. Səfər
3. Rəbiül əvvəl
4. Rəbiül axir
5. Cəmadiül əvvəl
6. Cəmadiül axir
7. Rəcəb
8. Şəban
9. Rəməzan
10. Şəvval
11. Zilqədə
12. Zilhiccə

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.