Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Leylətül Rəğaib gecəsi

Leylətül Rəğaib gecəsi
+3
  • 14 mart 2019
  • Bölmə: İslam
  • Baxış: 4 984
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Həzrət Məhəmməd peyğəmbər (s.ə.a.s) buyurur:
"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"
Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.
Həzrət Peyğəmbərdən (s) nəql olunur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətül-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."
Bu gecənin özünə məxsus əməlləri və namazı vardır.İlin ən mötəbər və müqəddəs günlərindən biri hesab olunur.
Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur:
"And olsun canım əlində olan ALLAHA hər kim bu namazı qilsa ALLAH həmin çəxsin günahlarını bağışlayar.Hətta günahları dəryalar qədər,səhradakı qum zərrəciklərinin sayı qədər,ağaclarının yarpaqlarının sayı qədər,dağların ağırlığı qədər çox olsa belə günahları bağışlanar.Qiyamət günü ALLAH həmin şəxsə 70 nəfərə şəfaət etməyə izn verər.Bu namaz birinci qəbr gecəsində mələk surətində insanın yanında olar və köməyinə gələr"
Bu namazın qılınma şərtlərindən biri orucdur.
Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılınır. Niyyətdə belə deyilir "Niyyət edirəm Leylətül-Rəğaib namazını qılıra qurbətən iləllah"
Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd")surələri oxunur
1. Namazdan sonra 70 dəfə:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ
“Allahummə salli əla Mühəmmədinin nəbiyyil-ummiyyi və əla Alih”
Tərcümə: “İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə öz rəhmətini göndər”
2. Sonra səcdəyə gedib 70 dəfə:
سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ
“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”
Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən”
3. Sonra başını səcdədən qaldırıb 70 dəfə :
رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ
“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”. Tərcüməsi:İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.
Sonra hacətlərinizi,dualarınızı istəyirsiniz

Paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.