Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Aşura günü bayram etmək,oruc tutmaq haqqında

Aşura günü bayram etmək,oruc tutmaq haqqında
0
  • 19 sentyabr 2018
  • Bölmə: İslam
  • Baxış: 2 282
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Aşura günü bayram etmək,oruc tutmaq haqqında

Bu haqda İmam Rza (ə) bir hədisdə belə buyurur:

وعن علي بن الحسن بن فضال، عن أبيه، عن الرضا صلوات الله وسلامه عليه قال: من كان يوم عاشوراء يوم مصيبته وحزنه وبكائه يجعل الله عز وجل يوم القيامة يوم فرحه وسروره وقرت بنا في الجنان عينه.

Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün Allah qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.

علل الشرائع للشيخ الصدوق ج1 ص227 الباب 162 العلة التي من أجلها صار يوم عاشوراء أعظم الأيام مصيبة.

Şeyx Səduq, İləl əş-şəraye, c.1, s.227, bab 162.

Bu barədə İmam Sadiq (ə) buyurur:

روى الشيخ الطوسي بإسناده عن الإمام الصادق عليه السلام، عن صوم يوم عاشوراء، فقال: إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا.

Bəni-Üməyyə və İmam Hüseynin (ə) qətlə yetirilməsində kömək edən Şam camaatı nəzir etdilər ki, əgər İmam Hüseyn (ə) öldürülərsə və xilafət məqamı Əbu Süfyanın sülaləsinə yetişərsə, Aşura gününü özləri üçün bayram qərar versinlər və (hər ilin) o günü şükranlıq məqsədilə oruc tutsunlar.

الأمالي ـ للشيخ الطوسي ـ : 667 ح 1397.

Şeyx Tusi, Əmali, s.667, h 1397.

Zeyd ən-Nərsi Zürarədən belə nəql edir:

عنه، عن محمد بن عيسى قال: حدثنا محمد بن أبي عمير، عن زيد النرسي قال: سمعت عبيد بن زرارة يسأل أبا عبد الله عليه السلام عن صوم يوم عاشورا فقال: من صامه كان حظه من صيام ذلك اليوم حظ ابن مرجانة وآل زياد. قال: قلت: وما كان حظهم من ذلك اليوم؟ قال: النار أعاذنا الله من النار ومن عمل يقرب من النار.

Zeyd ən-Nərsi deyir ki, Ubeyd ibn Zürarənin İmam Sadiqdən Aşura orucu haqqında soruşduğunu eşitdim. Həzrət (ə) belə buyurdu: Hər kəs bu gün orcu tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar. Dedim: Onlar bu gün nə bəhrə aparıblar? Buyurdu: Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən Allaha pənah aparıram.

الكافي جزء 4 ، ص 147

əl-Kafi, c.4, s.147.


محمد بن يعقوب عن الحسين بن علي الهاشمي عن محمد بن الحسين عن محمد بن سنان (عن أبان عن عبد الملك) قال: سألت أبا عبد الله عليه السلام عن صوم تاسوعاء وعاشوراء من شهر المحرم؟ فقال:... ما هو يوم صوم. وما هو إلا يوم حزن ومصيبة دخلت على أهل السماء وأهل الأرض وجميع المؤمنين. ويوم فرح وسرور لابن مرجانة وآل زياد وأهل الشام. غضب الله عليهم وعلى ذرياتهم...

Məhəmməd ibn Sinan deyir ki, İmam Sadiqdən (ə) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə) belə buyurdu: Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir. Allah onlara və onların zürriyyətlərinə qəzəb edər.



Şeyx Hurr Amuli, Vəsailuş şiə - c.10, s.460 , bab 21 , hədis 2.


Bəşir Badkubei.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.