Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Hədis nə deməkdir

Hədis nə deməkdir
0
  • 26 dekabr 2016
  • Bölmə: İslam
  • Baxış: 4 827
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Hədis nə deməkdir

Hədis, lüğətdə «yeni bir şey, tam bir kəlam və danışıq» deməkdir. " ولاقومك حديثوا عهد بالاسلام (حديث نبوي). ان لم يؤمنوا بهذاالحديث اسفا ً (Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?) Kəhf surəsi ayə-6 )
Hədis alimləri arasında isə, hədis, yəni məsumun sözləri, əməlləri və təqriri (Təqrir-bir əməl qarşısında razılıq əlaməti olaraq susmaq deməkdir.) mənasınadır. Başqa məzhəblərin nəzərində hədis yalnız və yalnız Peyqəmbər (s)-in sözləri, əməlləri və təqriri mənasınadır. Şiə məzhəbində isə bu tərif, Peyğəmbər (s) və onun pak əhli beytinə də şamil olunur.

Sünni alimlərindən olan İbn Həcər deyir: – İslam dininin ilk illərində Qurani-Kərimə «qədim» söylənildiyinə görə, Peyqəmbər (s)-a bağlı olan kəlamlara «hədis» deyilirdi. Bu xüsusi məna, bugünə qədər müsəlmanlar arasında işlənməkdədir. (Fəthul barinin müqəddiməsi c-1)

Hədisin mətni məsumun (Peyğəmbər (s) və onun itrətinin) sözlərindən, əməllərindən və onun təqririndən ibarətdir.

Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların Peyğəmbər (s)-dən eşitdikləri və gördükləri hədisləri sinədən-sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək ta bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin sənədi adlanır. (Hədis elmində bu zəncirvari ardıcıllığa «Rical» deyilir.)
paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.