İmanla yəqinin fərqi.

İmanla yəqinin fərqi.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İmanla yəqinin fərqi.


Şərqlə Qərb və Yerlə göy arasında məsafə; İnsanın izzəti; Ən çirkin şey; İmamların sayı – Həzrət İmam Hüseynin (ə) mübarək dilindən izahlar.

Bir nəfər İmam Hüseynin (ə) yanına gəlir və salam verəndən sonra deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”.

O, deyir: “İmanla yəqin arasında nə qədər fasilə vardır?”.

İmam (ə) buyurur: “Dörd barmaq qədər”.

O, deyir: “Necə?”.

İmam (ə) buyurur: “İman o şeydir ki, eşitmiş olaq və yəqin o şeydir ki, onu görək. Qulaqla göz arasında dörd barmaq fasilə vardır”.

O, deyir: “Yerlə göy arasında nə qədər fasilə vardır?”.

İmam (ə) buyurur: “Bir duanın yerinə yetməsi qədər”.

O, deyir: “Şərqlə Qərb arasında nə qədər fasilə vardır?”.

İmam (ə) buyurur: “Günəşin bir dövr etməsi qədər”.

O, deyir: “İnsanın izzəti nədədir?”.

İmam (ə) buyurur: “İnsanlardan ehtiyacsız olmasında”.

O, deyir: “Ən çirkin şey nədir?”

İmam (ə) buyurur: “Qoca kişinin günahı, rəisin sərtlik və kobudluq etməsi, böyük və tanınmış insanların yalan deməsi, zənginin simicliyi, alimin hərisliyi”.

Kişi deyir: “Ey Peyğəmbərin (s) oğlu! İndi İmamların sayından məni agah et”.

İmam (ə) buyurur: “Onlar Bəni-İsrayilin seçilmişləri kimi 12 nəfərdirlər”.

O, deyir: “Adlarını çək”.

İmam (ə) bir qədər dayanır və sonra başını qaldırıb buyurur: “Ey ərəb qardaş! Onların adını sənin üçün çəkəcəyəm.

1. Əmirəl-möminin (ə). 2. Qardaşım Həsən (ə). 3. Özüm. 4. Adı Əli olan övladım. 5. Muhəmməd ibn Əli (ə). 6. Cəfər ibn Muhəmməd (ə). 7. Musa ibn Cəfər (ə). 8 Əli ibn Musa (ə). 9. Muhəmməd ibn Əli (ə). 10. Əli ibn Muhəmməd (ə). 11. Həsən ibn Əli (ə) və ondan sonra övladı Məhdi (ə) ki, mənim doqquzuncu övladımdır, axəril-zamanda dini dirçəltmək üçün qiyam edəcəkdir”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex