Xəyanət haqqında hədislər .
Allahın Peyğəmbəri (s): «Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.» (Biharul-Ənvar, c.103, səh.175, hədis 3)
Allahın Peyğəmbəri (s): «Əmanətə xəyanət edən bizdən deyil.» (Biharul-Ənvar, c.75, səh.172, hədis14 )
İmam Əli (ə): «Xəyanət ikiüzlülüyün mənşəyidir.» (Ğurərul-Hikəm, hədis 969)
İmam Sadiq (ə): «Mömin, xəyanət və yalandan başqa, hər xasiyyəti götürə bilər.» (əl-İxtisas, səh.231)
Müaviyyə ibn Əmmar:«İmam Sadiqə (ə) ərz etdim: «Mən bir nəfərə müəyyən məbləğ pulu əmanət verirəm, o isə, ona bir şey tapşırdığımı inkar edir. Bir müddət sonra o mənə mal tapşırır. Belə olan halda mən ona tapşırdığım (və mənə vermədiyi) pulun əvəzində bu malı özümə götürə bilərəmmi?» Buyurdu:«Xeyr. Bu xəyanətdir.» (Nurus-Sədəleyn. c.2, səh.144 , hədis68)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.