Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

"Ayətul-kürsü" Duasının şərhi

"Ayətul-kürsü" Duasının şərhi
+7
  • 23 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 33 306
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?


"Bismillahir-rəhmanir-rəhim"

Qur'an ayətlərinin səyyidi, ən böyüyü, ən üstünü Ayətul-kürsüdür. Bəqərə surəsində bir ayət var ki, o Qur'an ayətlərinin səyyididir.
Bu ayət oxunanda şeytan ləin o evdən qaçar. Həzrəti Mühəmməd s. ə. merac gecesində "Lövhi məhfuz"a baxarkən üç ayrı yerdə, üç nur gördüyünü bəyan edir.
- Ya rəbbi, bu üç nur nədir?
Cənabi həqq buyurur:
- Onlar Ayətul-kürsi, Ya'sin və İxlas (qülhüvəllah) surəsinin yerləridir.

Həzrət buyurdu:
- Ya rəbbi, Ayətul-kürsünün savabı nədir?

- Allah buyurur:
- O mənim sifətimdir. Onu bir dəfə oxuyan qiyamət günü mənə baxacaqdır, yə"ni, görəcəkdir.
Həzrəti Əlidən (ə.s) rəvayətdir ki, Həzrət Mühəmməd (s.ə) buyurmuşdur ki, Allah-təala Kürsünü incidən yaratmışdır.
Kürsünü böyüklüyünü Allahdan başqa heç kəs dərk edə bilməz. Bu böyük kürsünün yanında göylər və yerlər səhranın
ortasında kiçik bir halda kimidir. Hədis şərifdə deyilir ki, günəşin nuru Kürsünün nurunun 70 cüzündən bir cüzdür.
Kürsünün nuru Ərşin çiyinlərindən saxlayan mələklər ilə, Kürsünü çiyinlərində saxlayan mələklər arasında 140 pərdə vardır.

Bu pərdələrin 70-i nurdan, 70-i zülmətdən - qaranlıqdandır. Hər pərdənin arası 500 illik məsafədir. Əgər bu pərdələr olmasaydı Kürsünü saxlayan mələklər Ərşin nurundan yanardı. 7 qat səma 7 qat yer Ərşin yanında qeyb olub itir. Ərşi-əla Allah-təlanın sarayı kimidir. Allah-təla əmri oradan verir. Allahın əmri Kürsünün üzərinə endiyi vaxt, mərmərin üstünə düşən ağır qızıl zəncirin səs çıxardığı səs kimi səs gələr. Kürsünü saxlayan mələklər Allahın əmrinin əzəmətindən və bu səsin şiddətindən özlərindən gederlər, ayıldıqları zaman Ərşdəki mələklərdən soruşarlar: "Rəbbiniz nə əmr buyurdu?". Onlar cavab vererlər: "Haqqı və doğrunu əmr buyurdu". Allah-təalanın əmri Ərşil-Əladan-Kürsüyə, Kürsüdən Sidrətül-Müntəhaya, oradan da səmanın 7-ci qatına gəlir.

Beləliklə, Allah-təalanın əmri bütün səmalardan keçərək dünyaya gəlir. Əgər Allah-təalanın əmri 7 qat göylərdən keçməyib, vasitəsiz olaraq dünyaya və insanlara gəlsəydi İlahinin əmrinin əzəmətinin şiddətindən yer üzü məhf olardı.
Həzrət Peygəmbər (s.ə) buyurub: Bir Ayətəl-kürsü oxumaq min ayə oxumağa bərabərdir. Ayətəl-kürsünün dili və canı var. Bir şəxs Ayətəl-kürsünü oxuduğu zaman, Ayətəl-kürsü Ərşi-Əlanın altında səcdəyə düşər, Allah-təladan onu oxuyanın əfn olunmasına diləyər. Ayətəl-kürsündə 7 qala qüvvəsi var. Hər kim ixlas qəlblə bir Ayətəl-kürsü oxuyarsa, iç-içə 7 qala içinə girmiş kimi, mə'nəvi qüvvət qazanır və qorunur. Daha artıq oxuyan daha çox qüvvə qazanır. Ayətəl-kürsünü Həzrəti Peyğəmbərə (s.ə) 70 000 mələk nazil olub gətirmişdir. Ayətəl-kürsü namazdan əvvəl oxunarsa şeytan ləin onu çaşdıra bilməz, namazını sahman və qüsursuz qılar. Şeytan ləinin 70 cür tələsi var. Əgər bunlardan Allaha sığınıb, dualar oxunmazsa insanın imanını alır.

Ayətəl-kürsünü oxuyanı Allah-təala xəta-bəla, bütün təhlükələrdən, şeytanın şərrindən hifz edib qoruyar. Namazdan sonra
Ayətəl-kürsü oxuyan şəxs digər namaza qədər Allahın himayəsində olar. Hər kim evindən çıxanda Ayətəl-kürsünü oxuyarsa, Allah-təala o şəxs üçün 70 000 mələyi ona əstəğfur üçün ayırır. Həzrət Əli ələyhis-səlamlan rəvayət edilmişdir ki, Bədr döyüşü qurtarana kimi Həzrət Mühəmməd Peyğəmbər (s.ə) "Ya Həyyul ya Qəyyum" kəlmələrini zikr edirdi. "Ya Həyyul ya Qəyyum" Allah-təalanın ən böyük adlarındandır. Əgər Allahın bunlardan da böyük adları olsaydı Həzrət Peyğəmbər (s.ə) döyüş zamanı onları zikr edərdi. Şeyxül-Əkbər, Arifi-Billah, Muhiddin-Ərəbi Ayətəl-kürsünün fəziləti haqqında belə demişlər:

Hər kim Ayətəl-kürsünü gece gündüz 1000 dəfə oxuyarsa və bu prosesi 40 gün davam edərsə (ara vermədən), Allaha and içirəm, Qur'ani - Kərimə and içirəm ki, o kimsənin ruhaniyyəti inkişaf edib, qəlb gözü, bəsirət gözü açılar, mələklər o şəxsi ziyarət etməyə gələrlər. O şəxsin hər muradı yerinə yetər. Yenə də buyurmuşlar ki, hər kim Ayətəl-kürsünü hərflərinin sayı qədər, yə'ni 175 dəfə və yaxud Mürsəl Peyğəmbərlərin sayı qədər, yə'ni 313 dəfə oxusa, o şəxsə göylərdə və yerdəki məxluqatın hamısı itaət edib, hər şeydən mühafizə edərlər, düşmənlərin nə əli, nə də dili ona heç bir zərər və ziyan verə bilməz. Hər kim Ayətəl-kürsünü gündə 18 dəfə oxusa Allah-təala o şəxsin qəlbini hikmətlə doldurar, ruzuna bolluq verər. Hər kim Ayətəl-kürsünü yazıb üstündə gəzdirərsə, Allahın iznilə hər cür bəla və müsibətlərdən amanda olar, gecə gəzən cin şeytanların şərindən mühafizə olunar.

Həzrət Peyğəmbər (s.ə) buyurub ki, hər hansı bir şəxs yatan vaxta Ayətəl-kürsünü oxusa, xudavəndi aləm o şəxsi hifz etmək üçün mələklər göndərər ki, onu bəlalardan hifz edib, sübh vaxtına qədər ona pasiban olsunlar.
Həzrət Peyğəmbər buyurub ki, bir evdə Ayətəl-kürsü oxunanda şeytan lə'in 30 gün o evdən uzaq olar. O ayənin bərəkətindən o evə daxil ola bilməz.

Həzrət Peyğəmbər buyurub ki, Ya Əli, bu ayəni fərzəndlərinə tə'lim eylə, Həqq-təala göydən yerə elə bir ayə göndərməyib ki, Ayətəl-kürsündən böyük ola. Həzrət Peyğəmbər buyurub ki, Qur'ani-məciddə vaqe olan ayələrin böyüyü Ayətəl-kürsüdür. Hər kəs Ayətəl-kürsünü oxusa, həqq təala mələk göndərər ki, o şəxsin pis əməllərini pozalar, yaxşı əməllər yazarlar, taki Ayətəl-kürsü oxunub qurtarana kimi. Həzrət Peyğəmbər buyurub ki, hər kəs vacib namazdan sonra Ayətəl-kürsünü oxusa, elə ki, əcəli yetişdi vəfat etdi, o şəxs behiştə gedər. Hər kəs yatan vaxta oxusa o şəxsin qonşularını və qonşularının 70 ətraf qonşularının özlərini və evlərini mühafizə edər.

Bir gün Həzrət Peyğəmbərin əshabələrinin arasında söhbət oldu ki, Qur'ani-şərifdə hansı ayə fəzilətlidir. Əli-ibn-əbu-talıb ələyhissalam buyurdu ki, nə üçün demirsiniz ayətəl-kürsü əfzəldir.

O, buyurdu ki, Rəsulu-xuda mənə buyurub ki:

Bəşərin seyyidi Adəmdir,
Ərəbin seyyidi Mühəmməddir,
Farsın seyyidi Səlmandır,
Rumun seyyidi Süheyyibdir,
Həbəşin seyyidi Bilaldır,
Dağların seyyidi Turi-sinadır,
Günlərin seyyidi Cümədir,
Kəlamların seyyidi Qur'andır,
Qur'anın seyyidi Bəqərə Surəsidir,
Bəqərənin seyyidi Ayətəl-kürsüdür.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.