Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əcəl

Əcəl
0
  • 13 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 2 613
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Əcəl


20.İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib, müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona çatmasının səbəblərini hazırlayıb).»

21.İmam Əli (ə):«Əcəl və ölümdən doğru şey yoxdur.»

22.İmam Əli (ə):« Əcəl nə gözəl dərmandır.»

23.İmam Əli (ə):«İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır.»

9.Əcəl möhkəm bir qaladır.

Quran:
«Allahın izni olmayınca heç kəs ölmür. O, vaxtı müəyyn edilmiş bir yazıdır.»

Hədis:
24. İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»
25.İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»
10. Hər bir şeyin ömrü var.
26.İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»
27.İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.»
11.Hər bir ümmətin əcəli (sonu) var.

Quran:
«Hər bir ümmətin ömür müddəti vardır. Onların əcəli gəlib çatdıqda ondan nə bircə saat yubanar, nə də qabağa keçərlər!»
«Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət nə əcəlindən qabağa keçə bilər, nə də ondan arxaya qala bilər.»
Həmçinin müraciət et: Nəhl, 61; Ta Ha, 129; Ənkəbut, 5; Şura, 14; .
Muminun, 43

12.Şərti və qəti əcəl.
Quran:
«Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!»
Hədis:
28.İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»

13.Şərti əcəli uzaqlaşdıran amil.

29.İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.»

30.İmam Sadiq (ə):«İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər.»
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.