Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

“Bizim şəxsiyyətimiz Əmirəl-möminin (ə) vilayəti ilədir”.

“Bizim şəxsiyyətimiz Əmirəl-möminin (ə) vilayəti ilədir”.
+1
Mətndə qrammatik səhv var?
“Bizim şəxsiyyətimiz Əmirəl-möminin (ə) vilayəti ilədir”.


Ayətullah Safi Gülpayiqani: “Bizim şəxsiyyətimiz Əmirəl-möminin (ə) vilayəti ilədir”.

Ayətullah Safi Gülpayiqani təbliğatçılar toplumu qarşısında çıxış edərək, demişdir: “Sizə İslamın ən böyük şüarı, Əhli-Beyt (ə) vilayəti və böyük Qədir-Xum bayramı münasibətilə təşkil etdiyiniz bu böyük mərasimə görə təşəkkür edirəm. Bu bayramın tanıdılmasını və bu İlahi günə təzim edilməsini üzərinə götürən əzizlərə çox böyük savab və əcr yazılacaqdır. Biz gərək insanların diqqətini Əmirəl-möminin (ə) vilayətinə yönəldək. Çünki bizim şəxsiyyətimiz bu vilayətlədir. Əgər şəxsiyyətimizi ölçmək istəsək, şəxsiyyətimiz Əmirəl-möminin (ə) və Məsum İmamların (ə) şəxsiyyəti ilə olar. Bizim hamımızı bu şəxsiyyətlə tanıyırlar. Bundan böyük iftixar yoxdur. Hər nə qədər Qədir-Xum məsələsinə və onun genişləndirilməsinə diqqət etsək, yenə də azdır.

Qədir-Xum mövzusu haqqında o qədər yazıb və danışıblar ki, onun haqqında danışmağa ehtiyac yoxdur. O zaman ki, bir nəfər deyir ki, mən Bağdadda bir təkfirçi dükanında “İsnadi-Qədir” adlı 27 cilddə kitab görmüşəm, o deməkdir ki, hətta düşmənlər belə Həzrət Əmirin (ə) vilayətini etiraf edirlər. Bu qədər kitab yazılıb. Bu məsələ insafı olan hər bir kəsə aydındır. “Maidə” surəsinin 67-ci ayəsində hər şey aydındır. Hüccətil-vidada Həzrət Rəsul (s) bütün əhkamları bəyan edəndən sonra bütpərəstliyi aradan aparmışdı. Bütləri sındırmış və çox böyük bir qələbə əldə etmişdi. Ancaq bu ayədə yenidən vilayət məsələsini vurgulayır ki, bu da onun əhəmiyyətini göstərir. Bu ayə həmin məsələni izah edir. Bütün risalət, iman, İslam Əmirəl-möminin (ə) vilayəti ilədir. Vilayət və Qədir-Xum, Əhli-Beytin (ə) fəziləti məsələsi elə bir məsələdir ki, İslam aləmində hər bir müsəlman üçün aydındır. Əhli-təsənnünün bu qədər alimləri də Əmirəl-möminin (ə) fəzilətindən kitablar yazıblar. Bu əyyam nəinki Qədir-Xumdur. Bu əyyamda müxtəlif bayramlar vardır ki, onlardan biri də “Mübahilə” günüdür. Bu ayın 24 və 25-i çox əzəmətli günlərdəndir və Əhli-Beyt (ə) davamçıları onu əziz tutmal
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.