İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

  • Hüseyin_Aşiqi 09.06.2019
    Yalançı rəvayət (2)
    Hüseyin_Aşiqi-фото
    Çox gözəl idi.Allah Razı olsun sizdən
  • UMUD 09.03.2019
    Şəfa duası (1)
    UMUD-фото
    Salam.Haci Xaver xanimin "Allaha pənah Allaha təvəkkül".adli kitabi var .Mumkun olarsa bu kitabi sayitinizdan yuklemek isterdik.yani PDF formatinda oxumaq ve yuklemek.cox sax olun
  • Mudafeiherem 20.02.2019
    “Aşura mərasimi dini biznesdir ... (1)
    Mudafeiherem-фото
    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hprmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.

    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hörmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.
  • hacixanim49 25.06.2018
    Sorğu suallarınız (17)
    hacixanim49-фото
    sayta qebul etdiyinize gore teshekkur edirem.allah bizi qurani oxuyub derk edenlerden qerar versin hamimizin imanimizi kamil elsin. AMIN INSHSAALLAH
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri.


İmam Rzanın (ə) ziyarətinin fəzilətləri.

Bütün Məsumların (ə) hərəminə aid olduğu kimi, İmam Rzanın (ə) hərəminin də zirayətinin çox sayda faydası və fəzilətləri vardır. İmamın (ə) hərəmi başdan-başa mənəviyyat ab-havası ilə doludur. Ona tərəf cəzb olan ruhlar o qədər bu mənəviyyatdan təsirlənirlər ki, qəm və qüssəni unudur və İmama (ə) xüsusi diqqət edərlər. (Həvzəh)

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim bədənimin bir parçası Xorasanda dəfn olunacaqdır. Hər bir qəmgin insan onu ziyarət etsə, Allah Təala qəmini aradan aparar. Onun ziyarətinə tələsən hər bir günahkarın Allah günahını bağışlayar".
İmam Cavad (ə) buyurur: "Hər kim Tusda atamın qəbrini ziyarət edərsə, Allah keçmiş və gələcək günahlarını bağışlayar".

İmam Rza (ə) buyurur: "Tezliklə zülm üzündən zəhərlə öldürüləcəyəm. Hər kim məni ziyarət etsə o halda ki, haqqımı tanıyar, Allah keçmiş və gələcək günahlarını bağışlayar".

Həzrət (ə) başqa yerdə buyurur: "Hər kim məqbərəmi ziyarət edərsə, Qiyamət günü üç halda onu taparam. Qiyamətin dəhşətindən xilas edərəm. O zaman ki, insanların əməl dəftəri sağ və sol tərəflərindən verilər. Siratdan keçən zaman və tərəzi qarşısında".

İmam Rzadan (ə) nəql olunur ki, buyurub: "Hər kim dostlarımdan məni ziyarət edər o halda ki, haqqımı tanıyar, Qiyamət günü ona şəfaət edərəm".
Həsən ibni Fəzal İmamdan (ə) nəql edir ki, buyurub: "Agah olun ki, hər kim məni qürbətimdə ziyarət edər, mən və atalarım Qiyamət günü onun şəfaətçisi olarıq. O kəsin ki, şəfaətçisi biz olarıq, əgər cin və ins qədər günahı olsa belə, günahları bağışlanmış olar".

Hərəvi nəql edir ki, İmam Rza (ə) Harunun məqbərəsinə daxil olan zaman barmağı ilə onun kənarından xətt çəkir və buyurur: "Bu, məni türbətimdir. Orada dəfn olunacağam. Allah Təala bu yeri Əhli-beyt (ə) davamçılarının gəlib-getdiyi məkan qərar verəcəkdir. Allaha and olsun ki, onlardan hər kim məni ziyarət edər, ya mənə salam verərsə, bizim şəfaətimizə görə Allah tərəfindən bağışlanmağa və mehribançılğa şamil olar".

İmam Rza (ə) buyurur: "Mən məzlumcasına zəhərlə öldürüləcəyəm.
esselamu_eleykumHarun ər-Rəşidin qəbrinin yanında dəfn olunacağam. Qiyamət günü qəbrimin zəvvarları Allah Təalaya tərəf kəramətlə daxil olacaqlar. Hər mömin ki, məni ziyarət edər, səmadan üzünə su düşərsə və ziyarət yolunda əziyyət çəkərsə, cəsədi cəhənnəm atəşinə haram olar".
İmam Musa (ə) buyurur: "Hər kim oğlumun qəbrini ziyarət edərsə, behişt onundur".

İmam Cavad (ə) buyurur: "Mən o kəsə behişti zəmanət verərəm ki, atamın Tusdakı qəbrini ziyarət edər və onun haqqını tanıyar".
İmam Rza (ə) buyurur: "Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər. Ali dərəcələrdə bizim rəfiqimiz olar".
Allah Təala bizləri qərib İmamın (ə) zəvvarlarından qərar versin.

Oxşar xəbərlər
Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq..
“Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar” – Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq. İmam Baqir (ə) buyurur: “Fatiməyə (s.ə) itaət etmək – Allahın bütün xəlqi olan: cin, adəm, quşlar,

İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri.
Şəfa verən, qorxudan saxlayan, malı qoruyan – İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri. İmam Sadiq (ə) buyurur: “Hüseynin (ə) qəbrinin torpağında hər dərdin şəfası vardır və o, böyük dərmandır”. İmam Rza (ə) buyurur: “Hər bir torpaq - murdar, qan

İmam Hüseyn (ə) haqqında hədislər
İmam Hüseyn (ə) buyurub: Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti! Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi: Ey Allahın

İmam Hüseyn (ə) haqqında hədislər
İmam Hüseyn (ə) haqqında Peyğəmbərin (s) buyurduqlarından İmam Hüseyn (ə) buyurub: Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və

İmam Rza(ə.s) mövlud günüdür
Bismilləh. 14 Avqust - 11 Zilqədə. Rasulullahın (səlləllahu əleyhi və alihi və səlləm) 8-ci xəlifəsi İmam Əli ər-Rzanın (əleyhissalam) mövlud günüdür. Başda Vəliyyi əmr Kulli Muslimin İmam Məhdi ə.f olmaqla cəmi möminləri təbrik edirəm. Dualarda



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



       
      Cəmi istifadəçilər: 2
      Qonaqlar: 2

      Online İstifadəçilər: 
      ---

       Saytda olmuş ən son 20 nəfər: 
      ---