Ay ilinin hesablanması
- 26 avqust 2016
- Bölmə: Digər bilmədiklərniz / Tarix
- Baxış: 2 899
- Şərhlər: 0
- Müəllif: admin
Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər! (Yunis surəsi, 5)
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. (Yasin surəsi, 39)
Yuxarıdakı ayədə Allah Ayın insanlar üçün ili hesablamaqda bir ölçü olduğunu açıq şəkildə bildirmişdir. Bundan əlavə, Ayın orbitində dövrü əsnasında dayanacaq nöqtələrinə də diqqət çəkilmişdir. Yer-Ay və Yer-Günəş hərəkətləri arasındakı bucaq daima dəyişdiyinə görə, biz Ayı müxtəlif vaxtlarda müxtəlif formalarda görürük. Habelə, Ayı Günəşdən aldığı işığı əks etdirməsi ilə görürük. Ayın Günəşlə aydınlanan üzü Yerdəki müşahidəçiyə görə daima formasını dəyişir. Bu dəyişiklikləri nəzərə alaraq il hesablanır.
Əvvəllər bir ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yer ətrafında dövr etdiyi vaxt kimi hesablanırdı. Bu hesablamaya əsasən, 1 ay 29 gün 12 saat, 44 dəqiqəyə bərabər idi. Buna "qəməri ay" deyilir. 12 qəməri ay isə rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı fırlanmasının 1 il kimi qəbul etdiyimiz miladi təqvim ilə rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. Belə ki, "Kəhf" surəsinin 25-ci ayəsində bu fərqə belə diqqət çəkilmişdir:
Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar. (Kəhf surəsi, 25)
Ayəni belə açıqlamaq olar: 300 il x 11 gün (hər il üçün meydana gələn fərq) = 3.300 gün. 1 Günəş işinin 365 gün 5 saat 48 dəqiqə və 45.5 saniyə olduğu nəzərə alınsa, 3.300 gün/365.24 gün = 9 ildir. Başqa sözlə, miladi təqvimə görə 300 il rum təqviminə görə 300+9 ildir. Göründüyü kimi, ayədə dəqiq hesablamaya əsaslanan 9 illik fərqə diqqət çəkilmişdir (ən doğrusunu Allah bilir). Şübhəsiz, Quranda bu cür məlumata diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.