Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Dağların hərəkət etməsi

Dağların hərəkət etməsi
0
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 3 280
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Dağların hərəkət etməsi


Bir ayədə dağların göründüyü kimi sabit olmadığı, daima hərəkət halında olduğu belə bildirilir:

Sən dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər... (Nəml surəsi, 88)

Dağların bu hərəkəti yer qabığının hərəkətindən qaynaqlanır. Yer qabığı özündən daha sıx olan mantiya təbəqəsi üzərində sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Vegener (Alfred Wegener) adlı alman elm adamı yer üzündəki qitələrin Yerin ilk dövrlərində bitişik olduğunu, daha sonra müxtəlif istiqamətdə hərəkət edərək bir-birindən ayrılıb uzaqlaşdığını irəli sürmüşdü.

Ancaq geoloqlar Vegenerin haqlı olduğunu onun ölümündən 50 il sonra, yəni 1980-ci ildə anladılar. Vegenerin 1915-ci ildə nəşr olunmuş məqaləsində bildirdiyi kimi, yer üzündəki quru hissələri təqribən 500 milyon il əvvəl bir-birinə bitişik idi və Pangeya adlandırılan bu böyük quru hissəsi cənub qütbündə yerləşirdi. Təxminən 180 il əvvəl Pangeya iki yerə bölünüb. Müxtəlif istiqamətlərdə hərəkət edən bu iki nəhəng qitədən birincisi Afrika, Avstraliya, Antarktida və Hindistandan ibarət Qondvana idi. İkincisi isə Avropa, Şimali Amerika və Asiyadan ibarət Lavrasiya idi. Bu bölünmədən sonra təqribən 150 milyon il ərzində müxtəlif zamanlarda Qondvana və Lavrasiya daha kiçik hissələrə bölündülər.

Pangeyanın bölünməsi ilə əmələ gələn bu qitələr daima quru və dəniz arasında ildə bir neçə santimetrlik sürətlə hərəkət edirlər.

XX əsrin əvvəllərində aparılan geoloji tədqiqatlar nəticəsində kəşf edilmiş yer qabığının bu hərəkəti elmi mənbələrdə belə açıqlanır:

Yer qabığı və üst mantiyadan ibarət 100 km qalınlığındakı Yer səthi "təbəqə" adlanan hissələrdən ibarətdir. Yer üzünü təşkil edən altı böyük təbəqə və çoxlu sayda kiçik təbəqə var. "Təbəqə tektonikası" adlandırılan nəzəriyyəyə əsasən, bu təbəqələr qitələri və okean dibini də özləri ilə birlikdə daşıyaraq Yerin səthində hərəkət edirlər... Qitələrin hərəkəti ildə 1-5 sm-dir. Təbəqələr bu şəkildə hərəkət etdikcə Yerin coğrafiyasında dəyişikliklər əmələ gəlir. Məsələn, Atlantik okeanı hər il daha da genişlənir. 33

Burada mühüm cəhət nəzərə çatdırılmalıdır: Allah dağların hərəkətini ayədə "sürüklənmə" şəklində bildirmişdir. Elm adamlarının bu gün bu hərəkətə verdiyi ingiliscə termin "continental drift" "qitələrin sürüklənməsi" deməkdir. 34

Qitələrin sürüşməsi Quranın nazil edildiyi dövrdə müşahidə oluna bilməzdi və Allah ayədəki "sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən" ifadəsi ilə insanlara bunu əvvəlcədən bildirmiş, dağların, əslində, buludlar kimi hərəkət etdiyini xəbər vermişdir. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkətliliyinə açıq şəkildə diqqət çəkilir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.