Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qızı üçün Xanım Məsumədən (s.ə) cehiz istəyən arif.

Qızı üçün Xanım Məsumədən (s.ə) cehiz istəyən arif.
-1
Mətndə qrammatik səhv var?
Qızı üçün Xanım Məsumədən (s.ə) cehiz istəyən arif.


Ayətullah Mərəşşi Nəcəfi nəql edir: “Bir müddət maddi çətinliklərim artmışdı. Qızımı ərə vermək istəyirdim, ancaq ona cehiz verməyə imkanım yox idi. Göz yaşları məni boğurdu və bu halda Həzrət Məsumənin (s.ə) hərəminə getdim. Xanıma (s.ə) xitab edərək, dedim: “Ey seyyidə və mənim mövlam! Niyə mənim həyat vəziyyətimə əhəmiyyət vermirsiniz? Mən necə bu yoxsulluq içində qızımı ərə verəcəyəm?”.

Sonra sınmış qəlblə evimə qayıtdım. Məni yuxu apardı və gördüm ki, kimsə qapımızı döyür. Qapını açdım və bir şəxsi gördüm. Məni görən kimi dedi: “Seyyidə səni çağırır”.

Tələsə-tələsə hərəmə getdim və Həzrətin (s.ə) hərəminə çatanda gördüm ki, bir neçə kəniz salonu təmizləməklə məşğuldur. Soruşdum ki, nə olub? Dedilər ki, indi seyyidə gələcəkdir.

Bir müddət sonra Həzrət Məsumə (s.ə) gəldi. Anam Fatiməyə (s.ə) çox bənzəyirdi. Çünki anamı üç dəfə yuxuda görmüşdüm. Onun yanına getdim və hörmətimi bildirdim.

Bu zaman Xanım (s.ə) mənə buyurdu: “Ey Şəhab! Biz nə zaman sənin fikrində olmamışıq ki, bizi günahlandırır və bizdən şikayət edirsən? Sən o zamandan ki, Quma daxil olmusan, bizim nəzər və inatəyimizdə olmusan”.

Bu halda yuxudan ayıldım və başa düşdüm ki, Xanıma (s.ə) qarşı ədəbsizlik etmişəm. Üzr istəmək üçün hərəmə getdim və bu hadisədən sonra hacətlərim yerinə yetdi və ruzim artdı”. (Həvzəh)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.