Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Həzrət Əli(ə.s)-ın qəzavətini 14 əsr sonra Harvard universiteti tapıb

Həzrət Əli(ə.s)-ın qəzavətini 14 əsr sonra Harvard universiteti tapıb
-1
Mətndə qrammatik səhv var?
İmam Əli əleyhissalam-ın qəzavətlərindən..

İbn Abbasdan nəql olunur ki, Şüreyh Qazi, Ömər ibn Xəttabdan mürəkkəb bir məsələ barəsində soruşdu. O, oyana-buyana hərəkət etdi, üzünün rəngi dəyişdi və əsəbiləşdi. Nə qədər fikirləşsə də, bu sualın cavabını tapa bilmədi. Nəhayət səhabələri çağırıb məsələni onlarla müzakirəyə qoydu və onun həlli yolunu tapmaqlarını istədi. Onlar dedilər:

یا امیرالمومنین! انت المفزع وانت المنزع

– “Ey möminlərin əmiri! Sən sığınacaq və müraciət yerisən!

Ömər bu sözdən qəzəblənib dedi:

اِتَّقُوا اللهَ وَقُولُوا قَوْلاً سَدِیداً یُصْلِحْ لَکُمْ اَعْمَالَکُمْ

– “Allahdan qorxun və elə söz deyin ki, öz vəziyyətiniz üçün faydalı olsun!”

Dedilər:

– Ey möminlərin əmiri! Bu sualınıza cavabımız yoxdur!

Ömər dedi:

اَمَا وَاللهِ اِنِّی لَاَعْرِفُ اَبًا بِجَدَّتِهَا وَابْن بجدتها ، واین مفزعها واین منزعها

– Allaha and olsun! Mən elə bir şəxsi tanıyıram ki, o, elm mənbəyidir. Bütün çətinlikləri həll edə bilir. (Məsələlərin bütün yönlərini bilir.) Bu məsələnin cavabını da tam  deyəcəkdir.

Dedilər:

 – Bəlkə məqsədin Əbu Talibin oğludur?!

Dedi:

لِلَّهِ هُوَ ، وَهَلْ طَفحَتْ حُرَّهٌ بِمِثْلِهِ وَاَبْرَعَتْهُ؟! انْهَضُّوا بِنَا اِلَیْهِ

– And olsun Allaha, məqsədim odur! Azad (bir kəsin qulu olmayan) bir ana onun kimi övlad dünyaya gətirmişdirmi?! Bəşər cəmiyyətinə onun kimi bir kamil insanı təqdim etmişdirmi?! Qalxın, onun yanına gedək!

Onlar dedilər:

– Siz onun yanına getmək istəyirsiniz?! Qoyun o gəlsin!

Ömər dedi:

هَیْهَاتَ هُنَاکَ شَجْنَهٌ مِنْ بَنِی هَاشِمٍ ، وَشَجْنَهٌ مِنَ الرَّسُولِ ، وَاُثْرَهٌ مِنْ عِلْمٍ یُوْتَى لَهَا وَلاَ یَاْتِی ، فِی بَیْتِهِ یُوتَى الْحِکَمُ ، فَاعْطفُوا نَحْوَهُ

Heç vaxt! Məgər bilmirsiniz ki, o məkan Bəni-Haşimin və Peyğəmbərin yadigarıdır? Orada elmdən bir nişanə vardır?! Onun yanına getmək lazımdır! O bir kəsin yanına gəlməz, hikmət onun evində tapılar. Ona tərəf tələsin!

Onlar Ömərlə birlikdə həzrətin yanına gəldilər və gördülər ki, o, bir divarın yanında oturaraq اَیَحْسَبُ ا لاِْنسَانُ اَن یُتْرَکَ سُدًى “Yoxsa insan güman edir ki, azad, hədəfsiz buraxılacaqdır?!” (1) ayəsini təkrar edərək ağlayır. Ömər Şüreyhə dedi:

– Məndən soruşduğun sualı Əbul-Həsəndən soruş!

Şüreyh sözə başladı:

– Mən qəzavət kürsüsündə idim, bu kişi mənim yanıma gəlib dedi: – Bir nəfər çoxlu miqdarda mehriyyə ilə bir azad və bir ümmü-vələd (öz ağasından övlad sahibi olan kənizi) qadını mənə tapşırıb: “Mən qayıdana qədər onların xərcliyini ver” – dedi. Birinci gecədə hər iki qadın doğdu: biri oğlan, digəri isə qız. Onların hər biri daha çox irs əldə etmək məqsədi ilə “oğlan mənimdir!” deyə iddia edib qızı özlərindən inkar etdilər.

Əli (əleyhis-salam):

– Onların arasında necə qəzavət etdin? – deyə soruşdu.

Şüreyh:

– Onların arasında qəzavət edə bilsəydim, sizin yanınıza gəlməzdim, –deyə cavab verdi.

İmam (əleyhis-salam) yerdən bir saman çöpü götürüb Şüreyhə göstərdi və buyurdu:

– Bu məsələ barəsində mühakimə yürütmək bu saman çöpü barəsində qəzavət etməkdən də asandır.

Sonra o bir qab istədi, qabı gətirdilər. Həzrət birinci qadına:

–Südünü bu qaba sağ (və qabı doldur), – deyə buyurdu.

O qadın qabı südlə doldurdu, həzrət o südü tərəzidə çəkdi. Sonra ikinci qadına buyurdu:

–Sən də bu qabı öz südünlə doldur.

O qadın da eyni işi təkrar etdi, sonra həzrət onun da südünü tərəzidə çəkdi. İkinci qadının südünün çəkidə birincinin südünün yarısı qədər olduğunu müəyyən etdi. Bu zaman ikinci qadına buyurdu: Öz qızını götür! (Sonra birinciyə buyurdu:) Sən də oğlunu götür!

Sonra isə üzünü Şüreyhə tutub dedi:

اَمَا عَلِمْتَ اَنَّ لَبَنَ الْجَارِیَهِ عَلَى النِّصْفِ مِنْ لَبَنِ الْغُلَامِ؟ وَاَنَّ مِیرَاثَهَا نِصْفُ مِیرَاثِهِ؟ وَاَنَّ عَقْلَهَا نِصْفُ عَقْلِهِ؟ وَاَنَّ شَهَادَتَهَا نِصْفُ شَهَادَتِهِ؟ وَاَنَّ دِیَتَهَا نِصْفُ دِیَتِهِ؟ وَهِیَ عَلَى النِّصْفِ فِی کُلِّ شَیْءٍ

– Bilmirsənmi ki, qız dünyaya gətirən ananın südünün çəkisi oğlan dünyaya gətirənin südünün çəkisinin yarısı qədərdir?! Qıza da oğlana çatan irsin yarısı qədər irs çatır?! Dərki də oğlan dərkinin yarısı qədərdir?! Şəhadəti (say baxımından) onun şəhadətinin yarısıdır?! Onun diyəsi də oğlanın diyəsinin yarısıdır?! Qız hər bir şeydə oğlanın yarısı qədərdir.

Bu zaman təəccüb Ömərin bütün vücudunu bürüdü. O,:

اَبَا حَسَنٍ لاَ اَبْقَانِیَ اللهُ لِشِدَّهٍ لَسْتَ لَهَا وَلاَ فِی بَلَدٍ لَسْتَ فِیهِ

Ey Əbəl-Həsən! Allah-taala sən olmadan məni heç bir müşküllə qarşılaşdırmasın, sənin olmadığın bir şəhərdə məni tək qoymasın! – dedi. (2) (3)

1-“Qiyamət” surəsi, ayə: 36. 
2-“Kənzul-ummal”, 3/179 (5/830), hədis: 14508 
3-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 536.
_________

Harvard Universitetinin araşdırmalarına əsasən məlum olmuşdur ki, analar uşağın cinsindən asılı olaraq fərqli süd istehsal edirlər

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.