Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

ATEİZM, DEİZM VƏ TEİZM. 3-cü mövzu.

ATEİZM, DEİZM VƏ TEİZM. 3-cü mövzu.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 3-cü mövzu.

MƏSƏLƏNİN DÜZGÜN QOYULUŞU
Ateist və deistlərlə mübahisə zamanı dəfələrlə şahidi olduqumuz məsələlərdən biri də budur ki, çox zaman ətrafında söhbət olunacaq mövzu düzgün şəkildə müzakirəyə qoyulmur və mövzuya girişlər məntiqi şəkildə icra olunmur. Müzakirə üçün təyin edilən məsələlər ya sadəlöhvlükdən və yaxudda qərəzli şəkildə çox incə, aldadıcı və çaşdırıcı formada qoyulur və buna görədə iki tərəfli mübahisə zamanı ortaq məxrəcə gəlmək mümkün olmur. Bu mübahisə sadəcə söz oyunundan ibarət olan bir nəticəsiz və mənasız söhbətə çevrilir.
Məsələnin həllini tapmaq üçün mütləq onun qoyuluşu xüsusi məntiqi qanunauyğunluqlara əsaslanmalıdır və paradoks yaratmamalıdır. Abstrakt (mücərrəd) məsələlər və abstrakt düşüncə tərzi o qədər incədir ki, ona görə bu tip mövzular barədə fikir mübadiləsi zamanı, mütləq məsələnin düzgün qoyuluşu əsas götürülməlidir.
Məsəl üçün biz belə bir məsələ qoyaq və düzgün cavabını axtaraq ki, bir meşədə 10 dovşan var. O dovşanların 4 ədədini ovçu tutdu, 3 ədədini canavar parçaladı, 5 ədədini isə uşaqlar tutdu. Yerdə neçə dovşan qaldı? Bu məsələ adi bir məsələdir amma bu məsələ qoyularkən baş verən riyazi məntiqi uyğunsuzluq səbəb olacaq ki, bu məsələ heç zaman cavablandırıla bilməsin.
Fəlsəfi mövzularda da əsas problem məsələnin öncədən düzgün qoyulmamasıdır. İrəli gələn problemdə bir başa bununla bağlı olur. Məsələnin də ən çətin hissəsi öncədən təyin edilmiş mövzuya düzgün yanaşmanın olmasıdır. Əgər insan məsələyə düzgün yanaşa bilsə, onun həlli yolunu tapmaq asan olacaqdır. Ateistlərin əksər iradları, problemləri, şəkləri, şübhələri məhz qoyulan məsələ barədə yalnış təsəvvürlərindən irəli gəlir.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex