Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allahın sevdiyi bəndəsi olmağa səbəb olan əməllər.

Allahın sevdiyi bəndəsi olmağa səbəb olan əməllər.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Allahın sevdiyi bəndəsi olmağa səbəb olan əməllər.



Duaların arasında bəzən elələrinə rast gəlirik ki, Allahdan dünya və axirətdə həya və abır istəyirik. Azan və iqamə arasında bu duanın oxunması müstəhəbdir:

اللَّهُمَّ إِنّی أَتَوَجَّهُ إِلَیْکَ بِنَبِیِّکَ نَبِیِّ الرَّحْمَةِ مُحَمَّدٍ وَ أُقَدِّمُهُمْ بَیْنَ یَدَیْ حَوائِجی کُلِّهَا فَصَلِّ عَلَیْهِمْ وَ اجْعَلْنی بِهِمْ وَجِیهاً فِی الدُّنْیا وَ الْآخِرَةِ وَ مِنَ الْمُقَرَّبِینَ»

Yəni, “Allahım! Muhəmməd (s) və Ali-Muhəmməd (ə) vasitəsilə Sənə üz çevirirəm. Hacətlərimə görə onları şəfaətçi qərar verirəm. Ona görə də onlara salam göndər və məni onlara xatir dünya və axirətdə dərgahının yaxınlarından və abır sahiblərindən qərar ver!”. (Tebyan)

Necə də yaxşı olardı ki, sevilən şəxsiyyət olaq və gözəl həyata malik olaq. Ondan da yaxşısı budur ki, Allah Təalanın yanında məhbub olaq. Quran buyurur ki, əgər Allah yanında məhbub olmaq istəyirsənsə, yolu Həzrət Peyğəmbərin (s) ardıcılı olmaqdır.

Ona görə də əgər Allah yanında sevimli bəndə olmaq istəyiriksə, gərək həm Allahı sevək və həm də Peyğəmbərin (s) və Məsum İmamların (ə) göstərişlərinə əməl edək. Təqvamızı gücləndirək. İmanımız artarsa, biz insanların arasında da sevimli olarıq. Allahı tanımağa çalışaq və təfəkkür edək. Allahın eşq və sevgisini ürəyimizə salaq.

Hədislərdə oxuyuruq ki, Nəcm” surəsini çox oxumaq səbəb olar ki, insan başqa insanların yanında sevimli olsun. Quranın nəzərinə görə iman və saleh əməl insanı başqalarının yanında əziz və sevimli edər. Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. (“Məryəm” 96)

Hədislərdə oxuyuruq ki, aşağıdakı bu əməllər sevgi gətirər:

1. Dindarlıq.

2. Təvazökarlıq.

3. Güzəşt.

4. Xoş əxlaq.

5. Mehribanlıq və başqalarına sevgini bildirmək.

6. İnsanların əlində olandan gözünü çəkmək.

7. Başqaları ilə rəftarda insaflı olmaq.

8. Başqalarına çətin və xoş günlərdə maddi yardım etmək.

9. Vəfadarlıq.

10. Əmanətdarlıq.



Allahın və insanların sevimlisi olmaq üçün izzəti-nəfsə malik olmaq çox mühümdür. İzzəti yaradan amillər:

1. Allaha itaət etmək niyyətilə günahı tərk etmək.

2. İlahi təqvaya malik olmaq.

3. İnsanlardan ümidsiz olmaq.

4. İnsanlarla insaflı olmaq.

5. Xata törədənə güzəşt etmək.

6. Məhrum edənə əta etmək.

7. Əlaqəni kəsənlə əlaqə yaratmaq.

8. Dilə nəzarət etmək.

9. Təvəkkülə malik olmaq.

10. Təvazökar olmaq.

11. Günaha qarşı əzmli olmaq.

12. İgid olmaq.

13. Allah yolunda cihad etmək.

14. Qənaətli olmaq.

15. Qəzəbi yatızdırmaq.
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex