Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Tarix ən böyük ibrət meydanıdır...

Tarix ən böyük ibrət meydanıdır...
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Tarix ən böyük ibrət meydanıdır...

İmam Huseyn (ə) və onun əzadarlığı ilə mübarizə aparmış nəhəng sistemlər indi hanı?
Hanı SSRİ? Hanı Əməvilər? Hanı Abbasilər? Hanı Pəhləvilər? Hanı Səddam? Hanı Məhəmməd Rza şah? Tarix kitablarından başqa adlarını hara yaza bildi onlar? 1350 illik bir tarixi olan bu məktəbin, bu matəmin bu gün də sanki dünən baş vermiş kimi yaşaması özü möcüzə deyilmi? Buna bənzər başqa nə nümunə tapa bilərlər? Milyonların hər il könül xoşluğu ilə və qeyri adi bir qəm kədər ilə qeyd etdiyi bu hadisənin yaşaması ağıl sahiblərini hər zaman düşündürüb. Bütün bunlar heç də səbəbsiz deyil. Kərbəla məktəbi yüzlərlə diktatoru, qaniçən sistemi tarixin qəbristanlığında dəfn edib, amma özü yaşayıb və yaşayacaq.

Düşüncəsi yerində olan hər bir şəxs, tarixdən ibrət alaraq Kərbəla məktəbi ilə, İmam Huseyn (ə) əzası ilə, heç zaman baş-başa gəlməyə çalışmaz. Hətda bu məktəbi sevməsə belə... Gərək ağlını itirəsən ki, qüdrət sahiblərinin heç zaman məhv edib, aradan apara bilmədiyi bir məktəb ilə və onun hər hansı bir detalı ilə qarşı qarşıya dayanasan.

fikirlərinizi yazmağı unutmayın
Bəşir Mansurov

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex