Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Saleh əməllər haqqında hədislər

Saleh əməllər haqqında hədislər
Yaddaşda saxla
  • 13 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 3 353
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Saleh əməllər haqqında hədislər


♥Bismillahir Rəhmanir Rəhim...♥

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

133. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: "İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür”. (Biharul-ənvar 76-43)

134. İmam Əli (ə) buyurur: "Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə”. (Nəhcul-bəlağə 511)

135. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: "Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxsı iş görən qədər savab alar”. (Biharul-ənvar 96/ 119)

136. İmam Sadiq (ə) buyurur: "Altı xislət vardır ki, mömin öləndən sonra ondan faydalanar: 1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad, 2. Özündən sonra oxunan Quran, 3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan üçün cari etdiyi su, 6. Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət.” (Xisal 323)

137. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: "Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı vacib edərdim”. (Biharul-ənvar 76/ 126)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex