Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Namaz haqqında hədislər

Namaz haqqında hədislər
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Namaz haqqında hədislər


Namaz haqında hədislər

İmam Mühəmməd Baqir (ə) buyurub:
Allahın bəndəsi namazda Allaha yaxın olar.
Dəaümül-İslam c-2, s-134

Həzrət Muhəmməd (s) buyurub:
Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən Allaha tərəf ucalan ilk əməl də namazdır. Qiyamət günü ümmətimdən soruşulacaq ilk sual da namazdan olacaq.
Kənzül-ümmal, c-7, s-276

İmam Cəfər Sadiq(ə) ( Mənsur ibn Hazimin "əməllərin ən yaxşısı nədir,” sualının izahında belə) buyurub:
Namazı vaxtında qılmaq, ata-anaya yaxşılıq etmək və Allah yolunda cihad etmək.
Kənzül-ümmal, c-15, s-823

İmam Cəfər Sadiq(ə) buyurub:
Namazın ilk vaxtı axır vaxtından kişi üçün öz mal və övladından daha fəzilətlidir.
Mühəccətül-bəyza, c-2, s-34

Həzrət Mühəmməd(s) buyurub:
Allahın bir mələyi var, o mələk hər namaz vaxtında belə fəryad edər: " Ey adəm övladları, qalxın öz zərərinizə yandırdığınız atəşi namaz ilə söndürün”.
Kənzül-ümmal, c-7, s-281

Həzrət Mühəmməd(s) buyurub:
Vaxtında qılınan namaz göyə ucalar və onun elə bir parlaq nuru olar ki, göylərin qapıları onun üzünə açılar və Allahın dərgahına daxil olar. O zaman öz sahibinə dua eder və deyər: Sen əvvəl vaxtında məni qoruduğun kimi, Allah da səni qorusun.
Əgər namaz əvvəl vaxtında qılınmasa və ayrı vaxtda qılınsa, üzü qara göyə ucalar və göylərin qapıları onun üzünə bağlanar. Höhnə və əzilmi bir parça kimi sahibinin üzünə vurular və belə deyər: Allah səni zay etsin, necə ki, məni əvvəl vaxtında zay etdin.
Məhasin-bərqi, s-81

Həzrət Muhəmməd(s) buyurub:
Namaz dinin sütunudur.

Həzrət Muhəmməd(s) buyurub:
Şeytan həmişə namazı vaxtında qılan şəxsdən qorxar və ona yaxınlaşa bilməz, amma namazı vaxtında qılmayan şəxsə, bir yol tapıb onu güna etməyə vadar edər.
Biharül-ənvar, c-80, s-11

İmam Rza(ə) buyurub:
Namaz pərhizkarların Allaha yaxınlaşmaları üçün bir vasitədir.
Üyunül-əxbar, c-2, s-7

Həzrət Muhəmməd(s) buyurub:
Hər kəs namazı yüngül saysa, on beş bəlaya düçar olar: Allah onun ömrünün və ruzisinin bərəkətini alar, yaxşı insanların vasiyyətlərini ondan alar, duası göyı ucalmaz, saleh bəndələrin, onun haqqında etdikləri dua qəbul olmaz, dünyadan zəlil gedər, dünyadan ac gedər, dünyadan susuz gedər, Allah ona qəbr evində bir mələk göndərər ki, ona əziyyət versin, qəbr evi ona sixintili və darisqal olar, qəbri qaranlıq olar, Allah ona bir mələk göndərər ki, qiyamət günü onu üzü üstə gətirər və camaat onu müşahidə edər, Qiyamıt günü çoz cətin hesab verər, Qiyamət günü Allahın nəzəri ondan uzaq olar, özünü günahdan təmizləyə bilməz və onun üçün böyük əzab olar.
Səfinətül-bihar, c-2, s-44

İmam Cəfər Sadiq(ə) buyurub:
Bizim ardıcıllarımızı namaz vaxtı imtahan edin, görün namaza nə qədər əhəmiyyət verir və onu necə qoruyurlar.
Səfinətül-bihar, c-2, s-44

Həzrət Muhəmməd(s) buyurub:
Kəbədən başqa, əgər bir kəs mənim məscidimdə ( yəni Mədinə şəhərində yerləşən Mescidün-nəbidə) namaz qılsa, özgə məscidlərdə qılınan min rükət namazdan üstündür.

Həzrət Muhəmməd(s) buyurub:
Müsəlmanların destəmaz alın namaz qılmaqları, onların günahlarının aradan getməsinə səbəb olar. Ağac öz yarpaqlarını tökdüyü kimi, namaz da günahları məhv edir.
Mədinətül-bəlağə, c-2, s-45

İmam Sadiq (ə) buyurub:
Namaz qılan şəxs, namaz üçün ayağa qalxan zaman onun üçün asimandan Allahın rəhməti yerə nazil olar və mələklər onun ətrafında dolanarlar. Mələklərdən biri isə bu zaman belə söyləyər: Əgər bu namaz qılan şəxs namazın mahiyyətini bilsəydi heç vaxt namazdan ayrılmazdı.
Dəail-İslam, c-1, s-136

İmam Sadiq(ə) buyurub:
Namaz üç hissəyə bölünür:
1. Təmizlik, 2. rüku, 3. səcdə.
Rövzətül-müttəqin, c-1, s-123

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex