Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İraqda 160 min ailə işğaldan azad edilən ərazilərə qayıtdı

İraqda 160 min ailə işğaldan azad edilən ərazilərə qayıtdı
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İraqda 160 min ailə işğaldan azad edilən ərazilərə qayıtdı

İraqda 160 min ailə İŞİD-in işğalından azad edilmiş ərazilərə geri qayıdıb.

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, məlumatı İraqın qaçqın və məcburi köçkünlər naziri Casim Muhəmməd Nazirlər Kabinetinin paytaxt Bağdadda məcburi köçkünlərlə bağlı keçirdiyi iclasında səsləndirib.

O, bu bölgələrdə həyatın normallaşması üçün işlərin davam etdiyini də qeyd edib. Nazirlər Kabinetinin baş katibi Mehdi Əl-Ələq isə açıqlamasında, ailələrin azad edilmiş ərazilərə qayıdışı məsələsilə bağlı bu bölgələrdə İŞİD-in yerləşdirdiyi minalarla elektrik, su və infrastruktur xidmətlərinin gecikməsi səbəbilə bəzi problemlərin hələ də qaldığını bildirib.

O, BMT-nin azad edilən bölgələrdəki infrastrukturun yenidən bərpası üçün İraqa 2,1 milyard dollar kredit ayırdığını qeyd edib.

Qeyd edək ki, İraqda İŞİD-in hücumları və baş verən qarşıdurmalar səbəbilə ölkə daxilində 4 milyon insan evlərindən didərgin düşüb.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex