İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Vahabilik(və ya sələfilik) barəsində əhli-sünnə alimlərinin nəzəri

Muhəmməd ibn Əbdül-Vəhhab (Vahabiliyin banisi) haqqında 21 Əhli sünnə aliminin fikirləri və vahabiliyə qarşı yazdıqları kitablar.mənbələri və alimlər haqqında qısa məlumatda paylaşılıb.səbrlə oxuyun və hər şey aydın olsun sizlərə.paylaşmağı unutmayın.

Müsəlmanların əqidəsinə zidd olan Muhəmməd b. Əbdül-Vəhhabın dəvətinin aşkara çıxması ilə bu dəvətə müxalif olan cəmiyyətin müxtəlif təbəqələri ayağa qalxdılar. Onlar Muhəmməd b. Əbdül-Vəhhabın işini İslam dininin içərisində yaranmış bidət saydılar. Onlar bildirirdilər; bu bidəti mümkün olduqca tez kökündən yandırmaq lazımdır ki, insanların dini ciddi ziyandan qorunsun. İslam cəmiyyətində Muhəmməd b. Əbdül-Vəhhabın fikir, əqidə və rəftarlarını tənqid edən və onunla müxalif olan ən mühüm qrup isə alimlər idi. Alimlər müsəlmanların din və əqidələrini qorumaqda aparıcı rola malik olduqları üçün Muhəmməd b. Əbdül-Vəhhabın azğın fikirləri və azdırıcı fəaliyyətlərindən qafil olmamış və bacardıqları müxtəlif elmi, mədəni və siyasi yollarla onun əleyhinə qiyam etdilər.

Bu məqalədə əhli-sünnə alimlərinin Muhəmməd b. Əbdül-Vəhhab və onun ardıcılları, yəni vəhhabilər barədə nəzərlərini açıqlamağa çalışacayıq. Belə ki, vəhhabilərin əhli-sünnə arasında heç bir mövqeyinin olmadığı və hazırda da belə olduğu, habelə onların əqidələrinin əhli-sünnə əqidələrinin ziddinə olduğu məlum olsun.

1. Zəyni Dəhlan: Muhəmməd b. Əbdül-Vəhhabın ustadları dedikləri kimi, o (yolunu) azacaq və vəhhabilik fitnəsi İslamda ən böyük fitnə oldu.

Zəyni Dəhlan Məscid əl-Həramın şeyxül-İslamı və Məkkənin müftisi idi. O “Fitnə əl-vəhhabiyyə” kitabında Muhəmməd b. Əbdül-Vəhhabın ustadlarının onun azğınlaşacağı barədə proqnozlarını qeyd edir və əlavə edir: O bu proqnozları doğrultdu və yolunu azdı. O deyir:

و كان كثير من مشايخ ابن عبدالوهاب بالمدينة يقولون سيضل هذا أو يضل الله به من أبعده و أشقاه فكان الأمر كذلك
Mədinədə Muhəmməd b. Əbdül-Vəhhabın ustadlarının çoxu deyirdilər: -“Bu tezliklə yolunu azacaq ya Allah onun vasitəsilə başqalarını azdıracaq.” Elə də oldu.

Zəyni Dəhlan, Fitnə əl-vəhhabiyyə, səh.5; İşık kitabevi, İstanbul, 1978; təhqiq: Hüseyn Hilmi ibn Səid İstanbuli

Habelə o özünün başqa bir kitabında Muhəmməd b. Əbdül-Vəhhab haqqında yazır: “O özündən öncəki müsəlmanları kafir sayırdı. Vəhhabi məzhəbinə girmək istəyən müsəlmanlardan əvvəlcə öz kafirliklərinə şəhadət vermələri barədə onlardan etiraf alırdı. Onun yeni dininə bundan sonra girmək olardı. O bu barədə yazır:

إذا أراد أحد أن يتبعهم على دينهم طوعا أو كرها، يأمرونه بالإتيان بالشهادتين أولا ثم يقولون له إشهد على نفسك إنك كنت كافرا و إشهد على والديك إنهما ماتا كافرين و إشهد على فلان و فلان إنه كان كافرا و يسمون له جماعة من أكابر العلماء الماضين، فإن شهدوا بذلك قبلوهم و إلا أمروا بقتلهم و كانوا يصرحون بتكفير الأمة من منذ ستمائة سنة. و اول من صرح بذلک محمد بن عبدالوهاب، فتبعوه في ذلک. و اذا دخل انسان في دينه و کان قد حجّ حجة الاسلام قبل ذلک يقولون له: حجّ ثانياً؛ فانّ حجتک الأولي فعلتها و انت مشرک فلا تسقط عنک الحجّ. ويسمون من اتبعهم من الخارج المهاجرين و من کان من اهل بلدهم يسمونهم الانصار.

“Kim onların dininə könüllü və ya məcburi tabe olmaq istəyirdisə, əvvəlcə onun şəhadət kəlmələrini deməsini istəyirdilər. Sonra deyirdilər: -“Özün üçün şəhadət ver ki, həqiqətən sən bundan öncə kafir olmusan. Valideynlərin barədə də şəhadət ver ki, həqiqətən onlar kafir olaraq ölmüşlər. Şəhadət ver ki, filan kəs və filan kəs kafir olmuşlar.” Filan kəslər olaraq görkəmli keçmiş alimlərin çoxunun adını çəkirdilər. Əgər o şəxs bu şəhadətləri versəydi onu qəbul edər, əgər verməsəydi onun ölümünə fərman verərdilər. Onlar İslam ümmətinin 600 il öncə kafir olduqlarını açıq-aşkar bildirirdilər. Bu məsələni ilk dəfə açıq-aşkar bildirən şəxs Muhəmməd b. Əbdül-Vəhhab olmuşdur. Başqaları bu məsələdə ona tabe olmuşlar. Əgər onların dininə daxil olan şəxs əvvəlcə İslamın həcc əməlini yerinə yetirmişdisə, ona deyirdilər: “Yenidən həcc əməlini yerinə yetir. Çünki birinci dəfə həccdə olduğun zaman sən müşrik idin və həcc sənin boynundan götürülməyib.” Öz ardıcıllarını başqa yerlərdən olduqda “mühacir” və öz şəhərlərindən olduqda isə “ənsar” adlandırırdılar.”

O davamında Muhəmməd b. Əbdül-Vəhhab dini kitablara və müxaliflərini qətl etməyə etinasızlığı barədə yazır:

إنه كان يكتب إلى عماله الذين هم من أجل الجاهلين اجتهدوا بحسب فهمكم و انظروا و احكموا بما ترونه مناسبا لهذا الدين ولا تلتفتوا لهذه الكتب فإن فيها الحق و الباطل و قتل كثيرا من العلماء والصالحين و عوام المسلمين لكونهم لم يوافقوه على ما ابتدعه
Həqiqətən Muhəmməd b. Əbdül-Vəhhab özünün nadan məmurlarına göstəriş verirdi ki; “öz başa düşdüyünüz kimi ictihad edin, bu dinə münasib bildiyiniz kimi nəzər və hökm verin. Bu (dini) kitablara etimad etməyin, çünki bu kitablarda haqq və batil var.” Onun bidətilə razılaşmayan çoxlu alim, saleh insan və adi müsəlmanları öldürdü.

Zəyni Dəhlan, əd-Durər əs-səniyyə fir-rədd əla əl-vəhhabiyyə, s.118-120; Dar Ğar Hira/Məktəbə əl-Əhbab, Dəməşq, Suriya, 1424/2003; təhqiq: Dr. Cibril Həddad

Zəyni Dəhlan özünün başqa bir kitabında vahibiliyin varlığını İslamda vücuda gəlmiş bir fitnə adlandırır. O yazır:

ابتداء فتنة الوهابية مع الرد عليهم بما يبطل ما ابتدعوه سنة 1205
و في هذه السنة كان ابتداء الحرب و القتال بين مولانا الشريف غالب و طائفة الوهابية التابعين لمحمد ابن عبد الوهاب في عقيدته التي كفر بها المسلمين و ينبغي قبل ذكر المحاربة و القتال ذكر ابتداء أمرهم و حقيقة حالهم فان فتنتهم من أعظم الفتن التي ظهرت في الاسلام
Vəhhabi fitnəsinin başladığı, habelə, onlara verilən və qondardıqları bidətləri batil edən rəddiyyələrin başladığı il: 1205-ci il

Bu ildə bizim mövlamız əş-Şərif Ğaliblə Muhəmməd b. Əbdül-Vəhhaba müsəlmanları kafir saydığı əqidəsində tabe olan vəhhabi tayfanın müharibəsi və qırğını başladı. Müharibə və qırğınları qeyd etməzdən öncə, yaxşı olar ki, onların işlərini başlamaları və vəziyyətlərinin həqiqətini qeyd edək. Çünki onların fitnəsi İslam dinində ərsəyə gəlmiş ən böyük fitnələrdəndir.

Zəyni Dəhlan, Xülasə əl-kəlam fi bəyan uməra əl-bələd əl-həram, s.298; təhqiq: Əbu Abdullah Muhəmməd Həsən İsmayıl əş-Şafii

Zəyni Dəhlanın tərcümeyi halı

“Hilyə əl-bəşər” kitabında onun şəxsiyyəti haqqında yazılıb:

فريد العصر و الأوان، علي الهمة عظيم الشان، علم العلماء الأعلام، و ملجأ السادة الكرام، عمدة الأفاضل، و نخبة ذوي الشمائل،
O, öz əsr və zamanının bir dənəsi, uca himmət sahibi, görkəmli alimlərin elmi, kəramətli ağaların sığınacağı, fəzilətli şəxslərin söykənəcəyi və əxlaqlı insanlar içərisindən seçilmiş bir şəxs idi.

2. Süleyman b. Əbdülvəhhab: "Muhəmməd b. Əbdül-Vəhhabın sözlərinə qalsa bütün müsəlmanlar kafirdirlər."

Muhəmməd b. Əbdül-Vəhhab qardaşı olan Süleyman onun əqidələrini rədd etmək üçün ilk kitab yazmış şəxsdir. O hənbəli fəqihi və Hərimələ qazilərindən sayılırdı. Süleyman b. Əbdülvəhhab qardaşı Muhəmməd b. Əbdül-Vəhhabın bütün müsəlmanları kafir saydığı fikrində idi. O bu barədə deyib:

Bu məsələlər (Sənin müsəlmanların şirk və küfr etdiklərini sandığın Peyğəmbərə (s) təvəssül) İmam Əhməd b. Hənbəldən qabaq və əhli-sünnə imamlarının zamanında da var idi. Bir dəstə bunu inkar etmişdir. Bütün İslam ölkələrində bu işlər yayılmışdı və sizin küfr saydığınız bu əməlləri müsəlmanlar yerinə yetirirdi. Lakin onların heç birindən bu işləri görənlərin kafir sayıldığı rəvayət edilməyib. Onlar belə deməyiblər: “Bunlar mürtəddirlər.” Onlarla cihad etmək əmri verməyiblər. Müsəlman ölkələrini sizin dediyiniz kimi şirk və hərb (cihad) ölkələri adlandırmayıblar. Əksinə, siz bu işi görənləri (Peyğəmbərə (s) təvəssül edənləri) kafir saymayanları, özləri təvəssül etməsələr belə yenə də kafir sayırsınız. Siz elə bilirsiniz ki, Allah qarşısında Peyğəmbəri (s) vasitəçi qərar vermək bütün İslam alimlərinin fikrincə şirkdir?! Hazırda dörd imamın dövründən səkkiz yüz il keçir. Lakin İslam alimlərin heç birindən bu əməlin küfr olduğu rəvayət edilməyib. Əksinə bu ağıllının düşüncəsinə görə, and olsun Allaha hətta sizin dediklərinizə əsasən; Həqiqətən İmam Əhməd b. Hənbəldən (r) sonra bütün ümmət, ümmətin alimləri, əmirləri və avamları hamısı kafir və mürtəddirlər. “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” (Bəqərə, 156) Fəryad, Allaha fəryad! Yoxsa demək istəyirsiniz ki, - necəki sizin bəzi avamlarınız belə deyir – Dəqiq dəlil sizinlə gətirilmiş və sizdən öncəkilər İslamı tanımamışlar.
Süleyman b. Əbdülvəhhab, əs-Səvaiq əl-ilahiyyə fi ər-rədd əla əl-vəhhabiyyə, s.38

3. Şeyx Muhəmməd b. Abdullah b. Firuz Hənbəli: "Muhəmməd b. Əbdül-Vəhhabın nütfəsinin yaranmasında şeytan şərik olub."

Vəhhabi yazıçı olan Əbdüləziz b. Muhəmməd b. Əli əl-Əbd əl-Lətif Muhəmməd b. Əbdül-Vəhhabın müdafiəsində yazdığı “Dəava əl-mənavin” kitabının bir hissəsində Muhəmməd b. Əbdül-Vəhhabın müxaliflərini tanıtmağa başlayır. Bu hissədə Şeyx Muhəmməd b. Abdullah b. Firuz Hənbəlidən söz açır və onun Muhəmməd b. Əbdül-Vəhhab barədə dediyi sözü belə qeyd edir:

بل لعل الشيخ - يعني عبد الوهاب - غفل عن مواقعة أمه - يعني محمد بن عبد الوهاب - فسبقه الشيطان إليها فكان أبا لهذا المارد
Bəlkə də Şeyx (yəni, Əbdülvəhhab) onun (Muhəmməd b. Əbdül-Vəhhabın) anası ilə əlaqədə qəflətə dalıb və şeytan ondan qabağa düşüb və bu itaətdən çıxmışın atası şeytan oldu.


Şeyx Muhəmməd b. Abdullah b. Firuz Hənbəli, Dəava əl-mənavin, s.37; Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1409/1989; təhqiq: Əbdül-Əziz b. Muhəmməd b. Əli əl-Əbdül-Lətif

Firuz Hənbəlinin şəxsiyyəti(o kimdir?)

Əs-Suhub əl-vabilə kitabının müəllifi Əllamə Şeyx Muhəmməd b. Abdullah b. Huməyd ən-Nəcdi əl-Hənbəli onu yüksək məqamla vəsf etdikdən sonra onun şəxsiyyəti barədə deyir:

بالجمله فقد کان في الحفظ آيه باهرة متوقد الذکاء کأن العلوم نصب عينه اخذ الحديث عن العلماء
O, hafizədə aydın nişanə, zəkada zirək idi. Sanki elmlər onun gözü qarşısında asılmışdı. Hədisləri alimlərdən öyrənmişdi.

Şeyx Muhəmməd b. Abdullah b. Huməyd ən-Nəcdi əl-Hənbəli, Əs-Suhub əl-vabilə fi zəraih əl-hənabilə, s.400; Məktəbə İmam Əhməd, 1989

4. Şeyx Ənvərşah Kəşmiri Hənəfi: "Muhəmməd b. Əbdül-Vəhhab axmaq və savadsız şəxs idi."

Şeyx Ənvərşah Kəşmiri Hənəfi Hindistanın görkəmli alimlərindən olmuşdur. Onu böyük mühəddis kimi yad etmişlər. O özünün “Səhih Buxari”yə şərh yazdığı “Feyz əl-bari əla səhih əl-Buxari” adlı kitabında Muhəmməd b. Əbdül-Vəhhab haqqında deyir:

أما محمد بن عبد الوهاب النجدي فإنه کان رجلاً بلدياً قليل العلم، فأنه يتسارع الي الحکم بالکفر و لا ينبغي أن يقتحم في هذا الوادي إلّا من يکون متيقظاً متقيناً عارفاً بوجوه الکفر و أسبابه.
Lakin Muhəmməd b. Əbdül-Vəhhab Nəcdi axmaq və az elmli şəxs idi. Küfr fətvası verməkdə çox tələskən idi. Halbuki bu vadiyə diqqətli, təqvalı və küfrün növ və səbəblərini bilən şəxslərdən başqasının girməsi layiq deyil.”


Ənvərşah Kəşmiri Hənəfi, Feyz əl-bari əla səhih əl-Buxari, c.1, s.252; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1425/2005
Hindistan müftisi Kifayətullah Dehləvi deyir:

کان امة، اماما مقداما انه لم يمت و لکنه مات العلم و العلماء
Şah Ənvər özü bir ümmət idi. O şücaətli imam idi. O ölmədi, əksinə elm və alimlər öldü.

Hənəfilərin bu böyük aliminin sözlərinə diqqət yetirsək, vəhhabilər savadsız və ağlı dayaz şəxs olan Muhəmməd b. Əbdül-Vəhhabın ardınca getməyin ağılsızlıq əlaməti olmamasına cavab verməlidirlər.

5. Əllamə b. Abidin Hənəfi: Muhəmməd b. Əbdül-Vəhhabın ardıcılları bizim dövrün xəvaricidir.

İbn Abidin “Rədd əl-muhtar” kitabının “əl-Buğat” babında “haqdan azanlar və xəvariclərin hökmü” barədə Muhəmməd b. Əbdül-Vəhhabın ardıcılları barədə bir neçə cümlə yazır:

Necə ki, bizim dövrümüzdə (xəvaric sözü) Muhəmməd b. Əbdül-Vəhhabın ardıcıllarına deyilir. Onlar Nəcd məntəqəsindən çıxmış, iki hərəmi (Məkkə və Mədinəni) işğal etdilər. Onlar hənbəli məzhəbinə tabe idilər. Lakin yalnız özlərinin müsəlman olduqları və onlara müxalif olanların müşrik olduğu etiqadına yiyələndilər. Sonra bu əqidə ilə əhli sünnə camaatını və alimlərini qətl etməyi mubah saydılar. O qədər ki, Allah-taala onların şövkətini sındırdı, şəhərlərini viran etdi və müsəlmanların ordusu (h.q. təqvimilə) 1233-cü ildə onlara qələbə çaldı...



Muhəmməd Əmin İbn Ömər Abidin, Rədd əl-muhtar əla əd-durr əl-muxtar şərh tənvir əl-əbsar, c.6, s.413; Dar əl-Əlam əl-Kutub, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1423/2003; təhqiq: Adil Əhməd Əbül-Məucud və Əli Muhəmməd Muəvvəd

İbn Abidinin tərcümeyi-halı

Alusi onun haqqında deyir:

أفقه المعاصرين ابن عابدين
O, müasir dövrün ən fəqihlərindən idi.

Əl-Alusi əl-Bağdadi əl-Hənəfi, Əbulfəzl Şəhabuddin əs-Səyyid Mahmud b. Abdullah (vəfatı 1270 h.q.), Ruh əl-məani fi təfsir əl-Quran əl-əzim və əs-səb` əl-məsani, c.8, s.140; Dar ihya ət-turas əl-ərəbi nəşriyyatı, Beyrut, Livan.

Bağdadi də onu müfti və əllamə kimi tanıtdırmış və demişdir:

المفتي العلامة الشهير بابن عابدين
İbn Abidin məşhur müfti və əllamədir.

Əl-Bağdadi, İsmail Başa, Abdullah (vəfatı 1339 h.q.), Hədiyyə əl-arifin əsma əl-muəllifin və asar əl-musənnifin, c.6, s.367, Dar əl-kutub əl-ilmiyyə nəşriyyatı, Beyrut, Livan, 1413/1992

6. Xəlil Əhməd Sehranpuri Hənəfi: "Muhəmməd b. Əbdül-Vəhhab və onun ardıcılları xəvariclərdəndir."

Xəlil Əhməd Səharənpuridən Muhəmməd b. Əbdül-Vəhhab barədə sual soruşdular. O, öz fikrini belə açıqladı:

الحكم عندنا فيهم ما قال صاحبُ الدر المختار (4-262 ايج ايم سعيد): و خوارج
Bizim onlar (Muhəmməd b. Əbdül-Vəhhabın ardıcılları) haqqında fikrimiz “əd-Dur əl-muxtar” (262-4 ايج ايم سعيد) kitabını yazan şəxsin fikri kimidir: Onlar xəvaricdirlər (dindən çıxmışlar).

Xəlil Əhməd Səharənpuri Hənəfi, Əqaid uləma əhli əs-sunnə əd-dyubəndiyyə, s.58;

7. Muhəmməd Nəimuddin Muradabadi: "Muhəmməd b. Əbdül-Vəhhab azğınlığın aşkar nişanələrindəndir."

Muhəmməd Nəimuddin Muradabadi “ət-Təhqiqat li dəfi ət-təlbisat” adlı kitabında insanların azmasının dəlillərini tanıtdırarkən yazır:

و کان الناس علي العقيدة الحقه من الشرق و الغرب حتي خرج رجل من نجد العرب و هو محمد بن عبد الوهاب الذي من ضلالة واضحة استحق العذاب... فلاشك انه کان من الخوارج الملحدين...
Şərq və qərbdə insanlar haqq əqidə üzərində idilər. Sonra ərəb Nəcd məntəqəsindən Muhəmməd b. Əbdül-Vəhhab adlı bir nəfər çıxdı. O azğınlığın aşkar dəlillərindəndir. İlahi əzaba layiqdir... Onun dinsiz xəvaricdən olmasında heç bir şəkk yoxdur...

Davamında o İbn Abidinin Muhəmməd b. Əbdül-Vəhhab və onun ardıcıllarını xəvaric saydığı kəlamına işarə edir.
Şeyx Muhəmməd Nəimuddin Muradabadi, ət-Təhqiqat li dəfi ət-təlbisat, s.2.

8. Əl-Əzhərin şeyxi, doktor Əhməd Təyyib: "Sələfilər dövrün xəvaricidirlər."

Misirin əl-Əzhər universitetinin şeyxi vəhhabiləri bizim dövrün xəvarici kimi vəsf etmiş və İslamın simasının onlar vasitəsilə ləkələndiyi barədə xəbərdarlıq etmişdir. Ərəb dilli qəzetlərin verdiyi məlumata əsasən, Misirin əl-Əzhər universitetinin şeyxi Əhməd Təyyib bu universitetin tələbələri qarşısında çıxışı zamanı vəhhabilərin hərəkətləri barədə xəbərdarlıq etmiş və demişdir: Vəhhabilər bizim dövrün xəvaricləridir. Onlar orta yollu İslamın simasını ləkələməyə çalışırlar.

O Misir vəhhabilərinin müqəddəs məkanlara qarşı saymamazlığı və dil uzatmasını şiddətlə pislədi və əlavə etdi: Ötən günlərdə (05.04.2011 miladi və 01.05.1432 h.q. tarixində) vəhhabilərin Allah övliyalarının məqbərə və zərihlərinə hücumu İslam təlimlərilə ziddiyyət təşkil edir. Bu işi görən hər bir şəxs həqiqi İslamdan uzaqlaşmışdır.

Əhməd Təyyib bildirdi:

Əl-Əzhər universiteti əsrlər boyunca orta yol təfəkkürünə sahibdir. Lakin sələfiliyə meyilli cərəyan bu təfəkkürü əl-Əzhərdən almaq istəyir. Hamı bu addımlara qarşı ayıq olmalıdır.



9. Mövləvi Əbdürrəhman Sərbazi: "Vəhhabilər yalnız özlərini müsəlman bilən və başqalarını müsəlman saymayan xəvaric növüdürlər."

Mövləvi Sərbazi Çabhar elmi hövzəsinin təsisçisi və Çabharın imam cüməsi olmuşdur. O, İbn Abidinin “vəhhabilər xəvaricdirlər” sözlərinə işarə etdikdən sonra deyir: Vəhhabilər yalnız özlərini müsəlman sayır və başqalarını müsəlman saymırlar.

10. Şeyx Əhməd b. Muhəmməd b. Siddiq əl-Ğumari: "Nəcdi şeytanın" (Muhəmməd b. Əbdül-Vəhhabın) məzhəbi batildir."

O “əl-Cəvab əl-mufid lis-sail əl-mustəfid” kitabında İbn Teymiyyəni tanıtdırmaq və onun mahiyyətini ifşa etməklə yanaşı, Muhəmməd b. Əbdül-Vəhhabı İbn Teymiyyənin fikirlərindən qidalanmış batil məzhəbə sahib bir şeytan sayır.

O, bu barədə deyir:

و يکفيک أن قرن الشيطان النجدي، و اتباعه، و مذهبه الفاسد وليد أفکار ابن تيمية و اقواله
Sənə bu kifayətdir ki, nəcdli şeytanın buynuzu (Muhəmməd b. Əbdül-Vəhhab) və onun ardıcılları və onun fasid məzhəbi İbn Teymiyyənin fikir və sözlərindən doğulmuşdur.
Şeyx Əhməd b. Muhəmməd b. Siddiq əl-Ğumari, əl-Cəvab əl-mufid li əs-sail əl-mustəfid, s.11; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1423/2002

11. Şeyx Abdullah Hərəvi: "Muhəmməd b. Əbdül-Vəhhab özünün qarışıq fikirlərilə İbn Teymiyyənin bidətini diriltdi."

O, Muhəmməd b. Əbdül-Vəhhabı tanıtdırmaq istəyən zaman, onun fikirlərini İbn Teymiyyədən götürülmüş bidət sayır. O belə deyir:

O (İbn Əbdül-Vəhhab), öz şəxsi fikirləri ilə qarışmış bir dəvətlə ortaya çıxdı və iddia etdi ki, bu, Quran və sünnədəndir. O, Təqiyyuddin Əhməd ibn Teymiyyənin bəzi bidətlərini götürüb diriltdi. Bunlar aşağıdakılar idi: Peyğəmbərə təvəssül etməyin haram olması, dua etmək məqsədiylə və Allahın icabət edəcəyi ümidi ilə Peyğəmbərin və digər peyğəmbər və salehlərin qəbrlərinin ziyarətinə getməyin haram olması, diri və yanında olan şəxsi çağırmaq istisna olmaqla “ya Rəsulallah”, yaxud “ya Muhəmməd”, yaxud “ya Əli”, yaxud da “ya Əbdül-Qadir, mənə kömək et” və s. deyə çağıran şəxslərin təkfir edilməsi, and içilmiş talağın “hənəs” (andı pozma) ilə ləğv olunması və bunun kəffarə gətirmə məsələsində Allaha and içmək kimi olmasını deməsi, Allahın təcsimi və Onun bir cəhətdə qərar tutması əqidəsi.

O, özündən isə bunları qondarmışdır: içində Quran və Allahın zikri olmayan bütün hirzlərin (boyundan asılan duaların) asılmasının haram olması və azanın ardınca Peyğəmbərə uca səslə (yəni, asta səslə, pıçıltı ilə deyil) salavat göndərməyin haram olması. Onun ardıcılları da öz şeyxləri İbn Teymiyyənin əksinə gedərək mövludi-şərifi (peyğəmbərin mövludunu) qeyd etməyi haram bilirlər.”

Daha sonra müəllif Osmanlı hakimiyyətinin sonlarında Məkkə müftisi olmuş Şeyx Əhməd Zeyni Dehlanın öz tarix kitabında “Vəhabi fitnəsi” başlığı altında qeyd etdiyi sözləri sitat gətirir:

.Onun (İbn Əbdül-Vəhhabın) atası, qardaşı və şeyxləri ondan gördükləri sözlərə, işlərə və bir çox məsələlərdəki fəsadcıl fikirlərə görə ondan azğınlıq və zəlalət çıxacağını sezirdilər. Odur ki, onu tənbeh edir və camaatı ondan çəkindirirdilər. (Lakin) Allah onların sezdikləri şeyi həyata keçirdi; o öz azğınlıq və zəlalətini yaymağa başladı, hansı ki, bununla cahilləri tovlayıb (yoldan çıxardı) və bununla din imamlarına müxalifət etdi...

Vahabilik(və ya sələfilik) barəsində əhli-sünnə alimlərinin nəzəri

Şeyx Abdullah Hərəvi, əl-Məqalat əs-sunniyyə fi kəşfi zəlalat Əhməd b. Teymiyyə, s.51; Dar əl-Məşarih, Beyrut

12. Şeyx Muhəmməd b. Abdullah Nəcdi: "Muhəmməd b. Əbdül-Vəhhabın dəvətinin şərr şölələri bütün dünyanı bürüdü."

O, Məkkə şəhərinin müftilərindən və Muhəmməd b. Əbdül-Vəhhabın müasirlərindən sayılırdı. O, Muhəmməd b. Əbdül-Vəhhab haqqında yazır:

O, dəvətinin şöləsinin şərri bütün aləmi bürümüş Muhəmmədin atasıdır. Lakin ata və oğul arasında ixtilaf var idi. Buna baxmayaraq Muhəmməd öz dəvətini yalnız atası öldükdən sonra aşkara çıxardı. Şeyx Əbdül-Vəhhabla müasir olan bəzi elm əhli ilə görüşdüyüm zaman, onlar mənə belə məlumat verdilər: O öz oğlu Muhəmmədə qəzəbli idi. Çünki onun öz sələfləri və qohumları kimi fiqh elmilə məşğul olmasını istəmirdi. Öz zirəkliyi ilə başa düşmüşdü ki, ondan bir iş (bidət və azğınlıq) baş verəcək. Buna görə camaata deyirdi: “Tezliklə Məhəmməddən bir şərr görəcəksiniz. Allah olacağı müqəddər etmişdir.”

Habelə (Əbdül-Vəhhabın) oğlu, Muhəmmədin qardaşı Süleyman, onun (Muhəmməd b. Əbdül-Vəhhabın) dəvətinə müxalif şəxs idi. O, Muhəmməd b. Əbdül-Vəhhabın rəddində ayə və hədislərdən istifadə edərək çox gözəl rəddiyyə yazmışdır. Çünki o (Muhəmməd b. Əbdül-Vəhhab), ayə və hədisdən başqa bir şey qəbul etmirdi. Şeyx Təqiyuddin b. Teymiyyə və onun şagirdi İbn Qəyyimdən başqa kimliyindən asılı olmayaraq, əvvəlki və sonrakı alimlərin sözlərinə diqqət etmirdi. Çünki Muhəmməd b. Əbdül-Vəhhab İbn Teymiyyə və İbn Qəyyimin sözlərini nəss sayırdı. Təvili (yozumu) qəbul etmirdi. O iki nəfərin sözləri başa düşülməz halda olsaydı belə, onların sözlərilə camaata hücum edirdi.

Şeyx Süleyman qardaşının əleyhinə yazdığı rəddiyyənin adını “Fəsl əl-xitab fir-rədd əla Muhəmməd b. Əbdilvəhhab” adlandırdı. Allah Süleymanı Muhəmmədin şərr və məkrindən amanda saxladı. Baxmayaraq ki, Muhəmmədin heybəti bütün kənar şəxsləri qorxutmuşdu.

Muhəmməd b. Əbdül-Vəhhab elə bir şəxs idi ki, kimsə onunla müxalifətə qalxsa və onun əleyhinə kitab (rəddiyyə) yazsaydı, onu aşkara öldürməyə imkanı çatmasaydı belə, həmin şəxsi yatağında və ya gecə vaxtı bazarda terror etmək üçün adam göndərərdi. Çünki o, özü ilə müxalifət edən şəxsi kafir sayır və qətlini də halal sayırdı.

Deyilənə görə, bir şəhərdə bir dəli varmış. O üzləşdiyi hər bir şəxsi silahla da olsa vurmağa adət etmişdi. Muhəmməd bir gün ona bir qılınc götürüb qardaşı məsciddə tək olduğu zaman onun yanına girməsini əmr etdi. Şeyx Süleyman o dəlini gördükdə ondan qorxdu. Dəli də qılıncı yerə atdı və söhbət etməyə başladı. Təkrar-təkrar deyirdi: “Ey Süleyman! Qorxma, sən amandasan.” Bu məsələnin onun kəramətlərindən olmasında bir şübhə yoxdur.


Şeyx Muhəmməd b. Abdullah Nəcdi, əs-Suhub əl-vabilə fi zəraih əl-hənabilə, s.275-276; Məktəbə İmam Əhməd b. Hənbəl, 1409/1989

13. Misir müftisi Şeyx Yusif Dəcəvi: "İbn Teymiyyə və Muhəmməd b. Əbdül-Vəhhab müvəhhidləri müşrik sayırdı."

Misirin əl-Əzhər universitetinin müəllimi və müftisi Şeyx Yusif Dəcəvi İbn Teymiyyə və Muhəmməd b. Əbdül-Vəhhabın azğınlığı barədə deyir:

فأننا لم نسمع أن أحداً سمي المشرکين موحدين غير ابن تيمية و ابن عبدالوهاب
Həqiqətən biz İbn Teymiyyə və Muhəmməd b. Əbdül-Vəhhabdan başqa kiminsə müvəhhidlərə müşrik adı qoymasını eşitməmişik.
Şeyx Yusif Dəcəvi, Məqalat və fətava, s.261.

14. Əllamə Şərvani: "Vəhhabi kimi məşhurlaşan İbn Teymiyyənin ardıcılları azğın firqədirlər."

Şeyx Əbdülhəmid Şirvani “Tuhfə əl-muhtac bi-şərh əl-minhac” kitabının haşiyəsində vəhhhabilik haqqında yazır:

(قوله و المنازع الخ) و هو ابن تيمية و من تبعه من الفرقة الضالة المشهورة في زماننا بالوهابية خذلهم الله تعالي
(Onun dediyi; “Müxalif ... və s.” sözündən məqsəd) İbn Teymiyyə və onun azğın firqədən olan ardıcıllarıdır. Onlar bizim dövrümüzdə vəhhabi kimi məşhurlaşıblar. Allah-taala onları zəlil etsin.
Əllamə Şirvani, Həvaşi əş-Şirvani əla tuhfə əl-muhtac, c.4, s.144.

15. Muhəmməd Əbduh: "Vəhhabilik bayağı və dardüşüncəli qrupdur. Onlar dinin təməl prinsiplərinə diqqət etməyən şəxslərdir."

Şeyx Muhəmməd Əbduh dörd məzhəbdən təqlid etməyi inkar edənləri tanıtdıran zaman, vəhhabiliyə işarə edərək yazır:

الهم الافئة زعمت أنها نفضت غبار التقليد، و أزالت الحجب التي کانت تحول بينها و بين النظر في آيات القرآن و متون الاحاديث، لتفهم احکام الله منها، و لکن هذه الفئة اضيق عطناً و احرج صدراً من المقلدين... فانها تري وجوب الاخذ بما يفهم من لفظ الوارد و التقيد به بدون التفات الي ما تقتضيه الاصول التي قام عليها الدين... فلم يکونوا لعلم اولياء و لا للمدنية السليمة احباء
Bir dəstə belə düşünürlər ki, təqlid tozunu təmizləmiş, Quranın ayələri və hədislərin mətnlərində Allahın hökmlərini başa düşmək arasındakı hicabı aradan qaldırmışlar. Lakin bu dəstə təqlidçilərdən daha da dar düşüncəli və irticaçıdırlar. Onlar sözlərin zahirindəki əməllərin vacibliyinə və onlara önəm verməyə inanırlar. Onlar bu barədə dinin əsaslandığı qaydalara diqqət yetirmirdilər... Onlar nə elm sevərdirlər, nə də sağlam mədəniyyətin tərəfdarı...

O kitabın qeydində özünün bu dəstədən olan fikirni belə bəyan edir:

يعني بهذه الفئة اهل الحديث و من يسمون الوهابية
Bu dəstədən məqsədim əhli-hədis və vəhhabi adlanan şəxslərdirlər.

16. Şeyx Əhməd Savi Maliki: "Vəhhabilər Allahın kitabı və peyğəmbərin (s) sünnəsini təhrif etmiş və müsəlmanların qanını halal sayan xəvariclərdirlər."

Şeyx Əhməd Savi Maliki vəhhabiləri tanıtdıran zaman deyir:

و قيل هذه الآية نزلت في الخوارج الذين يحرفون تأويل الکتاب و السنة و يستحلون بذلک دماء المسلمين و أموالهم کما هو مشاهد الآن في نظائرهم و هو فرقة بأرض الحجاز يقال لهم الوهابية يحسبون أنهم على شئ إلا أنهم هم الکاذبون استحوذ عليهم الشيطان فأنساهم ذکر الله أولئک حزب الشيطان ألا إن حزب الشيطان هم الخاسرون نسأل الله الکريم أن يقطع دابرهم
“Bu ayənin xəvaric haqqında nazil olduğu deyilib. Xəvaric Quran və sünnənin təvilini təhrif edən, bununla da müsəlmanların qanı və malını halal sayan şəxslərdir. Bu onların indiki fikirlərində də görünür. Onlar Hicazda vəhhabi kimi məşhurlaşmış firqədirlər. Onlar özlərini haqq sayırlar, lakin onlar əsil yalançılardırlar. “Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır! (Mucadələ, 19)” Kərim olan Allahdan istəyirik ki, onların nəslini kəssin.”
Şeyx Əhməd Savi, Haşiyə əl-əllamə əs-Savi əla təfsir əl-cəlaləyn, s.78.
Qeyd etmək lazımdır ki, bu kitab vəhhabilərin təhrifindən amanda qalmayıb. Bəzi çaplarda “Bu onların indiki fikirlərində də görünür. Onlar Hicazda vəhhabi kimi məşhurlaşmış firqədirlər.” cümlələri silinmişdir.
Vahabilik(və ya sələfilik) barəsində əhli-sünnə alimlərinin nəzəri


17. Şeyx İbrahim b. Osman Səmənvədi: "Vəhhabiliyin kökü rəisləri azğın və batil əqidələrə sahib olan bədəvi ərəb cahillərindən bir qövmə qayıdır."

Əl-Əzhər universitetinin müəllimi olan Şeyx İbrahim b. Osman Səmənvədi “Səadət əd-darəyn fir-rədd əl-firqətəyn əl-vəhhabiyyə və muqəllidə əz-zahiriyyə” kitabında Muhəmməd b. Əbdül-Vəhhab və vəhhabiliyi tanıtdırarkən yazır:

اصل الوهابيه قوم من جهلة الاعراب... ينسبون الي رئيسهم محمد بن عبد الوهاب النجدي المبتدع الخارجي الضال المضل و انما نسبوا اليه لانهم تبعوه علي عقائد الباطله الشنيعه و افعاله السيئه الفظيعه
“Vəhhabiliyin kökü cahil bir bədəvi ərəb qövmünə qayıdır. Onlar öz bidətçi, xarici (xəvaric), azdırıcı və azğın rəsiləri olan Muhəmməd b. Əbdül-Vəhhab Nəcdiyə mənsubdurlar. Ona görə ona mənsubdurlar ki, onun batil çirkin əqidələrinə və alçaq pis əməllərinə tabe oldular.”
Şeyx İbrahim b. Osman Səmənvədi, Səadət əd-darəyn fir-rədd əl-firqətəyn əl-vəhhabiyyə və muqəllidə əz-zahiriyyə, c.1, s.47; Dar əl-Xulud, Qahirə, Misir, 2008; təhqiq: Əhməd Əbdür-Rəhim Səyih

18. Şeyx Əhməd Rza Qadiri Hənəfi: "Vəhhabilər bütün azğınların nəcasətini yemiş nəcislərdirlər."

Şeyx Əhməd Rza Qadiri hənəfi məzhəbinin məşhur müftisi və ustadı idi. O çox güclü hafizəyə malik şəxs olub. Bəzi vaxtlar böyük alimlərin həll etməkdə aciz qaldıqları mühüm və çətin elmi məsələləri o asanlıqla həll edirdi. Aşağıda adı çəkiləcək kitabın ön sözündə bu məsələlərə işarə edilmişdir. O, “Qəvari əl-Qəhhar fi ər-rədd əla əl-mucəssimə əl-fuccar” kitabında vəhhabiləri bidətçi və azğın saymaqla yanaşı, onların azğın əqidələri barədə deyir:

ضلالة الوهابية المجسمة:
و اعلموا ان الوهابية النجسة أکالون لفظلة جميع الضالين أخذوا ضلال شتي شيئاً من عقائد الضلال و وفوا نصيبهم
Allahı cism sayan vəhhabilərin azğınlığı:

Bilin ki, murdar vəhhabilər bütün azğın firqələrin nəcasətini yeyiblər. Onlar hər bir azğın firqədən müxtəlif azğın əqidələri götürmüşlər və öz paylarına sahiblənmişlər.
Şeyx Əhməd Rza Qadiri Hənəfi, Qəvari əl-Qəhhar fi ər-rədd əla əl-mucəssimə əl-fuccar, s.42-43; Dar əl-Numan lil-Ulum, Diməşq, 1430/2009

19. Əllamə Sidqi Zəhavi: "Muhəmməd b. Əbdül-Vəhhab fitnəsi dünyanı bürümüş batil əqidəyə sahib idi. O peyğəmbərlik iddiasında olmuş şəxslərin həyatı haqqında oxumağı sevirdi."

O vəhhabiliyin tənqidində kitab yazmış İraqın məşhur şair və mütəfəkkirlərindəndir. O Muhəmməd b. Əbdül-Vəhhab və onun ardıcıllarını dünyada məşhurlaşmış bir fitnə sayır. O yazır:

(Vəhhabilik və onun mənşəyi) Vəhhabilik Muhəmməd b. Əbdül-Vəhhaba mənsub olan bir firqədir. Muhəmməd bu firqəni h.q. 1143-cü ildə başlatdı. Onun işi 1150-ci ildən sonra məşhurlaşdı. O, öz zay əqidəsini Nəcddə aşkara çıxardı. Müsəyləmə Kəzzabın şəhərləri olan Dəriyyənin əmiri Muhəmməd b. Səud ona öz əqidələrini aşkara çıxarmaqda yardım etdi. Muhəmməd b. Səud o şəhərlərin əhalisini Muhəmməd b. Əbdül-Vəhhabın əqidəsini qəbul etməyə məcbur edirdi. Camaat da ona tabe oldular. Beləcə ərəb qəbilələri bir-birinin ardınca ona aldandılar. Belə ki, onun fitnəsi ümumiləşdi və şöhrəti artdı. Onun fitnəsi qarşısı alınmaz hala gəldi və bədəvi ərəblər ondan qorxdular. O camaata deyirdi: “Sizi tövhidə tabe olmaq və Allaha şərik qoşmağı tərk etməkdən başqa şeyə çağırmıram...”

Öz zirəkliyi ilə ondakı azğınlıq və dinsizliyi görən ustadları deyirdilər: “Tezliklə Allah bunu azğınlaşdıracaq və öz bəndələrindən bədbəxt olanları bunun vasitəsilə azğın edəcək.” Elə də oldu. Habelə onun saleh alimlərdən olan atası Əbdül-Vəhhab da öz uzaqgörənliyi ilə onda dinsizliyi sezir və insanları ondan uzaq durmağa çağırırdı... O, Müsəyləmə əl-Kəzzab, Səccah, əl-Əsvəd əl-Ənəsi və Tuləyhə əl-Əsədi kimi peyğəmbərlik iddiasında olmuş şəxslərin xəbərlərini oxumağı sevirdi. Öz daxilində peyğəmbərlik iddiası gizlədirdi. Lakin bu iddiasını aşkara çıxarmağa imkan tapmadı.
Əllamə Sidqi Zəhavi, Fəcr əs-sadiq fi ər-rədd əla əl-firqə əl-vəhhabiyyə əl-mariqə, s.11-12; Dar əs-Siddiq əl-Əkbər, Beyrut

Buna əsasən, Muhəmməd b. Əbdül-Vəhhabın fikirləri İslamın iyini belə duymamış yalançı peyğəmbərlik iddiaçılarından götürülmüşdür.
Əllamə Sidqi Zəhavinin tərcümeyi halı

Zərkəli onun haqqında deyir:

جميل صدقي بن محمد فيضي ابن الملا أحمد بابان، الزهاوي: شاعر، ينحو منحى الفلاسفة، من طلائع نهضة الأدب العربي في العصر الحاضر. مولده و وفاته ببغداد. كان أبوه مفتيها. و بيته بيت علم و وجاهة في العراق. كردي الأصل، أجداده البابان أمراء السليمانية
Cəmil Sidqi b. Muhəmməd Feyzi b. əl-Molla Əhməd Baban əz-Zəhavi: Şair, filosof və hazırkı əsrdə ərəb ədəbiyyatı hərəkatının öndə gedənlərindən idi. Doğumu və vəfatı Bağdadda olmuşdur. Atası Bağdadın müftisi olmuşdur. Onun evi İraqda elm evi və məşhur şəxsiyyətlərin toplaşdığı yer olmuşdur. Əslən kürd olmuşdur. Əcdadı əl-Baban Süleymaniyyənin əmirləri olmuşlar.

Xeyrüddin əz-Zərkəli (vəfatı 1410 h.q.), əl-İlam qamus təracim li-əşhər ər-rical və ən-nisa min əl-ərəb və əl-mutəribin və əl-mustəşriqin, c.2, s.137, Dar əl-ilm lil-məlayin nəşriyyatı, Beyrut, 5-ci çap, 1980.

20. Nəzzal b. Abdullah Alərəşi: "Vəhhabilik “həşəviyyə”dən olan bidət əhlidir."

Məşhur yazıçı Nəzzal b. Abdullah Alərəşi azğın firqələrin, o cümlədən vəhhabiliyin tanıtdırdığı “Rəf` əl-ğaşiyə” kitabında yazır:

ذکر أهل البدعة و ما وَرَدَ فيهم:
و أمّا أهل البدعة من الحشوية ((الوهابية)): فقد جاءت الإشارة في کلام النبي صلي الله عليه و سلم بوصفهم، و بيان منزلتهم، و انهم خوارج هذا الأمة سابقتاً و لاحقاً، سلفاً و خلفاً
Bidət əhli və onlar haqqında deyilənlər:

“Həşəviyyə”dən(Həşəviyyə: Allahın cism olması fikrində olan bir qrupdur. Onlar İslam şəriətində azğın firqələrdən biri sayılırlar.) olan bidət əhli (vəhhabilik): Onların vəsfində və məqamlarının bəyanında Peyğəmbərdən (s) olan kəlamlarda işarələr gəlmişdir. Həqiqətən onlar keçmişdən gələcəyə qədər, sələfdən xələfə qədər bu ümmətin xəvaricidirlər.
Nəzzal b. Abdullah Alərəşi, Rəf` əl-ğaşiyə ən əl-məcaz və ət-təvil və hədis əl-cariyə, s.12; Dəməşq, 1429/2008

21. Şeyx Muhəmməd b. Süleyman Kürdi: "Muhəmməd b. Əbdül-Vəhhab küfrə yaxınlaşmış və iman yolundan azmışdır. O hənbəli məzhəbi libasında bir yalançıdır."

Muhəmməd b. Əbdül-Vəhhabın ustadları onun əqidələrinin azğınlığını əvvəldən başa düşmüşdülər. Buna görə də, çalışırdılar ki, öz şagirdləri olan Muhəmməd b. Əbdül-Vəhhaba nəsihət etməklə onun diqqətini öz azğın əqidələrinə yönəltsinlər.

Muhəmməd b. Əbdül-Vəhhab Nəcdinin azğınlıqlarını təyin etmiş və ona xəbərdarlıq etmiş şəxslərdən biri də, onun müəllimi Muhəmməd b. Süleyman Kürdi olmuşdur. O bir məktub vasitəsilə onun azğınlıqlarını qeyd edir:

Nəbhaninin "Şəvahid əl-həqq" kitabında onun bu məktubu belə qeyd edilmişdir:

Ey Əbdül-Vəhhabın oğlu! “Haqq yolu tutub gedənlərə salam olsun!” (Taha, 47) Mən Allah-taalaya görə sənə nəsihət edirəm ki, müsəlmanlara dil uzatmaqdan çəkinəsən. Əgər kiminsə kömək istənilən şəxsin (hacətləri rəva etməkdə) Allahdan əlavə təsirə malik olduğuna etiqad bəslədiyini eşitsən, həqiqəti ona göstər və Allahdan başqasının heç bir təsirə malik olmadığı barədə dəlilləri ona bəyan et. Əgər bu dəlilləri qəbul etməkdən boyun qaçırsa, o zaman təkcə onu kafir say. Sənin bütün müsəlmanları kafir saymağa haqqın yoxdur. Halbuki sən özün bu müsəlman toplusundan ayrılmısan. Müsəlman toplumundan ayrılan şəxsə küfr nisbəti vermək həqiqətə daha yaxındır. Çünki o möminlərin yolundan başqa bir yola tabe olmuşdur. Allah-taala buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (Nisa, 115) Həqiqətən, canavar sürüdən ayrı düşmüş qoyunu yeyər.

Nəticə budur ki, Muhəmməd b. Əbdül-Vəhhabın əleyhinə geniş və müxtəsər rəddiyyə kitablar yazmış şəxslər dörd məzhəbin şərq və qərbdə olan sayı-hesabı bilinməyən toplusudur. Bəziləri İmam Əhmədin məzhəbinin nəssləri ilə onun əleyhinə rəddiyyə yazmışlar ki, onun İmam Əhmədin məzhəbinin libasında olan bir yalançı olduğunu bəyan etsinlər.
Şeyx Muhəmməd b. Süleyman Kürdi, Şəvahid əl-həqq fi əl-istiğasə bi-səyyid əl-xəlq (s), s.131; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1428/2007; təhqiq: Şeyx Əndül-Varis Muhəmməd Əli

Nəticə


Əhli-sünnə alimlərinin dediklərinə əsasən, Muhəmməd b. Əbdül-Vəhhab və onun ardıcılları dinsiz xəvaric, bidət əhli, azğın, nəcis, irticaçı, dinsiz və savadsız, yalançı, fitnəkar və fasid əqidəlidirlər. Bütün müsəlmanlara vacibdir ki, bu azğın firqədən uzaq olsunlar və onlara aldanmasınlar.

Müvəffəqiyyət arzusu ilə

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Mirməhəmməd Əhmədov


paylaşaq

Oxşar xəbərlər
Qədr gecələrində Qurani-Kərimi başa qoymaq olarmı?
Şiələr niyə Quranı başlarına qoyaraq dua edirlər? Quran bəyəm oxumaq və əməl etmək üçün deyildirmi? Bizə görə onların bunu etmələrinin səbəbi Quranı başa qoyub dua etmək yox, mətnini oxumamaq və eyni zamanda əməl etməməkdir. CAVAB: Bu şübhə son

Ömər döyüşdən qaçıb?
“Əl-Müstədrək alə əs-səhiheyn” kitabında Hafiz Hakim Nişapuri belə bir rəvayət nəql edir: Bizə Əbul-Abbas Muhəmməd ibn Əhməd əl-Məhbubi rəvayət etdi (və dedi): bizə Səid ibn Məsud rəvayət etdi (və dedi): bizə Abdullah ibn Musa rəvayət etdi (və

İbn Teymiyyənin fikrincə can qorxusundan bütə ibadət etmək küfr deyil!
Əgər bir şəxs bütün qarşısında səcdə etsə, lakin qəlbində ona səcdə etməyi yox, əksinə, Allaha səcdə etməyi nəzərdə tutsa, bu iş küfr sayılmaz. Bu iş mübah edilmişdir. Əgər şəxs müşriklərin arasında olarsa və canına görə onlardan qorxarsa, zahiri

Təvəssül etmək olarmı?
Təvəssül ərəb dilindən tərcümədə bir işi həyata keçirmək üçün nəyi (və ya kimi) isə vəsilə (vasitə) olaraq qəbul etmək deməkdir Dini termin olaraq, insanın Allaha dua edərkən, Allah yanında müstəsna dəyəri olan bir şəxsi (əgər diridirsə), yaxud

"Ey qılınclar doğrayın məni" yanlış sözdür
Bismilləh. Bir suala cavab. İmam Hüseyn ( ə ) Ey qılınclar doğrayın məni hədisini demişdirmi? Həqiqətdə hədis kitablarında belə bir hədis mövcud deyil. Bu kəlmə böyük alimlərin də qeyd etdiyi kimi , bir şairin qələmə aldığı beytdir. Bu Beyt ilə



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---