Nigeriyada ordu Ərbəin yürüş iştirakçılarına yenidən hücum edib: ölən və yaralananlar var - FOTO
- 31 oktyabr 2018
- Bölmə: Günün Xəbərləri
- Baxış: 2 279
- Şərhlər: 0
- Müəllif: movlan
Ərbəin günü (Oktyabrın 30-da) Nigeriya hökumətinin əmri ilə hərbçilər paytaxt Abuca şəhərində Ərbəin yürüşü keçirən şiə müsəlmanlara qarşı silah istifadə edib.
Maide.Az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, Nigeriya ordusunun hücumu nəticəsində bir neçə nəfər şəhid olub, onlarla yürüş iştirakçısı isə yaralanıb.
Qeyd edək ki, Nigeriya ordusu oktyabr ayının 28 və29 –da da Ərbəin münasibətilə təşkil olunan əzadarlıq yürüşlərinə hücum etmişdi.
Nigeriya İslami Hərəkatının sözçüsü İbrahim Musanın verdiyi açıqlamaya görə, ordu qüvvələrinin İmam Hüseyn (ə) əzadarlarına təşkil etdiyi hücumlar nəticəsində oktyabrın 28-də 6 nəfər, 29 oktyabrda isə 21 nəfər şəhid olub.
Ordunun Ərbəin günü təşkil etdiyi hücumlarda şəhid olanların sayı hələlik açıqlanmayıb.
Ötən 3 gün ərzində keçirilən əzadarlıq mərasimlərinə ordu qüvvələri İmam Hüseyn (ə) əzadarlarına qarşı gözyaşardıcı qaz və həqiqi güllələrlə hücum edib.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.