Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qiyamətin vaxtı - hesablamalara görə

Qiyamətin vaxtı - hesablamalara görə
0
Mətndə qrammatik səhv var?
Qiyamətin vaxtı - hesablamalara görə


Moderator.az saytında yayımlanan “Qiyamət günü baş verəcək dəhşətli hadisələr” məqaləsi cəmiyyətdə geniş rezonans doğurub.

Dünyada baş verən qeyri-adi hadisələri elmi-lədun hesablamalarla araşdıran yazıçı Paşa Yaqub məqaləyə münasibət bildirib. Belə ki, yazıçı qiyamət günü baş verəcək hadisələrin vaxtı haqqında konkret hesablamalar təqdim etmişdir.

Həmin hesablamaları oxucularımıza təqdim edirik.

“Quranda xəbər verilən hər bir hadisənin (qiyamətin, əzabın və s.) müəyyən bir bilinmə vaxtı vardır və siz onu biləcəksiniz”. “Quran”, “Davar” surəsi, 67.

Ayədən göründüyü kimi, Allah baş verəcək bütün hadisələri müqəddəs kitabda xəbər vermiş və bunun qabaqcadan insanlara agah olması üçün də vaxt müəyyən etmişdir. Bu gün həmin vaxt daraldığından və qiyamətin əlamətləri açıq-aşkar göründüyündən, “Quran”da xəbər verilən bəzi hadisələrin tarixi üzərində yüngülvari gəzişmək məcburiyyətindəyik.

Öncə onu qeyd edək ki, qiyamət XXI əsrdə baş verəcəkdir. Bunu sübut etmək üçün aşağıdakı hesablamalara nəzər salaq:

1) Yer yeddi qatdan ibarətdir;
2) İnsan Allah qarşısında səcdə edərkən onun iki əli, iki ayağı, iki dizi, bir alını olmaqla, yeddi üzvü yerə dəyir.
3) Başımızın üzərindəki göy də yeddi qatdan ibarətdir (bütün bunlar “Quran”da təsbit olunub).
Bu üç amili nəzərə alıb, üçü yeddiyə vursaq, 21 ədədi alınar:

3 x 7 = 21

Bildiyimiz kimi, “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi “Quran”da elm, kamillik, peyğəmbərlik rəmzi sayılır. Çünki, peyğəmbərlər adətən kamillik məqamına yüksəlmiş olurlar və onlara Allah tərəfindən elm bəxş olunur. Həmin elm peyğəmbərləri dövrünün bütün alimlərindən və elm xadimlərindən üstün vəziyyətə gətirir. Peyğəmbərlər tarixinə və onların həyatına nəzər salsaq bunu aydın görə bilərik:

İsa Peyğəmbərin dövründə tibb elmi çox yüksək inkişaf etmişdi və təbiblər o dövrün ən hörmətli adamları idilər. Ona görə də Rəbbim İsa Peyğəmbərə korun gözünü açmaq və ölünü diriltmək kimi möcüzələr bəxş etdi ki, həmin dövrün ən hörmətli zümrəsi olan təbiblər bu elm qarşısında mat oldular.
Yaxud, Musa Peyğəmbərin zamanında sehrbazlıq və cadugərlik elmi geniş vüsət almışdı və bu elmlə məşğul olanlar Firoonun sarayında ən hörmətli və inanılmış adamlar sayılırdılar; cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdilər. Ona görə də Allah-təala Musa əleyhissəlama elə bir elm bəxş etdi ki, onunla cadugərlərin bütün sehrlərini uddu və onları mat qoydu. Bu barədə “Quran”ın 20-ci surəsinin 57-73-cü ayələrində söhbət açılır. Ayələrin qısa məzmunu belədir ki, Firoon ona Allahın xəbərin çatdıran Musanı məhv etmək üçün cadugərləri səfərbər edir. Sehirbazlar söz verirlər ki, biz elmimizlə Musanı məğlub edəcəyik, o da kor-peşman qayıdıb gedəcək. Bunu camaatın qabağında nümayişkəranə etmək üçün müəyyən edilmiş saatda hamını meydana yığırlar. Sehirbazlar meydana qamış topaları da yığırlar. Nəhayət, Musa ilə cadugərlərin qarşılaşma anı çatanda, təklif edirlər ki, kim birinci başlasın (öz elmin göstərsin)? Musa deyir siz başlayın. Cadugərlər sehirli sözləri oxuyub qamışlara üfürərkən, hər qamış bir ilan formasına düşüb, Müsa Peyğəmbərə doğru gəlirlər. Musa qorxuya düşəndə Allahdan vəhy gəlir ki, əlindəki əsanı yerə at. Bu vaxt əsa əjdahaya dönərək, sehirbazların bütün ilanlarını udur. Beləliklə, onlar mat olurlar və əllərini qaldırıb Musaya və onun Allahına təslim olduqlarını bildirirlər (bax: “Quran”, 20: 57-73-cü ayələr).

Məhəmməd əleyhissəlamın zamanında isə, söz sənəti geniş vüsət almışdı və şairlər cəmiyyətin ən aparıcı qüvvəsi sayılırdılar. Dövrün adətinə görə şairlər yeni şeirlərini vərəqə yazıb, aparıb Kəbənin divarından asardılar və hər şair öz pərəstişkarlarının çoxluğundan qürur duyardı (necə ki, indi şairlər şeirlərini, yaxud statuslarını sosial şəbəkə divarlarından asırlar). Odur ki, Allah-təala Məhəmmədə elə bir ecazkar söz vəhy etdi ki, həmin sözü vərəqə yazdırıb kəbənin divarından asan kimi, digər şairlər utandıqlarından öz şeirlərini divardan çıxarmaq məcburiyyətində qaldılar (vəhylə gələn sözlərin (ayələrin) fonunda həmin şeirlər çox sölğun görünməyə başladı).

Peyğəmbərlərin həyatlarına qısa nəzər saldıqdan sonra qayıdaq 21 ədədinə və onun hikmətlərinə. Qeyd edim ki, “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi “Quran”da elm və kamillik (Peyğəmbərlik) rəmzi sayılır. Hesablamalarımız göstərir ki, bu əsrdə bəşəriyyət özünün kamillik məqamına yüksələcəkdir və bu kamillik cəmiyyətin sonu olacaqdır. Necə ki, fərd olaraq insan ömrünün son günlərini yaşayarkən artıq gözünə mələklər görünür və dünyanı tam olaraq dərk etməyə başlayır. Və bu kamillik zirvəsi insanın sonu olur. Toplum olaraq bəşəriyyət məhz XXI əsrdə dünyanı dərk etməyə başlayacaq (hazırda çox cüzi hissə kainatı, yaradılışı dərk edir) ki, bu da cəmiyyəti sona yaxınlaşdıracaq və “Quran”da xəbəri verilən qiyamət bu əsrdə baş verəcəkdir.

Xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002.) elmi-ladun hesablamalarla mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bu-günkü Qurban bayramına da şamil olunur.

Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:

“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə.

Allahın verdiyi elmlə, dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə Prezidentə və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu).

Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu.

Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.

Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri – müvafiq olaraq:
- 14 dekabr 2001-ci il;
- 4 dekabr 2002-ci il;
- 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutulub.
Hər üç tarix müvafiq olaraq Ramazan ayının 29-cu günlərinə düşüb.

Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü – 3 aprel 2003-cü ildə də Günəş tutulub.

Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin doğruluğunu sübut edir.
Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün – 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi.

Baş vermiş hadsələrin təhlili göstərir ki, Günəş və Ay tutulmaları əslində qiyamətin əlamətləri olaraq, insanlara xəbərdarlıqdır – siqnaldır. Belə olduqda insanlar günahlarına görə tövbə etməli və yaxşı işlər görməyə çalışmalıdırlar. Çünki, belə xəbərdarlıqların ardıyca təbii fəlakətlər və qəzalar gəlir. Ancaq qazanılan savablar insanı bu cür fəlakətlərdən sıgortalayır (necə ki, Nuh və onun ətrafındakılar sıgortalanmışdılar).

Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları və daşqınlar bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır.

Bu gün biz 6.236 ayədən ibarət olan “Quran”ın hər ayəsini bir gün hesabı ilə yaşayırıq (məsələn, bu gün elm əsrinin 5.712-ci günü olaraq, müqəddəs kitabın 5.712-ci (78:40) ayəsi ilə uzlaşır).
Hesablamalarımız göstərir ki, “Quran”ın sonuncu – 6.236-cı ayəsi əsrin 18-ci ilinin yanvar ayının 27-nə düşəcəkdir. Beləliklə, həmin tarixdə bəşər tarixinin bir mərhələsi bitib, yeni bir kamillik dövrü başlayacaqdır. Həmin dövr əməlisalehlərin və cəmiyyətin xeyri üçün çalışan (faydalı) insanların dövrü olacaqdır. Odur ki, hər bir insan yaxşı əməllərinin sayını artırmağa çalışmalıdır.

Yuxarıda qeyd etdim ki, bu gün elm əsrinin 5.712-ci günü olmaqla, “Quran”ın “Böyük xəbər” (Xəbərdarlıq) surəsinin sonuncu – 40-cı ayəsi ilə uzlaşır. Ayədə Allah buyurur:

“Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş bu əzabı görməmək üçün torpaq olaydım!” – deyəcəkdir”. “Quran”ın 5.712-ci ayəsi, elm əsrinin 5.712-ci günü – 21 avqust 2016-cı il.

Qeyd: bəzi fanatik oxucular hesablamalarımıza irad bildirirlər ki, bu məsələləri peyğəmbərlər, imamlar demədikləri halda siz nə cürət edib deyirsiniz, özünüzü onlardan savadlımı bilirsiniz?
Onların nəzərinə çatdırııq ki, biz heç də özümüzü onlardan üstün bilmirik. İradınızın cavabını yazının girişində qeyd etdiyim ayədən oxuya bilərsiniz (“Quranda xəbər verilən hər bir hadisənin (qiyamətin, əzabın və s.) müəyyən bir bilinmə vaxtı vardır və siz onu biləcəksiniz”. “Quran”, “Davar” surəsi, 67.)
Peyğəmbərlərin və imamların dövründə qiyamətin vaxtı çatmadığından bu barədə onlara xəbər də çatmamışdır. Bizim bu mövzuda xəbər verməyimiz elm və peyğəmbərlik rəmzi olan XXI əsrdə yaşamğağımızla əlaqədardır. Çünkü, Allah-təala Qurani-Kərimdə buyurur ki, biz xəbər göndərməmiş heç bir məmləkətə bəla göndərmərik!

Ən doğrusunu isə Allah bilər.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.