Sabunlu su ilə bulaşıq yeri pak etmək olarmı?
- 04 yanvar 2017
- Bölmə: Şəriət qanunları
- Baxış: 2 867
- Şərhlər: 0
- Müəllif: movlan
Şəriətə görə su yalnız və yalnız o zaman murdarlığı (nəcasəti) pak edə bilər ki, qarışıqsız olsun. Yəni suyun rəngindən, iyindən və ya dadından hər hansı başqa maddə duyulmasın. Bu cür suya saf su deyirlər. Qarışıq su isə şəriətdə “müzaf” adlanır. Müzaf su nə az, nə də çox miqdarda nəcasəti pak etməz. Suyun içində sabunun rəngi (yəni xüsusiyyətləri, köpükləri) görünərsə, o halda müzaf sayılar və heç nəyi pak etməz. Diqqət yetirilməlidir ki, burada təmizləməkdən yox, pak etməkdən söhbət gedir. Şəriətdə “təmiz” və “pak”, “murdar” və “kirli” anlayışları fərqlənir. Sabunlu su kirli əşyanı təmizləyər, amma nəcasəti pak etməz.
islam.az
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.