Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

14 Məsumlardan(əleyhimussəlam)-Şərab barəsində.

14 Məsumlardan(əleyhimussəlam)-Şərab barəsində.
0
Mətndə qrammatik səhv var?
14 Məsumlardan(əleyhimussəlam)-Şərab barəsində.


14 MƏSUMLARDAN (əleyhimussəlam)-ŞƏRAB BARƏSİNDƏ.

İslam dininin insanlara nemət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar. Hər bir ağıllı insan bu kəlamlardan sonra şərab içmək, sərxoşluğa qurşanmaq və hər hansı bir məstedici içkilərə əl uzatmaqdan çəkinər. Aşağıda şərab haqqında nəql olunan bəzi rəvayətləri qeyd edirik:

1) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:
Üzüm ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;
Üzüm sıxıb şərab çəkəni;
Şərab satanı;
Şərab içəni;
Şərab alanı;
Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;
Şərabın hazırlanmasında və onun istifadəsində əli olanların hamısını lənətləmişdir. ("İqabul-əmal" səh. 25)

2) Yenə də İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) buyurur:
"Hər kəs şərab içsə, ar etməz, anası, xalası və ya bibisi ilə də olsa, zina edər.” ("Üsuli-kafi" c.2, səh. 287)

3) İmam Baqir (əleyhissəlam) buyurur:
"Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi gələr.” ("Biharul-ənvar" c.6, səh. 107)

4) İmam Sadiq ələyhissalamdan nəql olunur;
"Hər kəs zina etsə, imandan xaric olar;
Hər kəs şərab içsə, imandan xaric olar;
Və hər kəs Ramazan ayında bir gün qəsdən orucunu yesə, imandan xaric olar.” ("Biharul-Ənvar" c. 11)

5) İmam Sadiq ələyhissəlamdan, başqa bir hədis nəql olunur:
"Neməti azaldan günah - təcavüzkarlıq və Allahın göstərişlərindən çıxmaqdır.
İnsana həmişə peşmançılıq gətirən günah, adam öldürməkdir.
Allahın bəlasını nazil edən günah, zülmkarlıqdır.
İnsanı imansız edən günah, şərab içməkdir.
Ruzini kəsən günah zinakarlıqdır." ("Şərab və qumar amili fəsad)

Həzrəti imam Rza (əleyhisalam)dan nəql olunur:
"Allah şərabı haram buyurmuşdur. Çünki, onda fəsad vardır, o, şərab içənin ağlını əlindən alaraq Allahın inkarına gətirib çıxarır;
Şərabxor, Allah və Onun rəsulunun adından yalan danışmaqla (nalayiq sözlər söyləməklə) nəticələnir;
Həmçinin, fəsad, qətl, böhtan və zinaya səbəb olur;
Şərabxor, haram olunmuşlardan çox az çəkinir. Ona görə də, Allah əmr edir ki, bütün məstedici şeylər haramdır!" ("Müstədrək" c.3)

6) Həzrəti imam Sadiq (ələyhissalam) buyurur:
"Allah-təala Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir." (Platon)
Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Başqaları ilə şərab içilən süfrənin başında əyləşən şəxs, məlundur”

7) Həzrəti imam Rza (əleyhisalam) buyurur:
"Allah şərabı fəsad əmələ gətirdiyinə, əqli və fikri batil etdiyinə, abır-həyanı aradan ap
ardığına görə haram etmişdir.” (Dərd və dərman" səh. 219).
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.