Əhdə vəfa etməyin 10 mükafatı.

Əhdə vəfa etməyin 10 mükafatı.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Əhdə vəfa etməyin 10 mükafatı.


Əhdə vəfa etməyin 10 mükafatı.

Əgər insan söz verib, əhd bağlayarsa insani fitrətinə, İlahi əxlaqına və dini əhkama görə gərək ona əməl etsin. Allah Təala buyurur: “Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar)”. (“İsra” 34).

Əhdə vəfa etmək İlahi bir vacibatdır ki, insan gərək verdiyin sözün arxasında dayana bilsin. Verdiyi sözə əməl etməmək həm əxlaqi və həm də dini cəhətdən ən çirkin əməl hesab olunur. (Erfan)

Quranın nəzərinə görə əhdə vəfa etmək – təqvanın nişanəsidir. “Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır)”. (“Ali-İmran” 76).

İmam Hüseyn (ə) buyurur: “İnsan o zamana qədər ki, vədə verməz – azaddır. Ancaq o zaman ki, vədə verər – məsuliyyətin altına girər və vədinə əməl etməyincə xilas olmaz”.

Əhdə vəfa etməyin faydaları:

1. Müttəqinlərin məqamıdır. “Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən ... əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar... kəs(in iman və əməli)dir”. (“Bəqərə” 177).

2. Sadiqinlərin məqamıdır. “O kəs sadiqdir ki, öz əhdinə əməl edər”.

3. Dünyasının gözəl sonu. “Dünyasının gözəl sonlanması – insanın əhdinə vəfa etməsinin səmərəsidir”.

4. Xilas olmaqdır. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar. Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 1-8).

5. Allahın sevgisini cəlb edər. “Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız – itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!”. (“Bəqərə” 40).

6. İlahi mükafat. “Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır”.(“Nəhl” 95).

7. Peyğəmbərə (s) yaxınlaşmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü sizlərdən mənə ən yaxın olanı – sizin düz danışanınız, əmanətdarınız, əhdinə vəfa edəniniz, xoş əxlaqlınız və insanlara ən yaxın olanınızdır”.

8. İman nemətindən bəhrələnmək. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, insanlarla rəftarda onlara zülm etməz, yalan danışmaz, vədəsinə vəfasız çıxmaz, səxavəti kamil, ədaləti aşkardır – onunla qardaşlıq etmək vacib və qeybət olunması haramdır”.

9. Behiştin zəmanəti. Həzrət Peyğəmbər (s) buyurur: “6 şeyi mənim üçün zəmanət edin ki, mən də behişti sizin üçün zəmanət edim: danışanda doğruluq, əhdə vəfa etmək, əmanəti qaytarmaq, iffət, günaha göz yummaq, əli (halal olmayandan) saxlamaq”.

10. Ən üstün sondur. İmam Səccad (ə) buyurur: “İşlərin ən yaxşı başlanğıcı – sədaqət və düz danışmaq, ən yaxşı sonu – vəfadır”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex