Bu gün İmam Həsənin (ə) mövlud günüdür.

Bu gün İmam Həsənin (ə) mövlud günüdür.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Bu gün İmam Həsənin (ə) mövlud günüdür.


Bu gün İmam Həsənin (ə) mövlud günüdür.

İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi
(ləqəbi Müctəba)
Sələfi: Əli
Xələfi: I Muaviyə

Dini: İslam
Doğum tarixi: 4 mart 624
Mədinə, Hicaz, İslam Dövləti
Vəfat tarixi: 9 mart 670 (45 yaşında)
Mədinə, Hicaz, Əməvilər xilafəti
Atası: Əli
Anası: Fatimə
Həyat yoldaşı: 1.Mənzur b. Zəbban Fəzarinin qızı Havlə
2.Ukbə b. Amr Həzrəcinin qızı Ümmü Bəşir
3.Təlhə b. Ubeydullah Təmiminin qızı Ümmü İshaq
4. Əbu Bəkrin nəvəsi Həfsə
5. Amr b. Suheylin qızı Hind
6.Əşəs b. Qeysin qızı Cödə
Uşaqları: 1-ci nikahdan:
oğlanları: Həsən əl-Müsənna
qızları:
2-ci nikahdan:
oğlanları: Zeyd
qızları: Ümmül-Həsən və Ümmül-Hüseyn
3-cü nikahdan:
oğlanları: Hüseyn İsrim, Təlhə
qızları: Fatimə
Digər nikah və cariyələrdən:
oğlanları: Amr, Qasım, Abdulla; Əbdürrəhman; Abdulla,
qızları: Fatimə, Ümmü Səlma və Rüqəyya.


Həsən ibn Əli (ərəb الحسن بن علي‎‎) (tam adı: Həsən ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi)— İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.

İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmamət və xilafət məqamına çatmışdır. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra, Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür.[1] Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur. Bu, həm öz zamanında ittihad səbəbi olmuş və həm də başda Şiələr olmaqla Müsəlmanların tarixi boyu dini-əxlaqi təlimləri hökmündə olmuş və hakimiyyət, müharibə və sülh kimi əsaslı anlayışların münasibətində dramatik təsirləri öz bərabərində gətirmişdir. Fəramerz, c. 20, səh. 532

Hörmət üçün müsəlmanlar adından əvvəl "həzrət", adından sonra isə sünnilər "radiallahu-ən" (qısaca (r.ə)), şiələr isə əleyhissalam (qısaca (ə)) ifadəsini işlədirlər.

Mənbə : Vikipediya

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex