Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür.

Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür.


Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür.


İmam Əlinin (ə) şagirdlərindən olan Əsbəğ ibni Nəbatə nəql edir: “Bir gün Əmirəl-möminini (ə) gördüm ki, (kiçik uşaq olan) Muxtarı dizinin üzərində otuzdurmuş və (nəvazişlə) başını sığallayır və buyurur: “Ya Keys! Ya Keys!””.

İslam tarixində bir çox qiyamların adı çəkilmişdir ki, onlardan biri də Muxtar Səqəfinin qiyamıdır. O, İmam Hüseynin (ə) intiqamını almaq üçün qalxmışdı. Onun qiyamı 66-cı hicri ilində Rəbiül-əvvəlin 14-də başlamışdı.

Bu qiyamı İmam Əli (ə) əvvəlcədən xəbər vermişdi. O, buyurub: “Tezliklə oğlum Hüseyn (ə) öldürüləcəkdir, ancaq çox keçməyəcəkdir ki, Səqəf qəbiləsindən bir cavan qiyam edəcəkdir. Bu zalımlardan intiqam alacaqdır. Onların qətl edilmişlərinin sayı 383 min nəfər olacaqdır”.


Muxtar Səqəfinin həyat hekayəsi.
Onun adı Muxtar ibni Əbi Ubeyd ibni Məsuddur. Onun qəbiləsinin adı Səqifdir. Taif məntəqəsində yerləşir. Muxtarın künyəsi Əbu İshaq və ləqəbi Keysandır. Mənası “zirək” deməkdir.

Belə ehtimal olunur ki, onun ləqəbini İmam Əli (ə) qoymuşdur. İslamın böyük alimlərindən olan Əllamə ibni Nəma və Ayətullah Huyi bu fikirdə idi.
Onun dostlarından birinin adı da Keysan idi və o, Muxtarı bu qiyama həvəsləndirirdi. Keysanın ləqəbi isə Əbu Umrə idi.


Muxtarın atası.
Muxtarın atasının adı Əbu Ubeyd idi və Məsud Səqəfinin oğlu idi. Ömərin xəlifə olduğu dövrdə Taifdən Mədinəyə gəlir. Orada sakin olur. Ömərin xəlifə olmasından dörd gün keçmişdi ki, əmr edir ki, ordu İran və İraq sərhədinə getsin. İnsanları İslam dininə dəvət etsin. Muxtarın atası bu döyüşdə ilk könüllülərdən olmuşdur. Xəlifə bu orduya layiqli birini rəhbər qoymaq istəyirdi. Öz tərəfdaşları ilə məsləhətləşən zaman onlar deyirlər ki, mühacirlərin və ya ənsarların arasından seçsin. Xəlifə onlara deyir: “Heç bir zaman. Düzdür ki, mühacirlərin və ənsarların Allaha iman bəsləməkdə imtiyazları vardır, ancaq mən bu ordunun başına ilk könüllü olan kəsi təyin edəcəyəm”.

O, Əbu Ubeydi çağırır və onu rəhbər təyin edir. Ona tövsiyə edir ki, yanında olan Peyğəmbər (s) səhabələri ilə daima məşvərət etsin. Onların sözünü qəbul etsin və onları özü ilə aparsın.

Muxtarın atası Fars diyarında şücaətlə vuruşur və bu döyüşdə müsəlmanlardan 4 min nəfər şəhid olur. Nəhayət o, da Dəclə üzərindən asılan körpüdə şəhid edilir. Ona görə də bu döyüşün adını “Yəvmul-Cəsr” adlandırırlar.

Ayətullah Behcətin Muxtar Səqəfi barədə suala cavabı.


- Sizin cənab Muxtar Səqəfi barəsində fikriniz nədir?



Ayətullah Behcət suala cavab olaraq bildirmişdir: “Muxtar - namaz əhli və Allah övliyalarından idi. Namazı qəribə halla qılırdı. Muxtarı tanımaq üçün onun Əhli-beytin (ə) qatillərindən qisas almasına diqqət yetirməyimiz kifayətdir. Sonuncu qatili öldürdüyü zaman “indi rahatlaşdım” deyib. Sonuncu qatil ya Şimr (lən) ya da Məhəmməd Əşəsi idi. Onu öldürdüyü zaman “indi ölsəm də qorxum yoxdur” deyib”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex