Ramazan ayında behiştin qapıları açılar, cəhənnəmin qapıları bağlanar.

Ramazan ayında behiştin qapıları açılar, cəhənnəmin qapıları bağlanar.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Ramazan ayında behiştin qapıları açılar, cəhənnəmin qapıları bağlanar.


Ramazan ayında behiştin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirə vurularlar.

Məsumlardan (ə) gələn hədislərdə orucun xüsusi məqamı vardır. Həqiqi oruc insanın günahlarını təmizləyər və qəlbi nurani edər. Sanki insan zülal su okeanına baş vurur və qüsl alıb varlığını paklayır. Bütün çirkinliklərindən təmizlənir.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, kamil iman və əqidə ilə Ramazan ayının orucunu tutar – keçmiş günahları bağışlanar. O kəs ki, kamil iman və əqidə ilə Qədr gecəsini oyaq qalar və yatmaz – Allah keçmiş günahlarını əfv edər”. (Erfan)

Oruc o ibadətdir ki, keçmiş dinlərdə də olmuşdur. Hətta bədəvi qəbilələr belə şeytanı özlərindən qovmaq və günahlardan pak olmaq üçün oruc tutardılar.

Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı gələn zaman behiştin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirə vurularlar”.

İmam Əli (ə) buyurur: “Allah bəndələrini namaz, zəkat, oruc tutmaqda səy etməklə qorumuşdur ki, əzaları aram, baxışları müti, canları, ruhları, qəlbləri təvazökar olsun. Təkəbbür və lovğalıq onlardan uzaq olsun. Çünki səcdədə üzün ən yaxşı yerini torpağa sürtmək təvazökarlıq gətirər və bədənin ən dəyərli üzvünü torpağa qoyaraq kiçiklyini bəyan edərlər. Oruc tutmaq və qarnın belinə yapışması – təvazökarlığın amilidir”.

İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Namazı ayaqda saxlamaq – İslam millətinin dini, zəkat vermək – İlahi vacibatı, Ramazan ayının orucu – İlahi əzab qarşısında qalxan, həcc və ümrə - yoxsulluğu məhv edən və günahları yuyandır”.

İmam Sadiq (ə) buyurur: “Əgər insan isti günlərdə oruc tutar və susuzlayarsa Sübhan Allah min mələyi vəzifələndirər ki, üzünə məsh çəksinlər. İftara qədər ona müjdə versinlər. İftar zamanı Sübhan Allah buyurar: “Necə də sən ətirlisən! Necə də xoş iyin vardır! Mənim mələklərim şahid olsun ki, Mən onu bağışladım””.

İmam Əli (ə) buyurur: “O qədər oruc tutanlar vardır ki, oruclarından aclıq və susuzluqdan savayı bəhrə aparmayıblar. O qədər gecə oyaq qalanlar olub ki, gecə oyaq qalmaqlarından rüku və yuxusuzluqdan başqa bir şey əldə etməyiblər. Xoş olsun zirəklərin yuxusuna və iftarına!”.

Orucun batini insanı elə yerlərə aparıb çıxardır ki, Allah ona xitab edir. Allah ona “Mənim bəndəm” kimi xitab edər. Ramazan ayı – Allahın ayıdır. Əgər insan bu ayda İlahi liqaya çata bilməsə, orucun batininə də nail ola bilməyəcəkdir. Əslində orucu təbiət səthində tutmuş olacaqdır. Ona görə də elə o səthdə də ona mükafat verilər.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex