İlahi təqdir heç zaman məğlub olmaz.

İlahi təqdir heç zaman məğlub olmaz.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İlahi təqdir heç zaman məğlub olmaz.


İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təalanın təqdirləri məğlub olmaz, iradəsi geri qayıtmaz, tövfiqini heç bir şey qabaqlamaz”.

Hədisin şərhi.

Bu cümlələr İmam Zaman ağanın (ə.f) iki səfirinə (Osman ibn Səyid, Muhəmməd ibn Osmana) yazdığı məktubdandır. İmam (ə.f) bu məktubda öz qeyb məsələsinə işarə etmişdir. Buyurur: “Bu mövzu – İlahi təqdirdir və qəti iradəsi ona aid edilmişdir”.

İmam (ə.f) bu nurani sözləri ilə bir neçə mövzuya işarə edir:

1. Heç kəs İlahi təqdirə qalib gələ bilməz. Onun qüdrəti bütün qüdrətlərdən daha üstündür.

2. Əgər Allah Təalanın qəti iradəsi bir şeyə aid edilsə, heç kəs bu iradəsinə qələbə çala bilməz. Yerinə yetməsinə mane ola bilməz.

İmam Səccaddan (ə) gələn duaların birində oxuyuruq: “Pərvərdigara! Həmd Sənə məxsusdur ki, təqdir edənsən və heç bir zaman məğlub olmazsan”.

3. Allah bir işi istəməyincə, heç bir səy və çalışma fayda verməz. Hər bir işi görmək üçün Allaha ümid gözü ilə baxmaq lazımdır. Ondan yardım almaq lazımdır. Dərgahının məhbublarını vasitə qərar verərək, hacət istəmək lazımdır.
Oxşar mövzular
Son Məqalələr

Son Oxunanlar

İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər (0)
Şərh yazmaq üçün sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex