Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İnsanlara kömək edən 7 xeyir əldə edər.

İnsanlara kömək edən 7 xeyir əldə edər.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İnsanlara kömək edən 7 xeyir əldə edər.


İnsanlara kömək edən 7 xeyir əldə edər.

"Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar".
Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər ki, onlarla tanış olaq:
1. Nəfsin paklanması.
İnfaq insanı bir çox əxlaqi rəzil sifətlərdən pak edər və qəlbini saflaşdırar.
2. Ruhi hüzur gətirər.
İnfaq insan üçün dünya və axirət ruhi hüzuru gətirər.
Quran: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar(şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”.
“Bəqərə” surəsi, ayə 274
3. Ruzinin artması.
Quranın da verdiyi vədədə olduğu kimi, hər kim infaq və ehsan edər, Allah onun əvəzini verər və ruzisini artırar.
Quran: “De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır".
“Səba” surəsi, ayə 39
Allaha yaxınlaşmaq.
İnfaq insanı Allahın sevimlisi edər və Onun qürbünə yaxınlaşdırar.
5. İctimai əmin-amanlıq.
Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar.
Quran: “Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız”. “Muhəmməd (s) surəsi, ayə 38
6. İlahi rəhmət və bəxşiş.
Hər kim Allah yolunda infaq edər, Allahın rəhməti ona şamil olar və günahları bağışlanar.
7. Axirəti xeyirli olar.
Ən kiçik infaq belə, Allahdan gizli deyildir. Bu infaq və ehsanlar onun əməl dəftərində yazılacaq və axirətdə mükafatını alacaqdır.
İmam Hüseyn (ə):
“Bilin ki, insanların sizə müraciət etməsi və ehtiyacı olması - İlahi nemətdir. Ona görə də nemətdən üz döndərməyin. Əks halda bəlaya giriftar olarsınız”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex