Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Xəstənin şəfa tapması üçün dua.

Xəstənin şəfa tapması üçün dua.
+2
  • 29 mart 2021
  • Bölmə: Dualar
  • Baxış: 142
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Xəstənin şəfa tapması üçün dua.

İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurub:

Xəstə olan hər şəxs sübh namazından sonra 40 dəfə (bu sözü) deyərək əlini xəstə olan yerə sürtərsə, o xəstəlikdən şəfa tapar:
"Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və niməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim."

Bu duanı xəstə üçün oxuduqda İnşAllah şəfa tapar


"Zubhədətul-dəvat" kitabında rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s), Fatimeyi Zəhra (s.ə)-nın evinə gəib, İmam Həsən (ə) xəstə halında gördükdə narahat oldu.

Cəbrail (ə) nazil olaraq dedi:
Ya Muhəmməd! Övladının xəstəikdən qurtarması üçün sənə bir dua öyrədimmi? Desin:
"Əllahummə la ilahə illa əntəl-əliyyul-əzim. Zus-sultanil-qədim. Vəl-mənnil-əzim. Vəl-vəchil-kərim. La ilahə illa əntəl-əliyyul-əzim. Vəliyyul-kəlimatit-tammat. Vəd-dəəvatil-mustəcabat. Xəlli ma əsbəhə (bi filan.)"

Daha sonra Həzrət Peyğəmər (s) bu duanı oxuyub əlini İmam Həsənin (ə) alnına sürtdü və beləliklədə o Həzrət şəfa tapdı.


Xəstənin şəfa tapması üçün İmam Məhəmməd Təqi (ə) aid əməl.

Hər bir xəstənin şəfa tapması üçün iki rukət İmam Cəvad (ə)-a təvəssül və hacət namazı qılıb 146 dəfə
"Maşaəllahu la həvlə və la qyvvətə illa billah" sözünü desin.

Bu əməlin o Həzrətə aid olan saatda həyata keçməsi daha faydalıdır. O həzrətə aid olan zaman isə əsr namazından iki saat sonraya qədər müəyyənləşdirilmişdir ki, o vaxtda hacət qəbul olur.


Xəstələndikdə oxunan dua

"Cəvahirul-Quran" kitabında yazılmışdır ki, xəstə olan şəxs bu duanı xəstəliyi halında qırx dəfə oxusun:
"La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin."

Belə bir şəxs o xəstəliyi ilə ölərsə şəhid savabına nail olar, sağaldıqda isə günahları bağışlanar.


Xəstəlik zamanında oxunan ayrı bir dua

Huseyn ibni Nəsim İmam Rza (ə)-dan nəql etmişdir ki, o Həzrətin övladarından biri xəstələndikdə ona buyurdu: (Oğlum)! De:
"Əllahumməşfini bişifaikə və davəni bidəvaikə və afəni min bəlaikə fəinni əbdukə vəbnu əbdik."


Xəstə yanına getdikdə oxunan dua.

"Zubdətul-dəəvat" kitabında yazılmışdır ki, xəstə yanına getdikdə (bu duanı) yeddi dəfə oxuyun. Belə ki, onun əcəli çatmadıqda tezliklə şəfa tapacaqdır:
"Əsəlullahəl əzim. Rəbbəl ərşil əzim. Ən yəşfik."

Bu dua dəfələrlə təcrübə olunmuşdur.


Xəstənin şəfa tapması üçün dua.

"Bismillahir-rəhmanir-rəhim. Ya munəzziləş-şifa və yəzhəbud-da. Səlli əla Muhəmmədin və alih. Və ənzil əla vəchiş-şifa."

Bu duanı həmişə oxusun.

Xəstəlikdən şəfa tapmaq üçün ayrı bir dua.

Xəstələnmiş şəxs ardıcıl olaraq bu sözü desin:
"Ya Huvə. Ya mən ləysə illa huvə. Səlli əla Muhəmmədin və alih.

Xəstənin ağrı və narahatçılığı zaman oxunan dua.

Hər kəs xəstənin ağrı və narahatçılıq çəkdiyi zaman əlini onun gicgahına qoyub:
"Və nunəzzilu minəl-Qurani ma huvə şifaun və rəhmətun lil-muminin. Və la yəziduz-zaliminə illa xəsara." cümlələrini oxuyarsa, Allah təala o xəstəyə şəfa verər. 
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.