İmam Zeynul-Abidinin (ə) əxlaqi səciyyələrindən (Təhqirə cavab)
- 02 may 2018
- Bölmə: Digər bilmədiklərniz / Əxlaq
- Baxış: 1 465
- Şərhlər: 0
- Müəllif: imameli.az
Təhqirə cavab.
İmam Zeynəlabidinin (ə) qohumlarından biri həzrətin üzərinə səsini qaldırıb onu təhqir etdi. Həzrət ona bir kəlmə də cavab vermədi və kişi dönüb getdi.
İmam ətrafındakılara buyurdu: "Onun nə dediyini eşitdinizmi? İstəyirəm mənimlə gəlib ona verəcəyim cavabı eşidəsiniz”. Dedilər səninlə gəlirik, biz ona cavab verməyinizi istədik”. Həzrət ayaqqabılarını geyindi və ayağa qalxıb Quran ayəsi oxudu: "O kəslər ki, qəzəblərini udar, xalqa güzəşt edərlər; Allah xeyir əməl sahiblərini sevir”. İmamı müşayiət edənlərdən biri deyir ki, biz imamın ona təhqirlə cavab verməyəcəyini bilirdik. Hər halda onunla gəldik. İmam onu çağırdı, Əli ibn Hüseynəm dedi. Ev sahibi bayıra çıxdı. O əmin idi ki, imam bir az əvvəlki təhqirə cavab verməyə gəlib. Həzrət buyurdu: "Bir qədər mənim yanımda qaldın, mənim haqqımda nələr dedin! Əgər mən sən deyən kimiyəmsə Allahdan bağışlanma diləyirəm, əgər dediklərin məndə yoxsa, Allah səni bağışlasın”. Həmin şəxs imamın alnından öpdü və dedi: "Dediklərim səndə yoxdur, mən özüm dediyim sözlərə layiqəm”. Rəvayətçi deyir ki, həmin şəxs imamın əmisi oğlu Həsən ibn Həsən idi!
اِنَّ الْمَعرِفَةَ وَ كَمَالَ دَيْنِ الْمُسْلِمِ تَرْكُهُ الْكَلَامَ فِيمَا لَا يَعْنِيهِ وَ قِلَّةُ مِرَائِهِ وَ حِلْمُهُ وَ صَبْرُهُ وَ حُسْنُ خُلُقِهِ
“Hәqiqәtәn, dindаr insаnın mәrifәti vә kаmilliyi, fаydаsız sözü, dаvаnı tәrk еdib, hеlmli, sәbirli vә хоşәхlаq оlmаğıdır”.
“Tәfsiri-qumi”, c. 2, sәh. 94
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.