İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

  • Hüseyin_Aşiqi 09.06.2019
    Yalançı rəvayət (2)
    Hüseyin_Aşiqi-фото
    Çox gözəl idi.Allah Razı olsun sizdən
  • UMUD 09.03.2019
    Şəfa duası (1)
    UMUD-фото
    Salam.Haci Xaver xanimin "Allaha pənah Allaha təvəkkül".adli kitabi var .Mumkun olarsa bu kitabi sayitinizdan yuklemek isterdik.yani PDF formatinda oxumaq ve yuklemek.cox sax olun
  • Mudafeiherem 20.02.2019
    “Aşura mərasimi dini biznesdir ... (1)
    Mudafeiherem-фото
    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hprmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.

    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hörmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.
  • hacixanim49 25.06.2018
    Sorğu suallarınız (17)
    hacixanim49-фото
    sayta qebul etdiyinize gore teshekkur edirem.allah bizi qurani oxuyub derk edenlerden qerar versin hamimizin imanimizi kamil elsin. AMIN INSHSAALLAH
[center]Bala zəhər qatmaq hiyləsi. Qərb şərqşünaslarının metodu.

Bala zəhər qatmaq hiyləsi - Qərb şərqşünaslarının bəzilərinin azğın metodu.

Tarixin keçmiş mərhələrində və xüsusən orta əsrlər dövründə bəzi inadkar, təxribatçı və İslamafob şərşünasların metodu açıq bir formada çəkinmədən İslama və Həzrəti Rəsulallaha (s) hücum etmək olmuşdur. Onlar heç bir sərhəd və hörmət gözləmədən kəskin bir formada islamı və peyğəmbərini mühakimə edir, ittiham edir və hətta "mədəni" təhqirdən belə çəkinmirdilər. İndi çox aydındır ki, bu metod əslində çox bəsit, ibtidai və ciddi elm əhlinə yaraşmayan bir üslubdur. Bu üslub həm də İslam dünyasında çox mənfi və bəzən də aqressiv qarşılanır, onların nəzərdə tutduğu nəticə isə alınmır. Ona görə də son dövrlərdə bəzi şərqşünaslar bu kimi zəhərli təbliğatın müsəlmanlar və həm də qərb dünyasının öz arasında heç bir ciddi nəticə vermədiyinin şahidi oldular və üslublarını tamamilə dəyişdirdilər. Onlar daha həssas və çox təsirli bir metoda əl atdılar. Bu üslubu bəzi İslam alimləri və xüsusən də Doktor Məhəmməd Həsən Zamani öz kitablarının birində "bala zəhər qatmaq" hiyləsi adlandırdı. Onlar bu üslubdan istifadə edərək öz kitab, araşdırma və məqalələrinin əsas formatını sırf elmi-ictimai, bitərəf və obyektiv tədqiqat pərdəsi altında təqdim etməyə başladılar ki, fikirlərinin qarşı tərəfdə daha rahat qəbul olunmasına şərait yaratsınlar. Onlar kəskin tənqidi bir tərəfə qoyaraq İslam maarifini, müsəlman mədəniyyətini, Qurani-Kərimi və Həzrəti Peyğəmbərin (s) mübarək şəxsiyyətini çox hörmətlə yad etməyə, təriflər və bəzi xoşagəlimli, cazibəli, bəzəkli sözlər yazmağa başladılar ki, kütləvi müsəlman oxucusunun diqqətini özlərinə çəkə bilsinlər. Bəlkə də onların bu hiyləsi bir çox səmimi və sadəlöhv müsəlmanları aldada və özlərinin bu hiyləsinə inandıra bildi. Sanki onlar qarşımıza dünyanın ən şirin balını qoydular, amma ən təhlükəli zəhər qatılmış bir formada. Bu zəhəri isə çox diqqətli və haqla-batili bir-birindən ayırd etməyi bacaran müsəlmanlar hiss edə bilərdi. Onlar bu tip məqalə və kitabların içərisində öz zəhərini ötürür, oxucuları öz dini-inanclarında, əqidələrində şəkkə və tərəddüdə salır, bununla da öz mühüm şübhələrini hiss olunmadan beyinlərə ötürürdülər. Onların əsas üslubu isə bu olurdu ki, onların İslamın ilk dövrləri, Peyğəmbərin (s) gördüyü bənzərsiz, ilahi-metafizik işlər və Quranın möhtəvası barədə naqis, natamam, maddi yönümlü və bəşəri təhlillər irəli sürür, bir növ İlahilik anlayışını, İlahi rəngi İslamdan və İslam tarixindən gizlin formada silib atıb, İslami adi bəşərin yaratdığı bir din kimi təqdim etməyə çalışırdılar. Bütün bunlar hamısı dolayı yollarla İslamın, Quranın və Həzrət Peyğəmbərin (s) təqdim etdiyi ideologiyanın heç bir ilahi-fundamental əsası olmadığını təlqin edirdi.
Burada tarixi bir məqam bundan ibarətdir ki, bu üslub heç də müasir şərqşünasların kəşfi deyil. Peyğəmbər dönəmində yaşayan münafiqlərin, inadkar yəhudi və xristianların köhnə metodudur. Qurani-Kərimin özündə bu üslub barədə belə məlumat verilir:
- "Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: "Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (möminlər öz dinlərindən bunun vasitəsilə) üz döndərsinlər." (Ali-İmran surəsi, 72-ci ayə)
Qeyd edək ki, yuxarıda qeyd olunan bu ayələr nazil olana qədər Mədinə şəhərində yaşayan yəhudilər müsəlmanların imanında süstlük yaratmaq üçün bütün vasitələrdən - hərbi, iqtisadi, siyasi və mədəni hücumlardan istifadə ediblər. Iakin heç bir ciddi faydası olmayıb. Bu üslub isə onların ən məkrli və təhlükəli üslubudur. Xatırlatmaq yerinə düşərdi ki, məhz bu üslubu Mədinə də yaşayan yəhudilərə, Xeybər yəhudiləri məsləhət görüblər ki, onlar əvvəlcə özlərinin İslamı bəyəndiklərini, sevdiklərini deyəcək, bununla rəğbət və etibar qazanacaq, sonra isə İslamın bəşər tərəfindən yaradılan bir din olduğunu bildirməklə (guya onlar belə olduğuna əmin oldular) onlara olunan etimaddan sui-istifadə edərək, qəlblərdə şübhə toxumu əkəcəkdilər.
Və bu plan bu gün tam sürətlə davam etdirilməkdədir. Müasir Quran təfsiri olan "Təfsiri Nümunə" əsərində sözü gedən ayənin təfsirində bu planın məqsədi heç də müsəlman gəncləri xristian və ya yəhudi etmək deyil, sadəcə məqsəd gənclərin zehnində İslamın etiqadi prinsiplərini süstləşdirmək və onları öz din və mədəniyyətlərinin böyük və nüfuzlu şəxsiyyətlərinə qarşı laqeyidləşdirmək olduğu qeyd olunur.
Məhəmməd Qütb özünün "Əl-Mustəşriqun" əsərində bu üslubun ən öndə gedənlərindən olan ingilis şərqşünası H.K.Gibb, ondan sonra isə Qustav Qrünebaum (Gustav Grunebaum) və Vilfred Kantvel Smitin (Wilfred Cantwell Simth) adlarını çəkir.
Seyid Əbülhəsən Nədəvinin "Əl-İslamiyyat" əsərində qeyd olunur:
- Zirək şərqşünaslar oxucuları qane etmək üçün bəzən bir əsaslı dağıdıcı şübhəni onlarla adi, önəmsiz tərifin, mədhin içinə sığdırırlar ki, mədhlərin, təriflərin çoxluğu müsəlman oxucuda müəllifə etimad doğursun.
Yazımızın sonunda şiə məzhəbinə qarşı daima düşmən mövqeyində dayanan Güntay Gəncalp kimi bir şəxsin əli ilə tərcümə olunan və kitab mağazlarımızda mövcud olan qərb şərqşünaslarından Constantin Virgil Georgiunun əsərlərindən olan "Muhəmməd tanınması gərəkən peyğəmbər" əsəri barədə qısa məlumat vermək istərdim. Bu əsər də yüksək hiylə ilə yazılan və bəsit təriflərlə dolu olan kitabların ən bariz nümunələrindən biridir. Belə ki, əsəri diqqətlə analiz edən zaman məlum olur ki, əsərdə təriflərin arasında Həzrəti Rəsulallahın (s) ilahi peyğəmbər olması deyil, adi bir bəşər kimi öz zehninin və əməyinin məhsulu olaraq İslamı və Quranı yaratdığına gizli, şüuraltı işarələr olunur, bəzən də son dərəcə əminliklə Peyğəmbərin bütün işləri maddi formada təhlil olunur və bütün İslamın sadəcə o dövrün ictimai-sosial zərurəti əsasında meydana çıxdığı iddia olunur. Yəni Həzrəti Peyğəmbər (s) əsərdə peyğəmbər kimi xatırlansa da, amma kitabın ümumi mənası onu sadəcə adi, insansevər və bəşəriyyəti xilas etmək üçün bir din yaradan qəhrəman kimi təqdim edir. Təbiiki açıq formada deyil, çox gizlin və hiyləgərcəsinə.

Mənsurov Bəşir
2019-cu il.

Oxşar xəbərlər
ATEİZM, DEİZM VƏ TEİZM. 14-cü mövzu.
Bu gün gənclər hansı səbəbdən ateist və deist olurlar? Bu məqalədə cəmiyyətimizdə indiyə qədər əlaqədə olub, söhbətləşdiyimiz ateist şəxslərlə görüşlərin, müzakirələrin, müşahidələrin nəticəsi olaraq yuxarıdakı suala cavab verməyə çalışdıq.

ATEİZM, DEİZM VƏ TEİZM. 13-cü mövzu
İSLAM DÜŞÜNCƏ AZADLIĞINA QARŞIDIRMI? Allaha inanmayanla Allahı inkar edənin fərqi nədir? Bu günkü zamanda mövcud olan neo-atesitlər hesab edirlər ki, dində düşüncə və fikir azadlığı yoxdur. Çünkü din Allaha inamayan insanlara qarşı öz mövqeyini

"Vəhhabilik İsraildən daha pisdir"
Eastnews.org-un verdiyi xəbərə görə, "Hizbullah" lideri Seyid Həsən Nəsrullah vəhhabiliyin İslamın tarixinə və dünyadakı imicinə zərər verdiyi səbəbindən İsraildən daha təhlükəli olduğunu bildirib. "Hizbullah" baş katibi Həsən Nəsrullah Məhərrəm ayı

ATEİZM, DEİZM VƏ TEİZM. 6-cı mövzu
[Ateistlərin inanclı insanlara yönləndirdiyi maraqlı suallardan biri də budur: SUAL: Dünyada elə tayfalar, millətlər yaşayır ki, onların dinlərdən, peyğəmbərlərdən və ilahi əmrlərdən xəbəri yoxdur. Bəs o zaman onların aqibəti necə olacaq? Əgər

ATEİZM, DEİZM VƏ TEİZM. 4-cü mövzu.
ALLAHIN VARLIĞINI İSBAT ETMƏK MÜMKÜNDÜRMÜ? Son sərlərdə, dünyada, xüsusəndə Avropada belə bir fikir yaranmışdır ki, Allah mövzusu bəşərin həll edə bilməyəcəyi mövzudur. Bu fikri irəli sürənlər Allahın varlığını inkar etmirlər, əksinə



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



       
      Cəmi istifadəçilər: 6
      Qonaqlar: 5

      Online İstifadəçilər: 
      ---

       Saytda olmuş ən son 20 nəfər: 
      ---