Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qızların əks cinslə dostluğa meyillənmələrinin səbəb

Qızların əks cinslə dostluğa meyillənmələrinin səbəb
+1
  • 05 dekabr 2020
  • Bölmə: Ailə
  • Baxış: 936
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Valideyinlə övladlar arasında dərin ruhi və emosional əlaqələrin yaradılması xüsusi əhəmiyyətə malikdir. Belə əlaqə övladların bir çox ruhi ehtiyaclarının ailə mühitində qiymətləndirilməsinə və bu baxımdan çatışmamazlıq hiss etməmələrinə səbəb olur.
Əgər valideyinlər övladlarının öz yanlarında qalmasını və sadə məsələlərin onlar arasındakı mənəvi əlaqəni kəsməsinə səbəb olmamasını istəyirlərsə,gərək səmimi münasibət qurmağı bacarsınlar. Təhlükəli dostluqlara,xüsusilə də qızların əks cinslə dostluq əlaqələrinə sığınmaları daha çox valideynlə övladlar arasında səmimi münasibətin olmamasından irəli gəlir.
Ailə mühitində belə həyatverən mənəvi əlaqələrdən məhrum olan yeniyetmələr öz mənəvi çatışmamazlıqlarını aradan qaldırmaq üçün ailədən başqa hər tərəfə çox asanlıqla cəzb olunur və kifayət qədər təcrübəyə sahib olmadıqları üçün də çox asanca hadisələrin qurbanına çevrilirlər.
Övladlarla valideyn arasında səmimi münasibətin mövcud olması,yeniyetmələrin öz sirrlərini hər kəsdən öncə ata-anası ilə bölüşməsinə və onların bələdçiliyindən yararlanmasına səbəb olur. Beləliklə valideyn səmimi bələdçi,qayğıkeş və etibarlı məsləhətçi kimi öz balasının həyatında mühüm rol oynaya bilər.Elə buna görə də ,hər mümkün fürsətdə səmimi bir mühit yaradaraq öz övladlarımız ilə dialoq qurmalı,müxtəlif məsələlər haqqında öz sözlərini deməyə onlara imkan verməli və dialoq əsla kəsməməliyik.
Uşaqlar ilə davranış üslubu elə tərzdə olmalıdır ki,onlar fikirlərinə əhəmiyyət veriləcəyinə əminlik bəsləyərək valideynlə dialoqa girməlidirlər.
Bizim bir çoxumuz övlad tərbiyəsi məsələsinə aid münasibət və anlayış tərzimizi dəyişməli,həmçinin onlardan sırf itaətkarlıq tələb etməməıiyik.
Allah hamıya valideyn olmağı imam Hüseynə(ə) xatir nəsib eləsin.

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.