Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qurani-Kərimdən seçilmiş dualar (1-ci hissə)

Qurani-Kərimdən seçilmiş dualar (1-ci hissə)
Yaddaşda saxla
  • 30 noyabr 2016
  • Bölmə: Dualar
  • Baxış: 3 197
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Qurani-Kərimdən seçilmiş dualar (1-ci hissə)

1."Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin"
"Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq" (əl-Əraf,23) ;

2. "Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ( Hud, 47)

3. "Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra"
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır" (Nuh,28).

4. "Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim "
"Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən" (əl-Bəqərə , 127).

5. "Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim"
"Tövbəmizi qəbul et! Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən" (əl-Bəqərə,128).

6. "Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!" (İbrahim,40).

7. "Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb"
"Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla" (İbrahim, 41).

8. "Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim"
"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin varislərindən et!" (əş-Şuəra,83-85).

9. "Rabbi həb li minə- s- salihin"
"Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (əs-Saffat, 100).

10. "Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir".
"Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır" (əl-Mumtəhinə, 4).

facebook və vatsapda paylaşaq dostlarımızda faydalansın
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex