Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Göylərlə yer arasındakıların yaradılışı

Göylərlə yer arasındakıların yaradılışı
Yaddaşda saxla
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 1 924
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Göylərlə yer arasındakıların yaradılışı


Quranda göylərin, yerin və ikisinin arasındakıların yaradılışı ilə bağlı bir çox ayə var:

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, Sən gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur. (Taha surəsi, 6)

Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. (Ənbiya surəsi, 16)

Elm adamları başlanğıcda isti qaz kütləsinin sıxlaşdığını, sonra bu kütlənin parçalara ayrılaraq qalaktik maddələri, daha sonra ulduzları və planetləri əmələ gətirdiyini deyirlər. Başqa sözlə, Yer və eyni zamanda, bütün ulduzlar birləşmiş qaz kütləsindən ayrılmış hissələrdir. Bu parçalardan bir qismi günəşləri, planetləri meydana gətirmiş, beləliklə, çoxlu Günəş sistemləri və qalaktikalar əmələ gəlmişdir. Əvvəlki bölmələrdə də açıqladığımız kimi, kainat "ratq" (bir-birinə bitişik) halda ikən "fatq" olmuşdur (parçalara ayrılmışdır). Quranda kainatın əmələ gəlməsinin izahı elmi açıqlamaları təsdiqləyir. 7

Hər bölünmə, ayrılma olduqda kosmosda yeni əmələ gələn əsas cisimlərdən başqa bir neçə hissə kənarda qalmışdır. Bu artıq hissələrin elmi adı "ulduzlararası qalaktik maddə"dir. Ulduzlararası maddə 60% hidrogen, 38% helium və 2% digər elementlərdən ibarətdir. Ulduzlararası maddənin 99%-i qaz, 1%-i də ağır elementlərin diametri 0,0001-0,001 olan toz zərrəciklərindən təşkil olunmuşdur. 8

Elm adamları bu maddələri astrofizik ölçülər baxımından daha mühüm hesab edirlər. Bu maddələr toz, tüstü və ya qaz kimi dəyərləndiriləcək qədər incədirlər. Ancaq bu maddələrin hamısı birlikdə kainatdakı qalaktikaların cəmindən daha artıq kütləyə malikdir. Ulduzlararası bu qalaktik maddələrin varlığı ilk dəfə 1920-ci ildə kəşf edildiyinə baxmayaraq, yuxarıdakı ayələrdə "onların arasında nə varsa" kimi tərcümə edilmiş "mə bəynəhuma" ifadəsi ilə Quranda bu parçaların varlığına əsrlər əvvəl diqqət çəkilmişdir.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex