Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua

Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua
Yaddaşda saxla
  • Bölmə: Dualar
  • Baxış: 20 769
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs Həzrət Əli (ə)-ı görmək istəyirsə, yatanda bu duanı oxusun:

Əllahummə inni əsəlukə ya mən ləhu lutfu xəfiyy. Və əyadihi basitətn la tuqbəz. Əsəlukə bilutfikəl-xəfiyyi ma lətuftə bihi liəbdin illa kufiyə ən turiyəni məvlayə Əmirəl-mumininə Əbi Talibin fi mənami."


Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün oxunan dua:

Hər kəs vəfat etmiş ölünü yuxuda görmək istəyirsə, sağ çiyni üstündə yataraq "Şəms", "Ləyl", "Kafirun", "Tohid", "Fələq" və "Nas" surələrini hər birini yeddi dəfə oxuyub desin:

"Əllahummə ərini mənami kəza."
"Kəza" sözünün əvəzinə yuxuda görmək istədiyi ölünün adını çəkib və daha sonra belə desin:
"İcəl li əmri fərəcən və məxrəca."

Bunu deyəndən sonra yatsın. İstədiyi şəxsi yuxuda görmədikdə növbəti gecədə buna əməl etsin və bu iş həyata keçmədikdə üçüncü gecə qeyd olunmuş göstərişə əməl etsin. Amma bir daha buna nail olmadıqda, yeddi gecəyədək ona əməl etsin.

Vəfat etmiş möminlər üçün dua:

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs gündə iyirmi beş dəfə
"Əllahumməğfir lil-mumininə vəl- muminat. Vəl-musliminə vl-muslimat." duasını oxuyarsa, Allah təala dünyadan getmiş və Qiyamətədək gələn möminlərin hər birinin ədədində onun əməl kitabına savab yazıb və o qədər günahını bağışlayar.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex