Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Salavatın faydaları

Salavatın faydaları
Yaddaşda saxla
  • Bölmə: İslam
  • Baxış: 4 035
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Salavatın faydaları


Allahın Rəsulu (s) buyurdu: "Namazdan yalnız Allaha qəlbən diqqət yetirdiyin hissə qəbul olar"

********

Qəlbini əhatə edib dualarını həbs edən günahlarınızın bağışlanması üçün ən azı 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" deyin.

********

Allahın Rəsulu buyurur: "100 salavatın müqabilində Allah təala 100 hacəti qəbul edər."

********

Uca səslə salavat göndərmək nifaqı aradan aparar.

********

Salavat göndərmək əməllərin paklanmasına səbəb olar.

********

Hər kim bir dəfə salavat göndərərsə Allah afiyət qapısını onun üçün açar.

********

Salavat göndərmək fəqirliyi aradan aparar.

********

Hər vaxt insan bir şeyi unutsa, və yada sala bilməsə salavat göndərmək onun yada düşməsinə səbəb olar.

********

Salavat düşməni və həmişə pusquda dayanan iblisi zəlil edər.

********

Hər kim Allahın Rəsuluna (s) salavat göndərsə, Allah və mələklər də ona savab göndərər.

********

Salavat göndərmək insanı mələklərə oxşadar və mələklərin sahib olduqları rəhmətdən ona da pay düşər.

********

İnsan salavatın məqam və rütbəsi ilə xəlil (Allahın dostu) məqamına çatar. Necə ki, İbrahim (ə) salavatın bərəkəti ilə xəlil məqamına nail oldu.

********

Qiyamət günündə Allahın Rəsuluna (s) ən yaxın və layiqli insan o həzrətə çoxlu salavat göndərən şəxs olar.

********

Allahın Rəsulu (s) İmam Əli (ə) - yə buyurdu: " Hər kim mənə salavat göndərsə, mənim şəfaətim ona vacib olar. "

********

Həzrət Rza (ə) buyurdu: "Hər kim günahlarının kəffarəsini ödəməyə qadir olmasa, çoxlu salavat göndərsin. Məhəmməd (s) və ali Muhəmmədə salavat göndərməklə günahları təmizləyir."

********

Əmirəl möminin Əli (ə) buyurdu: "Salavat göndərmək günahları məhv etməklə suyun odu söndürməyindən daha güclüdür."

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex