İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqında.


Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqında

Xurma bir çox vitamin və mineralları özündə cəmləşdirir. Bu meyvədə yağ, kalsium, dəmir, potasium, fosfor, maqnezium və s. tərkibləri özündə birləşdirir. Mütəxəssislərin fikrincə, gündə ən az bir dənə xurma yemək sağlamlıq üçün əhəmiyyətlidir. Dinimizdə də xurma yeməyin faydaları haqda çoxlu hədislər nəql edilmişdir.

Hz. Əli (ə) buyurub: “Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır”.

Eyni zamanda mütəxəssislər qeyd edir ki, xurma yemək bağırsaq problemlərinə, zəifliyə, ürək xəstəliklərinə və mədə xərçənginə və s. faydalıdır. İmam Sadiq (ə) bu haqda buyurub: “Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır”.

Xurma yemək xüsusilə Ramazan ayında iftar açmaq üçün tövsiyə edilir. İftarı xurma ilə açmaq insana toxluq verərək həddən artıq çox yeməyin qarşısını alır. Bu da mədənin birdən-birə qidala ilə yüklənməsinin qarşısını alır. 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və başağrının qarşısını alır. Bütün bunlardan başqa xurmanın aşağıdakı xeyirləri vardır:

Dərinin yaşlanmasının qarşısını alır, dəmir tərkibi ilə qan azlığını aradan aparır, B1, B2 vitaminlərini bir yerdə əhatə etməsi qaraciyəri qüvvətləndirir, boğaz ağrısı və öskürəyə xeyirlidir, ürək-damar xəstəliklərinə faydalıdır, sümük xəstəlikləri və s. üçün faydası danılmazdır. Oruc xurma ilə açıldığı halda orucdan qaynaqlanan halsızlıq bu meyvənin tərkibinin zənginliyi sayəsində dərhal aradan gedir.

Ümumilikdə, xurma təkcə Ramazan ayında oruc açmaq üçün deyil, hər gün qəbul edilməsi tövsiyə ediləndir.

Oxşar xəbərlər
Narın faydaları.
İmam Əli (ə) buyurmuşdur: "Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin." Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır. Nar qızdırmanı,

Şərab.
Şərab. Məsələ109: Şərab nəcisdir,amma insanı məst edən başqa məst edici nəcis deyildir. Bütün növ spirtlər, istər texniki olsun,istərsə də tibbi pak hökmündədir. Əgər üzüm suyu öz-özünə və ya bişirilmək vasitəsilə qaynayarsa pakdır,amma onu yemək

Həzrət Əli(ə.s) səxavəti
Həzrəti Əli (ə) axşama qədər işləmiş, axşam olunca da dəvəsinə bir çuval xurma yükləyib evinə qayıdırdı. Dəvənin noxtası köməkçisi Qəmbərin əlində idi. Özü də qabaqda gedirdi. Mədinəyə girəndə yolun kənarından bir səs gəldi. Yoxsul bir adam əlini

Ayın orbiti
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 39-40) Ayın orbiti digər

Xərçəng xəstəliyinin qarşısını al
Alma Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almanın tərkibində olan şəkərin



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---