İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

Aşura gecəsini əməlləri

Seyyid İqbal kitabında nəql edib - Hədisdə daxil olub ki , bu gecə çoxlu dua və namazlar var. Onlardan biri 2 rukət 2 rukət qılınan 100 rükət namazdır. Hər rukətdə Fatihə və 3 dəfə İXLAS surəsi oxunur. Hər 2 rukət bitdikdə bu zikr 70 dəfə edilir: subhənallahi vəlhəmdulilləhi və la ilahə iləllah vəllahu əkbəru. Və la həvla və la quvvətə illa billəhil əliyyil əzim.
Hədisdə daxil olub ki , bu zikrin ardınca istiğfar da edilər.
Başqa nəql olunan namaz 4 rukətdir. 2 rukətli qılınır. Hər rukətdə Fatihə və 10 dəfə ayətəl kursi, ixlas, fələq, nas surələri oxunur. Və namazın salamından sonra 100 dəfə İxlas surəsi oxunur.
Başqa biri İmam Əlinin namazına muvafiq olan böyük savaba malik 4 rukətli namazdır. Hər rukətdə Fatihə və 50 dəfə İxlas surəsi oxunur. Seyyid Tavus nəql edir ki namazı bitirdikdən sonra Allah zikr edilir . Rasulullah s.ə.ə.v və Əhli Beytə ə.s salavat zikr edilir. Və düşmənlərinə lənət oxunur. Rəvayət olunur ki bu gecə əhya saxlamaq böyük savaba malikdir. O cür ki, bütün ibadət edən bəndələrin və mələklərin 70 illik savabı əməl dəftərinə yazılar. İmam Hüseyni ə.s Kərbəlada ziyarət edəni isə Allah qiyamət günü İmam Hüseynin ə.s və şəhidlərin qanına boyanmış halda dirildər.

Dualarda biz naqis bəndələri də unutmayın.

Bəşir Badkubei.
Vəlhəmdulilləh.

Oxşar xəbərlər
Məhərrəm ayının 1i
Bismilləh. Salam ələykum əzizlər. Sabahdan yəni 3 oktyabrda Muhərrəm ayının biri daxil olur. Bu günün qısa əməlləri var ki , imkanı olanlar bunu etsin və İmam Hüseynə ə.s çoxlu təvəssül edin. Dualarda bizi də unutmayın. Rəvayətdə gəlib ki , Rəyyan

Qədir Xum bayramının əməlləri
Sizi bu gözəl gün - MÜQƏDDƏS QƏDİM XUM bayramı münasibəti ilə təbrik edirəm. Allah bizləri Əhlibeytin (ə) vilayətindən ayrı salmasın. Qədir Xum gününn müstəhəb əməlləri isə bunlardır: Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki,

İmam Rza(ə.s) kəlamlar
Allah öz kitabında dəstəmazın üz və əlləri yumaqdan, başa məsh çəkməkdən ibarət olduğunu bildirmişdir. Dəstəmazı yalnız bövl, ğait, yel, yuxu və cənabətli olmaq aradan aparır. Kim ayaqların üstünə yox, qeyri şeylərin üzərinə məsh edərsə Allah və

Namazda müstəhəb əməllər
* Rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt deyilən zikr * Səmiəllahu limən həmidəh *İki səcdə arasında oxunan zikr* Əstəğfirullahə rabbi və ətubu iləyh *Səcdələri bitirdikdən sonra qalxan halda oxunan zikr*

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 7
    Qonaqlar: 7

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: