Ramazan ayında vacib namazlardan sonra oxunarsa, günahlar bağışlanar.

Ramazan ayında vacib namazlardan sonra oxunarsa, günahlar bağışlanar.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Ramazan ayında vacib namazlardan sonra oxunarsa, günahlar bağışlanar.


Ramazan ayında vacib namazlardan sonra oxunarsa, günahlar bağışlanar

Şeyx Kəfəmi və Şəhid Şeyx Rəsuli Əkrəmdən nəql etmişdirlər ki, mübarək Ramzan ayında vacib namazlardan sonra bu duanı axuyan şəxsin günahlarını Allah taala bağışlayar.
Dua belədir:
Əllaahummə ədxil ”aləə əhlil qubuuris suruur, Əllaahummə əğni kullə faqiir, Əllaahummə əşbi” kullə cəə’i”, Əllaahumməksu kullə ”uryəən, Əllaahummaqzı deynə kulli mədiin, Əllaahummə fərric” an kulli məkruub, Əllaahummə ruddə kullə ğariib, Əllaahummə fukkə kullə əsiir, Əllaahummə aslih kullə fəəsidin min umuuril muslimiin, Əllaahumməşfi kullə mərıız, Əllaahummə suddə faqranəə biğinəək, Əllaahummə ğayyir suu’ə haalinəə bihusni haalik, Əllaahummaqzı ”annəd deyn, və əğninəə minəl faqr, innəkə ”aləə kulli şey’in qadiir.

Tərcüməsi.

İlahi, qəbr əhlinə sevinc göndər. İlahi, bütün fəqirləri zəngin et. İlahi, bütün acları doyuzdur. İlahi, bütün paltarsızları geyindir. İlahi, bütün borcluların borcunu qaytar. İlahi, bütün qəmlərə son qoy. İlahi, bütün qəribləri vətəninə qaytar. İlahi, bütün əsirləri azad et. İlahi, müsəlmanların hər işində fəsadı islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, yoxsulluğumuzu öz zənginliyinlə aradan apar. İlahi, pis halımızı öz yaxşı halınla əvəz et. İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyacsızlıqla əvəz et. Həqiqətən Sən hər şeyə qadirsən.


Kitabın adı: Məfatihul cinan.
Müəllif: Şeyx Abbas Qumi.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex