Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Təbabətdən ehtiyacsız olun

Təbabətdən ehtiyacsız olun
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Təbabətdən ehtiyacsız olun

Həzrət Məhəmməd (s) buyurub: “Həkim Allahdır, sənsə mehriban dost.” [1]



İmam Əli (ə) İnsanı təbabətdən ehtiyacsız edən məqamları açıqlayır:

İmam Əli (ə) oğlu Həsənə (ə) tövsiyəsindən: “Oğlum! Sənə dörd incə məqamı öyrədimmi ki, onlara riayət eməklə təbabətdən ehtiyacsız olasan” Ərz etdi: “Bəli, ey Əmirəl-möminin (ə).” Həzrət (ə) buyurdu: “Acmamış yemək yemə, doymamış yeməkdən əlini çək, yeməyi yaxşı çeynə və yatmaqdan qabaq ayaqyoluna gedib rahatlan. Əgər bu məqamlara riayət etsən, həkimə ehtiyacın olmaz.” [2]



“Havaların soyumağının əvvəlində özünüzü soyuqdan qoruyun (soyuq hava fəslinin) sonunda ona üz tutun. Çünki soyuq ağaclarla etdiyini, bədənlərlə də edir. Əvvəldə (ağacların yarpaqlarını) yandırar, və sonda yarpaqları bitirər.”[3]



“Təcrübəli insan təbibdən daha yaxşı həkimdir.” [4]



Həkimlik edən şəxs Allahdan qorxmalı, xeyirxah olmalı və öz səyini əsirgəməməlidir.” [5]

[1] Kənzul-Ummal , hədis28100

[2] əl-Xisal, səh. 229 , hədis68

[3] Şərhi Nəhcül-Bəlağə, c.18, səh.319

[4] Ğurərul-Hikəm , hədis1203

[5] Dəamul-İslam, c.2, səh. 144 , hədis503

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex