Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əncirin xeyri

Əncirin xeyri
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Əncirin xeyri

Əncirə aid gələn ayə.

“And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül – Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına)”.
(“Tin” 1).
İmam Rza (ə) buyurur: “Əncir bədənin sümüklərini möhkəmləndirir və saçları uzadır, ağrını aradan aparır. O yerə qədər ki, dərmana ehtiyac olmaz”.

İmam Rza (ə) buyurur: “Əncir ağızı və sümükləri möhkəmləndirir”.

İmam Baqir (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: “Ənciri yeyin ki, qulunca qarşı faydalıdır.”

Əzələ və sinir sisteminin inkişafı üçün olduqca xeyirlidir.
Orqanizmin immun sistemini gücləndirir.
Əncirin ən böyük faydalarından biri ürək damar xəstəlikləri zamanı müsbət təsiridir.
Həzm prosesini normallaşdıran əncir, həm də sidikqvucu xassəyə malikdir.
Əncir qaraciyər və dalaq xəstəlikləri üçün faydalıdır.
Qanda xolesterolun səviyyəsini azaldır.
Xərçəng xəstəliklərinin profilaktikası üçün əncirdən istifadə ən yaxşı vasitələrdən biri sayıla bilər.
Həmçinin qan təzyiqinin azalmasına müsbət təsiri var.
Qanazlığı zamanı əncirin qurudulmuş meyvələri xeyirlidir.
İstər təzə, istərsə də qurudulmuş əncir qəbizlikdən əziyyət çəkən insanlara çox yaxşı kömək edir.
Əncirin qurudulmuş yarpaqlarından dəmlənən çay bronxial astmaya qarşı faydalıdır.
Soyuqdəymə, eləcə də quru öskürək zamanı əncirin təsiri effektlidir. Bunun üçün ənciri süddə qaynadıb onun həlimini qəbul etmək lazımdır.
Qurudulmuş əncir bəlğəmgətirici xassəyə malikdir.
Bakteriyalardan qorunmağın ən yaxşı vasitələrindən biri müntəzəm olaraq əncir qurusundan istifadə etməkdir.
Əncir ümumilikdə orqanizmin vaxtından əvvəl qocalma prosesini ləngidir, insanın bioloji baxımdan cavan qalmasına yardımçı olur.
P.S: əncirin də əks göstəriciləri var. Kəskin mədə-bağırsaq xəstəlikləri, piylənmə və şəkərli diabetdən şikayətlənənlərə əncirdən istifadə məsləhət görülmür.
Sosial şəbəkədən giriş:
vk fb mail google yandex