İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

Üzməyin faydaları

Üzmək nə üçün faydalıdır?
Aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, nizamlı üzmənin ürək-damar sisteminә çox əhəmiyyətli təsirləri vardır. Belə ki, daimi üzmə məşqləri edən kəslərdə ürək xəstəliklərinə daha az rast gəlinir və bu fərdlərin infarkt keçirmə ehtimalları minimuma enir. Bundan əlavə, ürək və beyin damarlarının tıxanmasına gətirib çıxaran bir sıra maddələrin azalmasına da kömək edir.
Ardıcıl edilən üzmə məşqləri həm əzələləri gücləndirir, həm də bədən koordinasiyasının inkişafında çox əhəmiyyətli rol oynayır.
Suda edilən idman müddətində oynaqlar və bağlar hər hansı bir digər idmanla müqayisədə daha az çətinlik çəkir. Bu səbəblə də, suda edilən məşqlər zamanı əzilmə və yaralanma halları qurudakına nisbətdə 90% daha azdır.
Üzmənin sinir sisteminə və insan psixologiyasına olan faydaları isə sayılmaqla bitməz. Suya girdiyimizdə hiss etdiyimiz rahatlıq duyğusu məşq sonrasında ifraz olunan endorfin hormonu ilə birləşəndə insan özünü olduqca xoşbəxt hiss edir. Xüsusən də, uşaqların inkişaf dövründən başlayaraq üzməsi gələcək həyatlarının daha sağlam olmasına şərait yaradır. Bu səbəbdən də, sağlam həyat tәrzi sürmənin açarlarından biri də üzməkdir.

Oxşar xəbərlər
Duanın qəbul olunması şərtləri
1. Duanın şərtlərindən birincisi odur ki, Allaha həmdü səna edəsən, sonra Peyğəmbər və onun Əhli-beytinə salavat deyəsən. 2. Bütün günahlarını nəzərə alıb Allahdan bağışlanmağını istəyəsən. 3. Ümidini bütün bəndələrdən kəsib, yalnız tək və qadir

ATEİZM, DEİZM VƏ TEİZM. 4-cü mövzu.
ALLAHIN VARLIĞINI İSBAT ETMƏK MÜMKÜNDÜRMÜ? Son sərlərdə, dünyada, xüsusəndə Avropada belə bir fikir yaranmışdır ki, Allah mövzusu bəşərin həll edə bilməyəcəyi mövzudur. Bu fikri irəli sürənlər Allahın varlığını inkar etmirlər, əksinə

2 il şarın içində yaşayan uşaq
1971-ci ildə dünyaya gələn “Şar uşaq” ləqəbli Devid Fillipin hekayəsi insanları dəhşətə salır. Publika.az 1Xəbər.com-a istinadən qısa ömründə böyük dərdlərlə mübarizə aparmalı olan Devidin hekayəsini təqdim edir: 1963-cü ildə Devid Cozef -Kerol

Yemişin xeyri və zərəri
Yemiş və ya qovun yay aylarının əvəzolunmaz tərəvəzlərindəndir. Yemiş yayda sərinlik verən xoş dadıyla hər kəsin sevdiyi bir bitkidir. Böyük yarpaqlı, sarı rəngli çiçəkləri olan yemiş sarmaşıq bitki növüdür. Deyerler.org xəbər verir ki, yemiş dadı

Xərçəng xəstəliyinin qarşısını al
Alma Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almanın tərkibində olan şəkərin



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 10
    Qonaqlar: 9

    Online İstifadəçilər: 
    

     Saytda olmuş ən son 20 nəfər: