İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Heyzli qadının ne etmesi günahdır?

Paklıq vəziyyəti pozulmuş (yəni heyz olmuş) qadının vacib ibadətlərinin bir qismi məhdudlaşır. Bunların hökmü həm Qurani-kərimin bəzi ayələrində, həm də Islam Peyğəmbərinin sünnəsində öz əksini tapmışdır.



Heyz halında olan qadın gündəlik namazları qılmamalıdır. Hətta pak olduqdan sonra belə, bu namazları qəza etməsi gərəkməz. Həmçinin, heyzli qadın oruc tuta bilməz. Oruc tutduğu gün ərzində paklığı pozulsa (heyz dövrü başlasa), orucunu pozmalıdır. Amma pak olduqdan sonra tutmadığı orucların qəzasını yerinə yetirməlidir. Namaz, oruc kimi vacib ibadətlər tam paklıq halında icra edilməli olduğu üçün, heyzli qadının bunları etməsi günahdır. Amma namaz vaxtı gələndə, bədənini və paltarını təmizləyib, dəstəmaz alıb, üzü qibləyə oturub dua edə bilər. Bu yolla həm namazı qıla bilmədiyinə görə ürəyində yaranmış nigarançılığı aradan qaldırmış olar, həm də savab qazanar. Heyzli qadının Kəbəni təvaf etməsi də haramdır.

Heyz halında olan qadının istənilən məscidə girməsi günahdır. Bəzi alimlər məscidin içində qalmamaq şərti ilə bir qapıdan girib o biri qapıdan çıxmağa, məsciddən nəyi isə götürüb dərhal oranı tərk etməyə icazə verirlər. Müqəddəs məkanlara (Məkkə, Mədinə məscidlərinə, imamların məqbərələrinə) hətta bu şərtlə də girmək qadağandır.

Heyzli qadın əlini və ya bədəninin istənilən üzvünü Quranın yazısına toxundura bilməz: “Ona (Qurana) yalnız pak olanlar toxuna bilər!” (Vaqiə, 79). Peyğəmbərlərin və imamların adları yazılmış vərəqlərə də toxunmaq olmaz. Müqəddəs adlar hansı əlifba ilə yazılsa da fərq etməz. Hətta heyzli qadının Qurani-kərimi üzündən və ya əzbərdən oxuması, Qurani-kərimin cildinə və vərəqlərinin kənarına toxunması, Quranı özü ilə gəzdirməsi məkruhdur (haram olmasa da bəyənilməzdir). Amma oxuyarkən və eşidərkən səcdə edilməsi vacib olan dörd surənin bircə kəlməsini və ya hərfini belə, oxuması günahdır. Bunlar Səcdə (32-ci), Füssilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələrdir.

Heyzli qadın cinsi əlaqədə ola bilməz: “Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın” (Bəqərə, 222). Əgər kişi öz həyat yoldaşının heyzli olduğunu bilə-bilə onunla cinsi əlaqədə olsa, günah qazanır, bundan əlavə kəffarə (cərimə) ödəməyə borcludur. Heyzli qadının əri onunla cinsi əlaqədən savayı, halal şərtlər daxilində başqa cinsi ləzzətlər ala bilər; bunda heç bir maneə yoxdur.

Heyz halında olan qadına talaq verilməz: “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın” (Talaq, 1). Bu hökm cəfəri məzhəbinə məxsusdur, əhli-sünnə məzhəbində qadına heyz halında verilmiş talaq bidət talağı adlanır, arzuedilən deyil, amma səhih sayılır.

Heyzli qadının saçına rəng qoyması, saçına və əllərinə həna yaxması məkruhdur (bəyənilməzdir).

Qeyd edək ki, yuxarıda göstərilən məhdudiyyətlər qadının heyz halında ikən həyatdan və yaxınları ilə ünsiyyətdən məhrum olması mənasını vermir. Islamdan əvvəl istər cahiliyyə ərəbləri, istərsə də başqa dinlərin nümayəndələri heyzli qadına əskik gözlə baxır, onunla hər hansı təmasdan çəkinir, onu murdar sayır, hətta pak olduqdan bir həftə sonraya qədər onunla bir süfrə arxasında yemək yemirdilər. Islam heyz məsələsini qadının fizioloжi quruluşundan irəli gələn bir hal sayır. Heyzli qadın yalnız ibadət sarıdan bəzi çərçivələr içərisinə düşmüş olur. Heyz müddətində ətrafdakıların qadına münasibəti, qadının cəmiyyətdə, ailə içində mövqeyi qətiyyən dəyişikliyə uğramaz.

Oxşar xəbərlər
ATEİZM, DEİZM VƏ TEİZM. 10-cu mövzu
İDDİA: İslam dini qadına qarşı çox mürtəce davranan bir dindir. İslamda çox arvadlılıqa icazə verilməsi və qadının ictimai fəaliyyətinin məhdudlaşdırılması qadın azadlığına və qadın hüquqlarına ziddir. CAVAB: Bu iddiaya İslamın və sağlam ağıl

Dəmirçi və Kasıb qadın
Bismillah. Diqqət. İbrətli. 'Namusuna sahib olan qadın' "Şəhərlərin birinin əhalisinə etdikləri günahlara görə dözülməz qıtlıq üz vermişdi. Bunun üçün əhali aclığdan çox əziyyət çəkirdi. Bu şəhərdə dul möminə bir Seyyidə xanım yaşayırdı. Onun bir

Qızların həddi bulluğu
*Buluğ həddi -Buluğun nişanələri 1. Qızlar 9 yaşlari tamam olub Qəməri tarix ilə varid olub 10 yaşa varid olsunlar. Miladi tarix ilə buluğ yaşları 8 il 8 ay 23 gün olur. Qızlar Qəməri tarix ilə 9 yaş tamam etməklə baliğ olurlar vəli əgər bəzi

Qurani-Kərim oxumaq haqqında 20 hədis
1 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.” 2 - İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran

Cəhənnəmdə qadınlar
Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə)



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---