İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Oruc tutan insan, rəftarlarına xüsusi diqqət etməlidir.


Hər bir oruc tutanın duası iftar zamanı yerinə yetər.

“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə(ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).

Mübarək Ramazan ayı əldən getməkdədir. Bu mübarək ayın hər bir dəqiqə və saniyəsi qiymətlidir. Bütün İlahi dinlərdə orucun xüsusi yeri və əhəmiyyəti olmuşdur. Orucun fəzilətinə aid çoxlu hədislərimiz vardır. (Tebyan)

Allah Təala Qüdsi hədisdə orucun əhəmiyyəti haqqında buyurur: “İnsanların bütün işləri özləri üçündür. Orucdan başqa ki, Mənim üçündür. Mən özüm onun mükafatını verərəm. Oruc qalxandır. Ona görə də əgər oruc olsanız, pis və nalayiq sözlər deməyin. Fəryad çəkməyin. Əgər kimsə sizə nalayiq söz desə və ya sizinlə vuruşsa, ona deyin ki, mən orucam. Muhəmmədin (s) canı əlində olan Allaha and olsun ki, oruc tuanın ağız iyi Allah yanında müşk iyindən daha ətirlidir. Oruc tutan üçün iki zaman sevinclidir: biri iftar zamanı və biri də Allahla görüşəcəyi zaman”.

Oruc tutanın bir neçə imtiyazları vardır ki, onlara işarə edək:

1. Oruc bədənin zəkatıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin zəkatı vardır və bədənin zəkatı orucdur”. Həqiqətən də oruc insan bədənini saflaşdırar və insanı Allaha yaxınlaşdırar. Oruc insan ruhunu paklayar və insanı daha itaətkar və müti edər. Oruc insanı kamal yoluna yönləndirər. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Oruc tutan həmişə ibadət halındadır, hətta əgər yatsa belə”.

2. Oruc tutanın duası qəbul olar. İmam Əli (ə) buyurur: “Hər bir oruc tutanın duası olar və oruc tutanın duası iftar zamanı yerinə yetər”. Həzrət (ə) başqa yerdə buyurur: “Oruc tutan şəxsin yuxusu ibadətdir. Sükutu Allahı təsbih etmək və duası yerinə yetəndir”. İmam Əli (ə) buyurur: “Dörd dəstə vardır ki, duaları geri qayıtmaz o zamana qədər ki, səmanın qapıları açılar, duaları Allahın ərşinə gedər. Ata və ananın övladına görə etdiyi dua, məzlumun zalıma nifrin etməsi, ümrə edən insanın qayıtmazdan əvvəl etdiyi dua, oruc tutanın iftardan əvvəl etdiyi dua”.

3. Oruc tutan insan dünya və axirətdə şaddır. İmam Sadiq (ə) buyurur: “Oruc tutan üçün iki şadlıq olar: biri iftar zamanı və biri də Allahla görüşə gedən zaman”.

4. Mələklər oruc tutan insana dua edərlər. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutan heç bir dəstə arasında yemək yeməz, hazır olmaz məgər o halda ki, əzaları Allahı təsbih edər, mələklər ona salavat göndərərlər. Həqiqətən mələklərin salavatı həmin istiğfardır”. İmam Sadiq (ə) buyurur: “Hər kim orucunu gizlədər, Allah mələklərə buyurar ki, bəndəm atəşdən nicat axtarır, ona pənah verin. Allah mələkləri heç bir kəs üçün dua etməyə vəzifələndirməz, məgər oruc tutan üçün”

Oxşar xəbərlər
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməll ...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti

Oruc tutmaq barədə 7 yanlış stereotip
Oruc tutmaq barədə 7 yanlış stereotip Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz. Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. Həqiqət: Oruc tutan şəxsin ağız

Oruc tutmağın alıcısı Uca Allahın Özüdür.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Adəm övladının gördüyü hər bir iş onun özündəndir, məgər oruc ki, Məndəndir. Onun savabını da Mən verərəm”. Yəni, oruc tutmağın alıcısı Uca Allahın Özüdür. Hər kim bu hədisi dərk edər, orucun

Nəfsin orucu, həqiqi oruc, ən üstün oruc və naqis oruc.
Orucla bağlı mühüm mətləblərə diqqət edək. İslamın sütunları. İmam Baqir (ə) buyurur: “İslam beş şey üzərində möhkəmdir: namaz, zəkat, həcc, oruc və vilayət”. Orucun fəlsəfəsi. İmam Sadiq (ə) buyurur: “Allah orucu vacib etmişdir ki, bu yolla varlı

Ramazan ayı və Oruc haqqında hədislər.
Ramazan ayı və Oruc haqqında hədislər. «Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.» Allahın Peyğəmbəri (s): «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---