İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Peyğəmbərin(s) şeytanla söhbəti

Bir gün Həzrət Peyğəmbər (s) Məcsidul-Həramda şeytanı görür. Onun yanına gedir və ona deyir: "Ey məlun! Niyə narahatsan?”. Şeytan deyir: “Səndən və ümmətindən narahatam”. Həzrət (s) buyurur: “Niyə narahatsan?”. Şeytan deyir: “Mən insanları yolundan azdırmaq üçün bu qədər çalışıram, ancaq sən Qiyamət günü onlara şəfaət verəcəksən. Mənim bütün zəhmətimi hədər verəcəksən. Ona görə də səninlə düşmənəm”. Həzrət (s) buyurur: “Ümmətimdən niyə narahatsan?”. Şeytan dedi: “Sənin ümmətinin elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərin belə xüsusiyyəti yoxdur.Onlar bir-birini görən zaman salam verirlər. Salam - Allahın adıdır. Mən bu addan qorxuram.İkincisi budur ki, bir-birini görən zaman əl verirlər. Əllərini bir-birindən çəkməmiş günahları bağışlanar.Üçüncüsü budur ki, yemək yeyən zaman "Bismillah" deyərlər. Mən ona görə yemək yeyə bilmirəm və ac qalıram.Dördüncüsü budur ki, yeməkdən sonra “ƏElhəmdulillah” deyərlər.Beşincisi budur ki, sənin adını eşidən kimi yüksək səslə salavat deyərlər. Bunun savabı o qədər çoxdur ki, mən qaçıram.Altıncısı budur ki, bir iş görmək istəyəndə “İnşəallah” deyirlər. Mən həmin işə mane ola bilmirəm.Yeddincisi budur ki, sədəqə verərlər. Həm günahları bağışlanar və həm də 70 növ bəla onlardan uzaq olur”.Bu zaman Həzrət (s) buyurur: “İnsan sədəqə vermək üçün əlini cibinə salan zaman 70 şeytan onun əlini tutub saxlamaq istəyər ki, bu işdən çəkindirə bilsin”.Şeytan (lən) yenə dedi: “Səkkizinci budur ki, onlar Quran oxuyurlar. O evdə ki, Quran oxunar, mənə yer olmaz. Çünki o evə mələklər gedib gələrlər.Doqquzuncu budur ki, məni çox lənətləyərlər. Hər bir lənətlə bədənimə yara vurarlar. O zamana qədər ki, həmin şəxsi yolundan azdırmıram, yaram sağalmır.Onuncu budur ki, günah işlədən kimi tövbə edərlər. Mənim zəhmətimi hədər edərlər.On birinci budur ki, asqıran zaman “ƏElhəmdullah” deyərlər».Həzrət (s) buyurur: "Asqırmaq - Allahdandır və asqıran zaman “ƏElhəmdulilləh” deyin. İnsan namaz qılan zaman şeytan ondan uzaq olar. Xüsusilə də namazın səcdəsi uzun çəkərsə, şeytan narahat olduğu üçün fəryad çəkər”.İmam Sadiq (ə) buyurur: "Hər kim namaz qılmır, şeytandan da alçaqdır. Çünki şeytan bir səhv etdi və o da Adəmə (ə) səcdə etməməməyi idi. Ancaq insan namaz qılmırsa, Allaha səcdə etmir deməkdir".Həzrət Peyğəmbər (s) buyurur: "Sirat körpüsündən keçmək icazəsi - namazdır. ƏEgər namazı qəbul olsa, o biri əməlləri də qəbul olar”.Namaz içində sübh namazı xüsusilə vurğulanır. Səbəbi budur ki, gecə olan zaman gecə mələkləri insanın yanına gələrlər. Gecə əməllərini yazarlar. Sübh azanı olan zaman gecə mələkləri gedər və yerini gündüz mələklərinə verərlər. Sübh namazını qılanda hər iki sənəddə adımız yazılar. Gecə mələkləri axırıncı əməl kimi sübh namazını qeyd edərlər. Gündüz mələkləri isə ilk əməl olaraq sübh namazını qeyd edərlər.İmam Sadiqdən (ə) nəql edirlər ki, buyurur: "Möminin xüsusiyyətlərindən biri budur ki, namazda “Bismilləhir-Rahmənir-Rahim”yüksək səslə desin və hər kim təkbirdən sonra və "Həmd"dən əvvəl “ƏEuzu billəhi minəş-şeytanir-racim” deyər, bədənində olan tüklərin sayı qədər ona həsənə yazılar".Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatını deyərsə və xüsusilə də əlləri ilə sayarsa, həmin əlləri Qiyamət günü ona şəfaət verər".Allah Təala bizləri bu mübarək tövsiyələrə əməl edənlərdən qərar versin.
vatsap və facebookda paylaş dostlarında oxusun

Oxşar xəbərlər
Yalançı rəvayət
Hz. Əli bir neçə gün sübh namazına qalxa bilmir.Həmin günlərin birində Hz.Əli durur ki,namazın vaxtı yənə keçib.Hz.Əli dərindən bir AH çəkir və yatır.Onun sabahı günü şeytan Hz.Əlini qaldırır və deyir:Dur namazını qıl.Hz.Əli təəccüblənib deyir:Ola

Yəhudinin Peyğəmbərə (s) sualları
Bir yəhudinin Peyğəmbər (s.ə)-ə verdiyi suallar və aldığı cavablar. Əli (ə) buyurur ki, bir yəhudi peyğəmbərin yanına gələrək dedi:Ya Məhəmməd, güman edirəm ki, sən Allahın rəsulusan. Musa ibni İmrana vəhy gəldiyi kimi sənə də vəhy gəlir. Peyğəmbər

Peyğəmbərin(s.ə.a.s) şeytanla söhbəti
Bir gün Həzrət Peyğəmbər (s) Məcsidul-Həramda şeytanı görür. Onun yanına gedir və ona deyir: "Ey məlun! Niyə narahatsan?” Şeytan deyir: “Səndən və ümmətindən narahatam” Həzrət (s) buyurur: “Niyə narahatsan?” Şeytan deyir: “Mən insanları yolundan

Dəstəmaz almağın savabı
Dəstəmaz namazın açarıdır. Həzrət peyğəmbər (s.ə) dəstəmazın savabı haqqında belə buyurmuşdur: " Dəstəmaz üzə nur, qəlblərə fərəh verir. Hər bir müsəlman dəstəmaz alanda üzünü yuyarkən gözləri ilə baxıb etdiyi günahları, qollarını yuyarkən

Namaz haqqında hədislər
Namaz haqında hədislər İmam Mühəmməd Baqir (ə) buyurub: Allahın bəndəsi namazda Allaha yaxın olar. Dəaümül-İslam c-2, s-134 Həzrət Muhəmməd (s) buyurub: Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 6
    Qonaqlar: 5

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---