İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ayın orbiti


Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 39-40)

Ayın orbiti digər planetlərin peykləri kimi düz deyil. Ay orbitində hərəkət edərkən bəzən Yerin önünə, bəzən də arxasına keçir. Eyni zamanda, Yer ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, kosmosda "S" hərfi şəklində orbit cızır. Ayın kosmosdakı orbitinin forması Quranda "xurma ağacının qurumuş əyri budağı kimi olar" ifadəsi ilə tərif edildiyi kimi, qurumuş əyri xurma budağına çox bənzəyir. Belə ki, ayədəki "urcun" sözünün mənası quruyub incəlmiş, bükülmüş xurma budağıdır və xurma ağacının meyvələri toplandıqdan sonra meyvəsiz budağa deyilir. Bu budağın "qurumuş" sözü ilə ifadə edilməsi də çox hikmətlidir, çünki qurumuş xurma budağı daha nazik və əyri olur.

Şübhəsiz, 1400 il əvvəl Ayın orbiti haqqında məlumat yox idi. Dövrümüzdəki texnologiya və biliklə aşkar edilmiş bu faktın Quranda bu cür qüsursuz bənzətmə ilə bildirilməsi Quranın başqa bir elmi möcüzəsidir.

Oxşar xəbərlər
Neftin əmələ gəlməsi
Ən uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi. O (Rəbbin) ki, otlağı cücərdib, sonra da onu qara çör-çöpə döndərdi. (Əla surəsi, 1-5) Məlum olduğu kimi, neft

Günəşin hərəkət istiqaməti
Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin öz orbiti olduğu vurğulanır: Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33) Yuxarıdakı ayədə işlədilən "üzmək" sözü ərəbcə "səbaha"dır və

Göylərlə yer arasındakıların yaradılışı
Quranda göylərin, yerin və ikisinin arasındakıların yaradılışı ilə bağlı bir çox ayə var: Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, Sən gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

Quran möcüzələri
Allah 14 əsr əvvəl insanlara yolgöstərici kitab olan Qurani-kərimi nazil etmiş və bütün bəşəriyyəti Qurana tabe olaraq xilas olmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir”. (Qaləm



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---